"2 fevral-Azərbaycan Gəncləri Günü" münasibətilə Sabunçu rayonunun Balaxanı qəsəbəsində “Balaxanı Gənclər Festivalı” keçirildi.
01 fevral 2022 | 20:00
01.02.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "2 fevral-Azərbaycan Gəncləri Günü" münasibətilə Sabunçu rayonunun Balaxanı qəsəbəsində “Balaxanı Gənclər Festivalı” keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər Məmmədov, Balaxanı bələdiyyə sədri Bahadır Haşumov və digər qonaqlar iştirak edirdilər.
Festivalda müxtəlif yaş qruplarından olan gənclərin ifasında mahnılar səsləndirildi, rəqslər ifa olundu və kiçik tamaşalar nümayiş etdirildi. Rayonun gənc istedadlarının müxtəlif mövzularda hazırladıqları rəsm əsərləri və əl işləri festival iştirakçılarının marağına səbəb oldu.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova bildirdi ki, ölkəmizdə gənclərə belə yüksək dəyərin verilməsi, etimadın göstərilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz 1996-cı ildə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan Gənclərinin I Forumunun keçirildiyini və 1997-ci ildə imzalanan Sərəncamla 2 fevral tarixinin “Azərbaycan Gəncləri Günü” elan olunduğunu vurğulayan R.Fərəcova cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu qeyd etdi.
Tədbirin sonunda festival iştirakçıları ilə xatirə şəkli çəkdirildi.