Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatında “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirildi

22 dekabr 2021 | 20:00
23.12.2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatında “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Əliabbas Salahzadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov və müavin Rəna Fərəcova, həmçinin YAP Sabunçu rayon təşkilatının fəal üzvləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev çıxış edərək Ulu öndər Heydər Əliyev siyasətinin son 18 ildə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın iqtisadi-siyasi və hərbi gücünün artdığını, xalq-iqtidar birliyinin vəhdət təşkil etdiyini və Vətən sevgisinin böyüklüyü fonunda möhtəşəm Qələbəyə imza atıldığını bildirdi. Qeyd olundu ki, Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası bugün cənab İlham Əliyevin sədrliyi ilə həyata keçirilən məqsədyönlü siyasətlə ölkəmizdə milli tərəqqini təmin etməklə yanaşı, həm də demokratik inkişafı şərtləndirir, yeni uğurların əsası kimi çıxış edir.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxışında son 18 ildə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə görülən çoxşaxəli işlər, həyata keçirilən böyük layihələrdən söz açaraq Azərbaycanın regionun qüdrətli ölkəsinə çevrildiyini vurğuladı. Qeyd olundu ki, Ümummilli lider Heydər Əliyevin siyasi kusunun davamçısı kimi cənab İlham Əliyevin uzaqgörən siyasəti və güclü iradəsi Azərbaycanı sürətli inkişafa qovuşdurmuşdur.
Daha sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov və müavin Rəna Fərəcova, Sabunçu rayon ərazi partiya təşkilat sədrləri Dilarə Cəbrayılova, Azər Ələkbərov, ehtiyatda olan polkovnik Hikmət Ağayev və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sabunçu rayon təşkilatının sədri Zülfüqar Cəfərov çıxış edərək möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən, şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən söz açdılar. Vurğulandı ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edən, əzəli və əbədi torpağımız olan Qarabağı işğaldan azad edən Müzəffər Ali Baş Komandan və  Sərkərdə kimi hər zaman tarixdə qalacaqdır.
 
Keçidlər