Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 29-cu ildönümü qeyd edildi

17 noyabr 2021 | 20:00
   18.11.2021-ci il tarixdə Bakı Gənclər Mərkəzində Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı tərəfindən partiyanın təsis olunmasının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin üzvü Əliabbas Salahzadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ərazi ilk partiya təşkilat sədrləri iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqımıza Azərbaycan tarixinin ən möhtəşəm səhifəsini, unudulmaz anlarını yaşadıb. Qeyd olundu ki, xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev ölkəmizdə vətandaş müharibəsinin qarşısını aldı, dövlətimizi bəlalardan xilas etdi. M.Vəliyev vurğuladı ki, bu gün Heydər Əliyev irsinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli, uzaqgörən siyasəti nəticəsində, rəşadətli Ordumuzun qüvvəsi sayəsində 44 günlük müharibədə düşmən tapdağı altında olan ərazilərimiz azad edildi. Yeni Azərbaycan Partiyası Qələbələr Partiyasıdır.
Sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, ərazi ilk partiya təşkilat sədrləri - Ramidə İbrahimova, Cavad Mustafayev, Gülnaz Abdullayeva və fəal gənc Sərxan Şahverdiyev çıxış edərək bildirdilər ki, hakim partiyanın yaranması, yüksək səviyyədə təşkilatlanması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Qeyd olundu ki, Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq məqsədilə yaradılan partiyadır.
Tədbirin sonunda partiyanın fəalları Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı tərəfindən Fəxri Fərmanlarla təltif olundular.
 
Keçidlər