Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun Sabunçu rayonu üzrə iştirakçıları ilə görüş keçirildi

15 noyabr 2021 | 20:00
   16.11.2021-ci il tarixdə Bakı Gənclər Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçiriləcək Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda Sabunçu rayonunu təmsil edəcək iştirakçılarla görüşdü.
Görüş zamanı R.Fərəcova bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ili “Uşaq ili” elan etməsi ilə əlaqədar həmin ildən başlayaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ənənəvi olaraq uşaqların həyatında əhəmiyyətli hadisə olan Azərbaycan Uşaqlarının Forumları həyata keçirilir. Uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından Ümumrespublika Uşaq Forumlarının əhəmiyyətdən söz açan R.Fərəcova Forumda Sabunçu rayonunu təmsil etmək hüququ qazanan uşaqları təbrik etdi və onlara uğurlar arzuladı.
Daha sonra Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda Sabunçu rayonunu təmsil edəcək iştirakçılara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tərtib olunan yaddaş kitabçaları təqdim olundu, Forumda iştirak barədə təlimatlar izah edildi və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
 
Sonda xatirə şəkli çəkdirildi.
 
Keçidlər