Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2014-cü ilin birinci yarısının yekunları müzakirə olundu

20 iyul 2014 | 19:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2014-cü ilin 6 ayının sosial-iqtisadi inkişafın yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın, hüquq-mühafizə orqanları rəhbərlərinin, təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur. İclasda Sabunçu rayon İcra Hakimiyyəti başçısının Qəsəbə nümayəndəliklərində Qəsəbə nümayəndələri və Bələdiyyə sədrləri orada yaradılmış operativ-idarəetmə vasitəsi ilə video-konfransa qoşulmuşlar.
         İclası giriş sözü ilə açan Sabunçu rayon İcra Hakimiyyəti başçısı cənab Adil Vəliyev bildirmişdir ki, 2014-cü ilin birinci yarısında Dövlət Proqramları çərçivəsində eləcə də, müxtəlif maliyyə mənbələri hesabına rayonun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrin həyata keçirilməsi, yerli əhəmiyyətli və daxili yolların inşası, əhalinin elektrik enerjisi, təbii qaz və su təchizatının yaxşılaşdırılması, sosial əhəmiyyətli obyektlərin tikintisi, müasir tələbələrə uyğun yenidən qurulması, ekoloji sabitliyin qorunması, küçə və parkların, yaşayış massivlərinin abadlaşdırılması, yeni yaşıllıq zolaqlarının salınması üzrə xeyli işlər görülmüşdür.
Hesabat dövrü ərzində  Sabunçu rayonunun sosial-iqtisadi sahədə dinamik inkişafı davam etmiş, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir. Belə ki, rayonun sənaye müəsissələri tərəfindən 187,5 mln manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mln 637 min manat çoxdur, nəqliyyat xidmətlərinin həcmi 183,4 % artaraq 4,5 mln manat, rabitə xidmətlərinin həcmi 20,2 % artaraq 4,3 mln manat, pərəkandə əmtəə dövriyyəsi 1,7 % artaraq 325,8 mln manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1 % artaraq 125,6 mln manat, əsas kapitala yönəldilmiş investisiyalar həcmi 74,8 mln manat, ümumi investisiyadan tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin həcmi 72,5 min manat, öz gücü ilə yerinə yetirilən podrat işlərinin həcmi 72,8 mln manat təşkil etmişdir.
6 ay ərzində rayonun neftçıxarma sənayesinin əsasını təşkil edən Balaxanı əməliyyat şirkəti tərəfindən 138,9 min ton neft, 0,9 mln  m3 qaz, “Azgerneft” MMC tərəfindən 46,2 min ton neft hasil edilmişdir.
Hesabat dövrü ərzində bir işçiyə düşən orta əmək haqqı ötən dövrlə müqayisədə 27 % artaraq 428,1 manat, sənaye sahəsində çaılışanların əmək haqqı isə 4,3 % artaraq 544,4  manat olmuşdur. 
Burada onu da qeyd etmək lazımdır ki, Balaxanı Əmaliyyat Şirkətində orta əmək haqqı 762  manat , “Azgerneft” MMC-də 787,7  manat, Abşeron YGEŞ MMC-də 542,6 manat, “Kəşfiyyat Geofizika” İstehsalat bölümündə 1053,8 manat, “Bakı Fındıq Emalı” MMC-də  511,7 manat, “Kompleks Sazlama və Avromatlaşdırma” ASC-də 716 manat,  “Bakı Oksigen Kompani” ASC-də 585,9  manat olduğu halda, “Bakı Neft Maşınqayırma” TASC-də 286,2  manat, “Bakı Fəhləsi” Maşınqayırma TASC-də 351,5 manat, “Zabrat maşınqayırma” zavodu TASC – 286,9 manat, “Balaxanı maşınqayırma” TASC – 198,7 manat, Sabunçu Elmi İstehsalat Birliyi TASC –də 180,6 manat, “Bakı Tələbat Qabları” ASC-də 166,9 manat, “Azərfarm” LTD-də 185,0 manat, “Sərham” MMC –də 121,9 manat olmuşdur ki, bu da xeyli aşağı göstərici olmaqla yolverilməz haldır. Həmin müəssisələrin rəhbərləri işçilərin əmək haqlarının rayon üzrə orta əmək haqqı səviyyəsinə qaldırılması üçün əməli tədbirlər görməlidir.
6 ay  ərzində rayonda məşğul əhalinin sayı 30367 nəfər olmuşdur, bunlardan 8652 nəfəri sənaye sahəsində çalışanlardır. Bu müddət ərzində 805 yeni  iş yerləri açılmışdır.
