Şriftin ölçüsü :

Saytın rəngi :

Vahid əlaqələndirmə mərkəzləri üzrə Komissiyanın növbəti iclası keçirilmişdir

30 noyabr 2021 | 20:00
   Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sədrlik etdiyi Komissiyanın iclasında vahid əlaqələndirmə mərkəzlərində 26 istiqamətdə xidmət göstərən 19 dövlət orqanından biri olan Sabunçu Rayon İcra Hakimiyyətini təmsil edən Rayon İcra Hakimiyyəti başçısının müavini, Əlaqələndirmə Komissiyasının üzvü Rəna Fərəcova da iştirak etmişdir.
S.Babayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən vahid əlaqələndirmə mərkəzlərinin yaradılmasının şəhid ailələri və qazilərə yüksək diqqət və qayğının daha bir təzahürü olduğunu vurğulamışdır. Vahid əlaqələndirmə mərkəzlərində bu kateqoriyadan olan vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s. üzrə xidmətlərin vahid məkandan, operativ, şəffaf, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında göstərilməsinin mühüm dəstək tədbirlərindən biri olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, artıq Bakıdakı və Abşerondakı DOST mərkəzlərində paytaxt, həmçinin Sumqayıt şəhəri və Abşeron rayonu üzrə vətəndaşlara xidmət göstərilir, 1-ci Qarabağ müharibəsi şəhidlərinin ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər də artıq bu xidmətlərlə əhatə olunur. Vahid əlaqələndirmə mərkəzlərində artıq 4200-ə yaxın şəxsə xidmətlərin göstərildiyini diqqətə çatdıran Komissiyanın sədri, Əmək və əhalinin sosial müdafiəsi naziri cənab Sahil Babayev yaxın günlərdə regionlarda da bu mərkəzlərin fəaliyyətə başlaması üçün hazırlıq işlərinin aparıldığını bildirmişdir.
İclasda vahid əlaqələndirmə mərkəzlərinin yaradılması işlərinə və bu mərkəzlərdə müraciətlərin qəbulu, həmin müraciətlərdə əksini tapan məsələlərin aidiyyəti qurumlarla birgə əlaqəli şəkildə operativ həlli istiqamətində aparılan işlərə dair təqdimat nümayiş etdirilmişdir.
Həmçinin, göstərilən xidmətlərlə bağlı qurumların fəaliyyətinin əlaqələndirilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Keçidlər