Milli qurtuluş günü
Müstəqillik tariximizin elə səhifələri, elə anları vardır ki, onlar xalqımızın yaddaşına əbədi yazılmışdır. Belə günlərdən biri də hər il ildönümünü təntənə ilə qeyd etdiyimiz 15 iyun Milli qurtuluş günüdür. Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. On doqquz il bundan əvvəl-1993-cü ildə xalqımız tarixin dəfələrlə sınaqdan çıxardığı həmin həqiqətlə birdə qarşılaşmalı olmuşdur. Əldə etdiyimiz müstəqilliyi ikinci dəfə onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Doğma Azərbaycanımızı bir tərəfdən vətəndaş müharıbəsi, qardaş qırğını bürümüş, digər tərəfdən də qatı düşmənlərimiz ermənilər müstəqilliyimizi gözü götürməyənlər, onunla barışa bilməyənlər bizə xain gözü ilə baxırdılar. Onlar yeni-yeni torpaqlarımızı ələ keçirmək üçün fürsət tapdıqlarına və bu fürsətdən ölkədəki başıpozuqluqdan, hakimiyyətdəkilərin səriştəsizliyindən, yaranmış qarşıdurmadan istifadə edirdilər. Belə bir dövrdə xalq bütün ümidini uzun illər Azərbaycana rəhbərlik etmiş, onu şərəfə, şöhrətə çatdırmış, lakin ən lazımlı vaxtda rəhbərlikdən kənarda qalmış cənab Heydər Əliyevə bağlayaraq ona müraciət etdi. Cənab Heydər Əliyev xalqın çağırışını cavabsız qoymadı. Xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan mahir siyasətçi və dövlət xadimi yaranmış ağır vəziyyətdən çıxış yolu taparaq tezliklə ölkənin və xalqın başı üstünü almış fəlakəti sovuşdurdu. Torpaqlarımızı, insanları əmin-amanlığa qovuşdurdu. Nəzarətsiz, özbaşına fəaliyyət göstərən silahlı dəstələr ləğv olundu. Ölkəmizin etibarlı müdafiəçisi olacaq Milli Ordunun yaradılmasına, məhkəmləndirilməsinə başlandı. Dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, cinayətkarlar cəzalandırıldı. Respublikada sabitlik bərqərar oldu, müstəqil dövlətimizin tanınmasına və möhkəmləndirilməsinə yönəldilmiş xarici siyasət yeridildi. Müharibədə atəşkəs əldə olundu, torpaqlarımızın sülh yolu ilə qaytarılması üçün danışıqlara start verildi.
Qurtuluş gününün dərin mənası var. O, bizim hər birimizi Azərbaycanın müstəqilliyi və bütövlüyü, qüdrətli bir dövlətə çevrilməsi uğrunda mübarizəyə səsləyir. Vətəni sevməyi və onu qorumağı öyrədir. 1993-cü ilin iyunundan keçən 19 il ərzində xalqımız öz xilaskarı prezident Heydər Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu yolunda irəliyə doğru bir cox mühüm addımlar atıb. Biz müstəqilliyimizi qoruyub saxlamışıq, möhkəmləndirə bilmişik. Artıq hec kəsdə şübhə yoxdur ki, Azərbaycanın dövlət müstəqilliyi dönməz və əbədidir. Ölkədəki ictimai-siyasi sabitlik bütün sahalərdə islahatlar uğurla həyata keçirməyə, demokratiyanı genişləndirməyə şərait yaradıb.
Heydər Əliyevin siyası irsinin layiqli davamcısı cənab İlham Əliyevin böyük səs coxluqu ilə Prezident seckilərindəki qələbəsindən sonra onun apardıqı siyasət, gələcəyə daha nikbin baxmağa əsas yaradır.
Son doqquz ilin təcrübəsində Ulu Öndərin siyasi xəttinin Azərbaycanda uğurla davam etdirildiyini sübut etdi. Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətandaş cəmiyyəti quruculuğunda ciddi yeniliklər və nailiyyətlər əldə olunmuş, Azərbaycan bir cox parametrlər üzrə sürətlə inkişaf edən ölkəyə çevrilmişdir.
Artıq bü gün Respublikamız dünyanın taleyini müəyyənləşdirən fövqəl dövlətlərlə bir sırada durur. Dövlət müstəqilliyimizin 20-ci ildönümündə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması və ölkəmizin rəhbərinin dünyanın ən ali qurumuna sədirlik etməsi tarixi bir hadisə kimi dəyərləndirilməlidir.
Əldə etdiyimiz bu və digər möhtəşəm qələbələrimiz, nailiyyətlərimiz öz mənbəyini məhz Ulu Öndər Heydər Əliyev siyasi irsindən alır və Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü son dərəcə uğurlu diplomatiyasına məntiqinə söykənir.
Beynəlxalq arenada ölkəmizin ildən-ilə artan nüfuzu üzləşdiyimiz digər problemlərin milli maraqlarımıza uyğun qısa vaxt ərzində həll olunacağına əminlik yaradır.