Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Süleymanov Mirsüleyman Aydın oğlunun ildönümü mərasimi keçirilib
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Güloğlan Məmmədov, Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının Sosial-İqtisadi şöbəsinin müdiri Elşən Həsənli, Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramil Əliyev, Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şöbənin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısnın Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Ruhin Orucov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
Süleymanov MirSüleyman Aydın oğlu 30.03.1998-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur.
2015-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 271 saylı tam orta məktəbini bitirmişdir.
Həmən ili də Azərbaycan Universitetinə daxil olmuşdur.
2019-cu ildə həqiqi hərbi xidmətə çağrılmışdır.
Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Ağdərə istiqamətində istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
16.10.2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
20.11.2020-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.