Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Bağırov Elçin Fərhad oğlunun ildönümü mərasimi keçirildi

19 dekabr 2021 | 20:00
   20 Dekabr 2021-ci ildə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Bağırov Elçin Fərhad oğlunun ildönümü mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şöbənin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişlər.
Bağırov Elçin Fərhad oğlu 1989-cu il aprelin 27-si Ağdam rayonunun Sarıhacılı kəndində dünyaya gəlmişdur. O, 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Azərbaycan Ordusunun kiçik çavuş olan Elçin Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə  iştirak etmişdir. Elçin Bağırov oktyabrın 1-də Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Uzun müddət sonra nəşi tapılaraq 20.12.2020-ci ildə “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Ailəli idi. Şəhidimizin bizlərə yadigar qalan 4 övladı var.
 
Keçidlər