Şriftin ölçüsü :

Saytın rəngi :

148 nömrəli tam orta məktəbdə “Zəfər” və “Nizami Gəncəvi 880” adlı muzeylər yaradıldı

19 dekabr 2021 | 20:00
   20.12.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Qambayzadə adına 148 nömrəli tam orta məktəbdə yaradılmış “Zəfər” və “Nizami Gəncəvi İli”nə həsr olunmuş “Nizami Gəncəvi 880” adlı muzeylər ilə tanış oldular.
   Məktəbin direktoru Esmira Babayeva qonaqlara muzeylərin hazırlanması barədə geniş məlumat verərək bu işdə məktəb-valideyn və müəllim-şagird əməkdaşlığının xüsusi rola malik olduğunu bildirdi. Qeyd olundu ki, qısa müddət ərzində muzeyin yaradılması şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək və vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.
“Zəfər” muzeyində Azərbaycanın Milli Qəhrəmanları və Vətən müharibəsi şəhidlərinə aid guşələr, həmçinin tariximizin ayrı-ayrı dövrləri ilə bağlı eksponatlar yer alır. Muzeydə şagirdlərin əl işləri olan maketlər, eyni zamanda xalqımızın milli adət-ənənələrini əks etdirən müxtəlif növ sənətkarlıq nümunələri xüsusi maraq doğurur.
   Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı müvafiq Sərəncamdan irəli gələn tələblərin icrası, şagirdlərə dahi Nizami Gəncəvi irsinin daha dərindən aşılanması məqsədilə yaradılan “Nizami Gəncəvi 880” adlı muzeydə isə dahi şairin yaradıcılığı ilə bağlı şagirdlərin əl işləri nümayiş etdirilir.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova məktəb rəhbərliyi tərəfindən irəli sürülən bu təşəbbüsü yüksək dəyərləndirərək gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək istiqamətində bu kimi layihələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
 
Keçidlər