Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Alıyev Qələndər Nofəl oğlunun ildönümü mərasimi keçirilib
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Vidadi Səlimov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qəsəbə sakinləri iştirak etmişdir.
Alıyev Qələndər Nofəl oğlu 30 oktyabr 2001-ci ildə Bakı şəhəri Nizami rayonunda anadan olmuşdur. 15 sentyabr 2008-ci ildə Sabunçu rayonunda yerləşən 170 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir. Məktəbdə oxuduğu dövrdə kikboksinq idman növü ilə məşğul olmuşdur. Lokomativ İdman və Sağlamlıq mərkəzində keçirilən idman yarışlarında 4 dəfə 1-ci yerə layiq görülmüşdür. 2020-ci ildə hərbi xidmətə çağrılmış, Vətən müharibəsinin ilk günlərində döyüşlərdə iştirak etmişdir. Suqovuşan-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 7 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. 28 noyabr 2020-ci ildə Bakıxanov qəsəbəsi, “Şəhidlər Xiyabanı”nda dəfn olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.