Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Şəfizadə Saleh Samir oğlunun ildönümü mərasimi qeyd olundu.

08 fevral 2022 | 20:00
06 Fevral 2022-ci ildə Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidi Şəfizadə Saleh Samir oğlunun ildönümü qeyd olundu.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseynzadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev, Maştağa bələdiyyəsinin sədri Mikayıl Məmmədov, Sabunçu rayonu üzrə  “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Zülfüqar Cəfərov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, və qəsəbə sakinləri iştirak etmişdir.
Şəfizadə Saleh 23 May 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Şəfizadə Saleh 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsində iştirak etmişdir. 08.11.2020-ci ildə döyüş zamanı ağır yaralanmış, 3 ay komada qaldıqdan sonra 08.02.2021-ci ildə şəhid olmuşdur. 09 fevral 2020-ci ildə Maştağa qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”,“Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
 
Keçidlər