Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Azərbaycan xalqının Umummilli Lideri Heydər Əliyevin 1969-cu ildə siyasi hakimiyyətə gəlməsinin 45 illiyinə həsr olunmuş tədbir keçirildi

13 iyul 2014 | 19:00

Ulu öndərimiz Heydər  Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 45 illiyi münasibəti ilə Sabunçu rayon İcra Hakimiyyəti Aparatının,  rayondakı bir sıra ictimai təşkilatların, rayon ictimaiyyətinin  nümayəndələrinin  və digər qonaqların iştirakı ilə tədbir keçirilmişdir.
    Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad etdilər. Tədbiri giriş sözü ilə açan Sabunçu rayon İcra Hakimiyyəti Başçısı Adil Vəliyev tədbir iştirakçılarını salamlayaraq Ümummmilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi  hakimiyyətə gəlməsi, fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etmişdir. Qeyd etmşdir ki, Heydər Əlirza oğlu Əliyev  45 il əvvəl - 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin  birinci katibi seçilmişdir. Həmin gündən etibarən Heydər Əliyevin böyük səyləri, vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemlərini dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini verdi. Adil Vəliyev Ulu Öndərin siyasi hakimiyyətə gəlməsi, Azərbaycanın tərəqqi, inkişaf və çiçəklənməsi istiqamətində həyata keçirdiyi böyük işlərdən danışdl.
   Sonra tədbirdə çıxış edən millət vəkili Eldar Quliyev, MTN Sabunçu İdarəsinin rəisi Faiq Nuriyev, YAP Sabunçu rayon təşkilatının  sədri Mehriban Abasquliyeva, 96 saylı orta məktəbin direktoru Əminə Hüseynova  və başqaları Ulu öndərin 1969-cu ildə siyasi hakimiyyətə gəlməsi,  Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qoruması, xalqımızın xilaskarına çevrilməsindən danışmışlar.

Keçidlər