Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Dəmir Yumruq” hərbi-vətənpərvərlik layihəsinin açılış mərasimi keçirildi

09 noyabr 2021 | 20:00
   Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Sabunçu Gənclər Evi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Mübarizlər Vətənpərvərliyə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Dəmir Yumruq” hərbi-vətənpərvərlik layihəsinin açılış mərasimi keçirildi. 
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova,  Sabunçu Gənclər Evinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabunçu nümayəndəliyinin direktoru Samir Mehralıyev, Şəhid İsrayıl Cəfərzadənin atası Namiq Cəfərov, Daxili İşlər Nazirliyinin İdman cəmiyyətinin baş məşqçisi Rəsul Məmmədov, Mübarizlər Vətənpərvərliyə Dəstək İctimai Birliyinin nümayəndəsi, qazi Toğrul Ənsərli və layihədə iştirak hüququ qazanmış gənclər iştirak edirdilər.
44 gün ərzində davam edəcək layihə çərçivəsində iştirakçılara Sabunçu Gənclər Evi, “N” saylı hərbi hissə, atış meydanları və açıq hava məkanları olmaqla həftənin şənbə və bazar günləri hərb haqqında ilk təsəvvür, silahlarla tanışlıq və atış dərsləri, hərbi Nizamnamə və rütbələr, ərazidə hərəkət, minadan qorunma, kəşfiyyat, ilkin tibbi yardım, mühəndis istehkam, əlbəyaxa döyüş, silahdan müdafiə, ideoloji və psixoloji hazırlıq haqqında təlim və fəaliyyətlər keçiriləcək.
   Layihənin məqsədi parlaq Vətən müharibəsi zəfərindən sonra gənclər arasında hərbi-vətənpərvərlik istiqamətində maarifləndirmə işlərinin, hərbi savadlılığının artırılması, onların döyüş hazırlığının yüksək dərəcədə saxlanılması, həmçinin hərbi xidməti hələ keçməmiş gənclərə zəruri məlumatların nəzəri və praktik şəkildə ötürülməsidir.
Keçidlər