Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

13 dekabr 2021 | 20:00
   14.12.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbin akt zalında “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini Ceyhun Abbasov, Sabunçu rayon Polis İdarəsinin rəis müavini Fazil Zərbəliyev,  Sabunçu rayon 42-ci polis bölməsinin rəisi Emil Cavadov, Daxili İşlər Nazirliyi Baş Narkotiklə Mübarizə idarəsinin əməkdaşı Nadir Məmmədov, Dövlət Komissiyasının İşçi Qrupunun Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, həkim-narkoloq Rövşən Kərimli, məktəbin şagird və müəllim kollektivi iştirak edirdilər
İlk əvvəl məktəbin direktoru çıxış edərək  tədbirin məqsəd və əhəmiyyətindən danışaraq gələn qonaqları təqdim etdi. Sonra tədbir iştirakçıları  narkotik vasitələrindən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər.
Giriş sözü ilə tədbiri Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini Ceyhun Abbasov açaraq, müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verdi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramından  danışdı və ətraflı  məlumat verdi.
Sabunçu rayon 42-ci polis bölməsinin rəisi Emil Cavadov, Daxili İşlər Nazirliyi Baş Narkotiklə Mübarizə idarəsinin əməkdaşı Nadir Məmmədov, Dövlət Komissiyasının İşçi Qrupunun Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, həkim-narkoloq Rövşən Kərimli və  Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev çıxış edərək respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə danışdılar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər, müəllimlərə və məktəblilərə müəyyən tövsiyyələr verdilər.
Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.
 

Keçidlər