         Sabunçu Məşğulluq Mərkəzi tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təmin edilməsi, rayonda işsizlik probleminin mümkün qədər yüngülləşdirilməsi istiqamətində bu ilin 6 ayı ərzində müəyyən işlər görülmüşdür. Belə ki, 2014-cü ilin birinci yarısında 815 nəfər qeyri məşğul əhali iş axtarmaq məqsədilə məşğulluq mərkəzinə müraciət etmiş,  onlardan 353 nəfəri işlə təmin olunmuşdur ki, bunlardan 79 nəfəri qulluqçu, 274 nəfəri isə fəhlədir.  Bu müddət ərzində 56 nəfərə işsizlik statusu, 59 nəfərə isə işsizlik müavinəti verilmişdir.
Rayon ərazisində 30218 nəfərə pensiya xidməti  göstərilir. Bunlardan 19534 nəfəri yaşa görə, 8280 nəfəri əlilliyə görə, 2404 nəfəri ailə başçısını itirdiyinə görə təyin edilmiş pensiyalardır. Hesabat dövrü ərzində 835 nəfərə pensiya təyin edilmişdir, o cümlədən 437 nəfərə yaşa  görə, 314 nəfərə  əlilliyə görə, 86  nəfərə ailə başçısını itirdiyinə görə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə  “2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlər Proqramı” təsdiq edilmiş və həmin vaxtdan Sabunçu rayonunda Dövlər Proqramının icrasına başlanılmışdır. Dövlət Proqramı çərçivəsində Sabunçu rayonu ərazisində 75 sahəni əhatə edən  çox mühim sosial və iqtisadi yönümlü obyektlərin tikilməsi, yolların salınması, əhalinin elektrik enerjisi, su, kanalizasiya, qaz, istilik  təchizatının yaxşılaşdırılması istiqamətində konkret tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. 
01.07.2014-cü il tarixinə olan məlumata görə həmin tədbirlərdən 1 bənd üzrə işlər tamamlanmış, 17 bənd üzrə işlərin icrasına başlanılmış və hazırda işlər davam etdirilir, qalan bəndlər üzrə işlərin icrasına başlanılmamışdır.
2014-cü ilin əvvəlindən rayonun sosial-iqtisadi inkişaf Planına uyğun olaraq Respublikanın mərkəzi dövlət orqanlarının, eləcə də rayonun daxili imkanları hesabına rayon ərazisində sosial əhəmiyyətli obyektlərin, qurğuların tikintisi və abadlıq işlərinin aparılması davam etdirilmişdir.
Belə ki, cari ilin may ayının 8-də Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının iştirakı ilə Bakıxanov qəsəbəsinin Sülh küçəsində inşa edilmiş  “Asan” xidmətin 5 mərtəbəli inzibati binasının açılışı olmuşdur. Bundan başqa ilin əvvəlindən   “Kaspi” tədris mərkəzinin 1-ci korpusunun, 8000 abonent tutumlu ATS-25-in, Gənclər Evinin və Sabunçu qəsəbəsində 12 saylı Şəhər poliklinikasının inzibati binaları istifadəyə verilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayanlar üçün 3 mərtəbəli 50 yerlik ixtisaslaşdırılmış Reabilitasiya Mərkəzi və 50 yerlik sosial sığınacaq, eləcə də gözdən əlillər üçün 4 mərtəbəli Tədris Bərpa Mərkəzinin  inzitabi binalarında tikinti işləri başa çatdırılmışdır. Qeyd etmək lazımdir ki, hər 3 binada xəstələrin sağlamlığının bərpası üçün əlavə idman qurğularının tikintisi də nəzərdə tutulmuşdur. Bundan başqa Sabunçu qəsəbəsi, Şəhər şosesi, 5-ci döngədə yerləşən 8 saylı qəzalı binanın yerində inşa edilmiş 3 mərtəbəli yaşayış binasında da tikinti işləri başa çatdırılmışdır,  bina bu yaxın vaxtlarda istifadəyə veriləcək.
