“14 iyun-Ümumdünya Qan Donoru Günü”münasibətilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı qan donorluğunda fəal iştirak edən Sabunçu Rayon İcra Hakimiyyətinə təşəkkür etdi
15 iyun 2022 | 10:05
Qan və onun komponentlərinin köçürülməsi hər il milyonlarla insanın həyatını xilas etməyə imkan verir.
Azərbaycanda 1500-ə yaxın talassemiyalının, həyatları qandan asılı olan digər hematoloji xəstələrin və təcili əməliyyata ehtiyacı olan şəxslərin hər zaman davamlı qan təminatı zəruridir. Qanın tək mənbəyi isə sağlam və könüllü donorlardır.
“Bir damla QAN bir HƏYAT deməkdir” adlı qanvermə aksiyasında iştirak edərək könüllü qan verən hər kəsə minnətdarlığımızı bildiririk!