Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Hacıyev Ülvi Şirin oğlunun ildönümü mərasimi keçirildi

04 dekabr 2021 | 20:00
05 Dekabr  2021-ci ildə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Hacıyev Ülvi Şirin oğlunun ildönümü mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini Güloğlan Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi polkovnik Polad İbrahimov, Dövlət Gömrük Komitəsinin əməkdaşları, Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şöbənin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Ruhin Orucov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
Hacıyev Ülvi Şirin oğlu 13.11.1994-cü ildə Bakı şəhərində anadan olmuşdur.
2012-ci ildə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 141 nömrəli tam orta məktəbi bitirmişdir.
2016-cı ildə Azərbaycanda Dövlət İqtisad Universitetini və 2018-ci ildə həmin universitetin  magistratura pilləsini bitirmişdir.
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin inspektor vəzifəsində işləyirdi.
Vətən müharibəsi başlayan kimi könüllü ordu sıralarına yazılmış, Füzuli Xocavənd, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
19.10.2020-ci ildə Xocavənd rayonu istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
06.12.2020-ci ildə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İkinci Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
 
Keçidlər