Hal-hazırda Balaxanı qəsəbəsində “Balaxanı sənaye Parkının”, Nardaran qəsəbəsində Muğam Mərkəzinin, Maştağa qəsəbəsində H.Abbasov adına Mədəniyyət evinin, Bakıxanov qəsəbəsində “Kaspi”  tədris mərkəzinin 5 mərtəbli 2-ci korpusunun, Sabunçu və 2 saylı Bakı İnzibati-iqtisad Məhkəmələri üçün inzibati binaların tikintisi, Bakıxanov qəsəbəsində ümumi sahəsi 2,8 ha olan “Heydər Əliyev” adına istirahət parkında xüsusi layihə əsasında yenidənqurma işləri və həmin ərazidə H.Əliyev Mərkəzinin inşası, Zabrat və Pirşağı qəsəbələrində 3 girişli yanğından mühafizə bölməsinin  tikintisi və s. davam etdirilir.
Cari ilin 6 ayı ərzində rayonun Bakıxanov, Sabunçu, Zabrat, Kürdəxanı və digər qəsəbələrinin ərazilərində bir sıra ticarət, ictimai iaşə, xidmət və  s. obyektlər inşa edilib istifadəyə verilmişdir ki, bununda sayəsində onlarla yeni iş yerləri açılmaqla əhaliyə yüksək səviyyədə ticarət, iaşə və digər xidmətlər göstərilməkdədir.
Rayonda Beynəlxalq Olimpiya Stadionunun tikintisi ilə əlaqədar Böyük-Şor yaşayış massivində 483 yaşayış evi və 6 obyekt sökülüb ərazidə təmizlik, səliqə-səhman yaradılmışdır. Xüsusi layihə əsasında Böyük–Şor gölünün bir hissəsinin qurudulması, qalan hissəsəsinin təmizlənib müasir tələblərə cavab verən istirahət mərkəzi və yaşıllıq sahəsinin yaradılması üzrə müvafiq tədbirlər həyata keçirilir.
Hal-hazırda ümumi sahəsi 18000 m2-ə bərabər olan Balaxanı parkında əsaslı təmir, yenidənqurma işləri başa çatdırılmaq üzrədir. Bu işlərin digər qəsəbələrdə  də aparılması nəzərdə tutulmuşdur.
Rayonda aparılan abadlıq, quruculuq işləri ilə yanaşı rayonun mərkəzi yollarının kənarında, məhəllədaxili ərazilərdə xeyli yaşıllaşdırma işləri də görülmüşdür. Belə ki, ötən 6 ay ərzində  rayon ərazisində 387 ədəd Xan çinarı,           1000-dən çox müxtəlif növ kol bitkiləri,  Zabrat-Pirşağı yolunun ətrafında 2120 ədəd şam ağacları, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi boyu 2000-ə yaxın qızılgül tingləri və 10000-dən çox müxtəlif növ  mövsümi güllər əkilmiş, 5980 m2  yaşıl ot örtüyü salınmış, yaşıllıqların suvarılması üçün uzunluğu 2000 metrə yaxın yeni su xətləri çəkilmişdir. Göstərilən  işlər bu gün də davam etdirilir. 
2014-cü ilin əvvəlindən Dövlət Proqramı çərçivəsində və müxtəlif mənbələr hesabına rayonun mərkəzi və məhəllədaxili yollarının təmir edilərək asfaltlanması işləri daha intensiv davam etdirilimişdir.
Belə ki, 6 ay ərzində Bakıxanov qəsəbəsi üzrə  Hacinski küçəsinə 5335 m2, M.Fətəliyev küçəsinə 2208 m2 , Ş.Kamilov küçəsinə 7560 m2 , Q.Qarayev küçəsinə 1230 m2, İnşaatçılar küçəsinə 1080 m2 , F.Dostayevski küçəsinə 1230 m2 , M.Maqamayev küçəsinə 1230 m2,  Y.Qasımov küçəsinə 3042 m2 , T.Mustafayev küçəsinə 4524 m2, Sülh küçəsinə 9570 m2 , Y.