Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Rəhimov Rəşad İlqar oğlunun ildönümü mərasimi keçirilib
21 noyabr 2021 | 20:00
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Milli Məclisin Deputatı Əliabbas Salahzadə, Müdafiə Nazirliyinin əməkdaşları, Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
Rəhimov Rəşad İlqar oğlu. 07.16.1985-ci ildə Tərtər şəhərində anadan olmuşdur.
1991-ci ildə Yevlax şəhər Qoyunbinəsi kənd orta məktəbinin 1-ci sinfinə başlamış, 2002-ci ildə məktəbi bitirmişdir. 2006-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Beynəlxalq hüquqşünaslıq fakultəsini bitirmiş, 3 aylıq kurs keçərək zabit kimi hərbi xidmətə yollanmışdır. Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılmış, tağım komandiri kimi Qubadlı Zəngilan , Şuşa şəhərlərinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 09.11.2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur.
22.11.2020-ci ildə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İkinci Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Ailəli idi. 2 övladı bizlərə yadigar qalmışdır.