Sabunçu rayonunda Dövlət qulluqçularının peşə bayramı qeyd olundu
23 iyun 2014-cü il tarixdə Sabunçu rayonunda Dövlət quılluqçularının peşə bayramı ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev açaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etdi, onlara öz fəaliyyətlərində uğurlar arzuladı. A. Vəliyev ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasında Ümummilli Liderin xidmətlərini və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində, o cümlədən dövlət quruculuğunda böyük uğurların qazanıldığı diqqətə çatdırdı.
Sonra tədbirdə rayonun ictimai-siyasi , sosial-iqtisadi həyatında səmərəli və əzmkar fəaliyyətinə görə Sabunçu RİH başçısının müavini Avtandil Hüseyn-zadə, RİH başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri İsa Həsənov, Hüquq şöbəsinin müdiri Neman Əzizov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin baş məsləhətçisi Həlilə Əliyeva, Sabunçu qəsəbəsi üzrə başçının icra nümayəndəsi Məhərrəm Mehrəliyev və Pirşağı qəsəbəsi üzrə başçının icra nümayəndəsi Ramin Əliyev diplom və hədiyyələrlə təltif olundular.
Təltif olunan dövlət qulluqçuları onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirdilər .
Tədbir tanınmış müğənnilərin ifasında əyləncəli proqramla davam etdi.