Əliyev küçəsinə 2040 m2  (Bakıxanov qəsəbə nümayəndəliyi üzrə cəmi 41419 m2), Bakıxanov qəsəbəsi M.Vazeh küçəsi ev 2, 4, 6 ünvanlarına 2559 m2, keçid 938 ev 32 ünvanına 1892 m2, Sülh küçəsi ev 7,11, 13 ünvanlarına 970 m2 (81 saylı MKİS), Axundov 1,3,5 ünvanlarına 2000 m2, Sülh küçəsi 4,8,10 ünvanlarına 8000 m2, R.Qəmbərov 14,16, 16a ünvanlarına 450 m2 (86 saylı MKİS), M.Hacinski  21a , 23, 80 ünvanlarına 5920 m2 (47 saylı MKİS), R.Qəmbərov 6, 8, 10, 12, 18, 2/20 ünvanlarına 15600 m2 (81 saylı MKİS) , Sabunçu qəsəbəsi Dəmir yolu küçəsi 1 ünvanına 120 m2,  Əsədullayev küçəsi 15 ünvanına   568 m2, Ə.Məmmədəliyev küçəsi 9 ünvanına 931 m2, Kəngərli küçəsi 2, 4, 6, 29, 82 ünvanlarına 1237 m2, Əfəndiyev küçəsi 6,8, ünvanlarına 259 m2 (69 saylı MKİS), Zabrat qəsəbəsi M.Vidadi küçəsi 8-46 ünvanlarına 8058 m2, Neftçilər küçəsi 13 ünvanına 180 m2, N.Nərimanov küçəsi 23 ünvanına 6729 m2 (71 saylı MKİS) (MKTB üzrə cəmi: 55472 m2 ), Sabunçu qəsəbəsi Y.Qasımov küçəsi 11-38 ünvanlarına 9500 m2, Əfəndiyev küçəsi (məscidin ətrafı) 3500 m2, (148 saylı MKİS), Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 18-34, M.Gəncəvi küçəsi 17 və N.Nərimanov küçəsi 26  ünvanlarına cəmi 4500 m2(146 saylı MKİS), (3 saylı Xüsusi Təyinatli MKTB-nin MKİS-ləri üzrə 17500 m2); S.Şuşinski küçəsinə 19,21, L.Məmmədbəyova küçəsi 16, M.Hüseyn küçəsi 12 ünvanlarına cəmi 5000 m2, M.Hacinski küçəsi 23 ünvanına 1300 m2, Deputat küçəsi 3,5,6a ünvanlarına 2600 m2, (39 saylı MKİS üzrə cəmi - 8900 m2), Maştağa qəsəbəsi İ.Həsənov küçəsinə 14000 m2, N.Nərimanov küçəsinə 7000 m2, Axund Mirzə Əbdülkərim küçəsinə 2500 m2, (cəmi - 23500 m2) asfalt örtüyü vurulmuşdur.
Beləliklə, 6 ay ərzində rayonun Bakıxanov qəsəbəsi üzrə 92210 m2, Sabunçu qəsəbəsi üzrə 14967 m2, Zabrat qəsəbəsi üzrə 16114 m2, Maştağa qəsəbəsi üzrə 25000 m2, ümumilikdə 146791 m2, asfalt örtüyü vurulmuşdur. 
Qeyd etmək lazımdır ki, qəsəbədaxili yolların və məhəllədaxili ərazilərin asfaltlanması ilə yanaşı yenidənqurma və işıqlandırma işləri də aparılmışdır. Bu məqsədlə yol kənarlarında 552 ədəd müasir tipli dirəklər quraşdırılaraq 18528 m uzunluğunda yeni kabellər çəkilmiş və 1004 ədəd çıraqlar asılmaqla həmin ərazilərin normal işıqlandırılması təmin edilmişdir.
Lakin bu sahədə hələ də ciddi nöqsanlar və çatışmazlıqlar mövcuddur. Son vaxtlar bununla bağlı  sakinlər tərəfindən Rayon İcra Hakimiyyətinə daxil olmuş ərizə və şikayətlərin sayı artmışdır. 
Belə ki, Bakıxanov qəsəbəsinin Sülh küçəsi 9094-cü məhəllə, Yavər Əliyev küçəsi 26a, S.Şuşinski küçəsi 4, 19, 21, M.Hüseyn küçəsi 12; Sabunçu qəsəbəsinin İ.Əfəndiyev, M.Aydınbəyov, Q.Musabəyov, M.Qasımov küçələri boyu; Zabrat qəsəbəsinin İstixana Kombinatı, 1 May, S.Vurğun, N.Nərimanov, X.Vəliyev, H.Aslanov, F.Engels küçələri boyu; Maştağa qəsəbəsinin Axund Şeyx Hüseyn, B.Bağırov, M.Hüseynzadə, M.Nizami, Axund Mirzə Kərim küçələri boyu; Nardaran qəsəbəsinin Ş.Ə.Tuti, A.Zeynallı, Abşeron, N.Əsgərov küçələri boyu; Bilgəh qəsəbəsinin  Azərbaycan Qadını, Dəniz, Kommuna, 28 Aprel, Ü.Hacıbəyov, XX Qurtultay küçələri boyu; Balaxanı qəsəbəsinin Milli Ordu, Səfəvilər, R.Qəmbərov küçələri boyu; Ramana qəsəbəsinin Ə.Haqverdiyev küçəsi; Kürdəxanı qəsəbəsinin V.Vəliyev, H.Hacıyev, M.Adil küçələri boyu və Meyvə Tingliyi yaşayış sahəsi; Pirşağı qəsəbəsi  2 saylı sovxoza gedən yolların işıqlandırma sistemi ya heç yaradılmamışdır, ya da köhnələrək, yarasız vəziyyətə düşmüşdür ki, bunun da aradan qldırılması üçün “Bakı Şəhər İşığı” MMC-nin rəhbərliyi müvafiq tədbirlər görməlidir.
