“Dəmir Yumruq” hərbi-vətənpərvərlik layihəsinin bağlanış mərasimi keçirildi
27 dekabr 2021 | 20:00
Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Sabunçu Gənclər Evi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Mübarizlər Vətənpərvərliyə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Dəmir Yumruq” hərbi-vətənpərvərlik kursunun bağlanış mərasimi baş tutdu.
Şanlı qələbəmizin ildönümünə və şəhidlərimizin müqəddəs xatirəsinə həsr olunan “Dəmir Yumruq” hərbi-vətənpərvərlik layihəsinin bağlanış mərasimində ictimaiyyət nümayəndələri, rəsmilər, vətən müharibəsi qaziləri və Sabunçu Gənclər Evinin üzvləri iştirak edirdilər. Bağlanış mərasimində ilk olaraq 44 gün müddətində keçirilən layihənin hesabat video-çarxı təqdim olundu.
Ardınca Sabunçu Gənclər Evinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabunçu nümayəndəliyinin rəhbəri Samir Mehralıyev layihənin hesabatını tədbir iştirakçılarına təqdim etdi.
Hesabatın ardınca rəsmi qonaqlar, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaş tərbiyəsi sektorunun müdiri Əli Məmmədov kursu bitirən 40 gənci təbrik etdi, onlara vətən, dövlət və xalq üçün atacaqları gələcək addımlarında uğurlar arzuladılar. I Qarabağ və Vətən müharibəsi iştirakçılarından Elçin Kazımov gənclərə müharibə və mübarizə reallıqlarından bəhs edərək, onları milli maraqlarımız naminə daim müxtəlif istiqamətlərdə çalışmağa çağırdı. Mübarizlər vətənpərvərliyə dəstək İctimai Birliyinin nümayəndəsi Renat Cəfərov gənclərə gələcək fəaliyyətlərində uğurlar arzu etdi.
Bağlanış mərasimi layihə iştirakçılarının “Dəmir yumruq” andını içməsi və onların göstəriyi nəticələrə görə dərəcə sertifikatları ilə təltif olunması ilə yekunlaşdı.
Qeyd edək ki, layihənin məqsədi parlaq Vətən müharibəsi zəfərindən sonra hərbi-vətənpərvərlik istiqamətində layihələrin daha da genişləndirilməsi, gənclərin hərbi savadlılığının artırılması, onların döyüş hazırlığının yüksək dərəcədə saxlanılması, həmçinin hərbi xidməti hələ keçməmiş gənclərə zəruri məlumatların nəzəri və praktiki şəkildə ötürülməsi oldu. 44 gün müdətində keçirilən hərbi-vətənpərvərlik kursunda 40 iştirakçının iştirakı ilə hərb haqqında ilk təsəvvür, silahlarla tanışlıq və atış dərsləri, hərbi Nizamnamə və rütbələr, ərazidə hərəkət, minadan qorunma, kəşfiyyat, ilkin tibbi yardım, mühəndis İstehkam, əlbəyaxa döyüş, silahdan müdafiə, ideoloji və psixoloji hazırlıq təlim və fəaliyyətlər ümumi 75 saat olmaqla 15 təlim keçirildi. Təlim və kurslar Sabunçu Gənclər Evində, “N” saylı hərbi hissədə, atış meydanlarında və açıq hava məkanlarında olmaqla həftənin şənbə və bazar günləri keçirildi.