YAP Sabunçu rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edildi
09 dekabr 2021 | 20:00
10.12.2021-ci il tarixdə YAP Sabunçu rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar görüş keçirildi. Görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyətinin başçısının müavinləri Rəna Fərəcova və Avtandil Hüzeyn-zadə, Millət vəkili Əliabbas Salahzadə və YAP Sabunçu rayon təşkilatının fəal üzvləri iştirak edirdilər.
Tədbirdən əvvəl YAP Sabunçu rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edildi.
Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Misirxan Vəliyev bildirdi ki, müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının qəlbində özünə elə bir abidə ucaltmışdır ki, onun xatirəsi daim ürəklərdə yaşayır. Qeyd olundu ki, Ümummilli lider Heydər Əliyev dövlət başçısı və siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda müstəqil siyasət apararaq xalqı öz ətrafında birləşdirməyi bacarmışdır.
Daha sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev dahi şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də, hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən söz açdı. Qeyd olundu ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. A.Vəliyev Heydər Əliyev siyasətinin bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.
Görüşdə həmçinin Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, ərazi partiya təşkilatının sədri Natiq Musayev və fəal üzvlərdən Cəmşid Dərəlyəzli çıxış edərək Ulu Öndərimizin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs etdilər.