Təəsüflə bildirmək lazımdır ki, hələ də müxtəlif təşkilatlar tərəfindən rayon ərazisində təmir-bərpa, yenidənqurma işləri aparıldıqdan sonra yolların asfalt örtüyü bərpa edilmir.
Bakıxanov qəsəbəsinin M.Axundov, Sülh, M.Hacinski, S.Vurğun, M.Əmirov, H.Ağayev, Ş.Kamilov, Əli Kərim, M.S.Vazeh, S.Qocayev, R.Axundov, M.Fətəliyev  S.Mehmandarov, A.Abdullayev, Ş.Şuşinski, Ə.Ağayev, L.Məmmədbəyova; Balaxanı qəsəbəsinin R.Qədimov, Şəfqət, Milli Ordu, Yanardağ; Nardaran qəsəbəsinin Abşeron küçəsi boyu “Mayak”-a qədər; Kürdəxanı qəsəbəsinin  Yeni yaşayış massivi; Maştağa qəsəbəsinin Seyid İbad Ağa, Axund Mirzə Əbdülkərim, N.Nərimanov, M.Ə.Sabir, H.Abbasov, M.Fizuli, E.Mustafayev; Sabunçu qəsəbəsinin S.Əfəndiyev, Ə.Məmmədəliyev, İ.Anaşkin; Pirşağı qəsəbəsinin Ə.Məlikov, R.Əlizadə; Zabrat qəsəbəsinin Çapayev, A.Səhhət, S.Ə.Şirvani, M.P.Vaqif, Nizami, Q.Məmmədov, M.Füzuli küçələrində  “Azərsu” ASC, Bakıxanov qəsəbəsi M.Fətəliyev, M.Əmirov, M.F.Axundov küçələrində “Azərenerji” ASC tərəfindən qazıntı işləri aparıldıqdan sonra yollar əvvəlki görkəminə gətirilməmişdir.
2014-cü ilin I yarımilliyi ərzində əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, enerji təchizatı sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni avadanlıqların, texnikanın tətbiqi istiqamətində xeyli  işlər görülmüşdür. Belə ki, Sabunçu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən Bakıxanov qəsəbəsində 2 ədəd, Ramana qəsəbəsində 2 ədəd, Zabrat qəsəbəsində 1 ədəd 630 kv-luq yeni KTM-lər quraşdırılmış, 2 ədəd TM və KTM-də yenidən qurma işləri aparılmış, 1237 metr uzunluğunda alçaq gərginlikli kabel xətləri yerin altına salınmış, 10800 metr uzunluğunda ÖİN kabel xətləri, 1084 metr uzunluğunda alçaq gərginlikli kabel xətləri, 2180 m uzunluğunda yüksək gərginlikli kabel xətlər çəkilmiş və təmir olunmuşdur. , 121 ədəd 0,4 kv ayırıcılar, 25 ədəd cərəyan transformatorları quraşdırılmış, 34 ədəd keçid izolyatorları dəyişdirilmişdir.
Maştağa Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən “Savalan” yaşayış massivində 2 ədəd 630 kv-luq və 1 ədəd  160 kv-luq yeni KTM-lər quraşdırılmış, yarımstansiyalarda 47 yeni dayaqlar basdırılmaqla ümumilikdə 9800 metr uzunluğunda müxtəlif markalı kabellər çəkilmiş, 6 istismara yararsız  KTM yeni 630 kv-ıuq KTM-lə əvəz edilmiş, Pirşağı qəsəbəsində TM və KTM-də 10/0,4 kv paylayıcı qurğuda əsaslı təmir işləri aparılmış, ”Savalan” yaşayış massivində yerləşən 630 kv-luq KTM-in 0,4 kv-luq şəbəkəsi işlənmiş, 300 ədəd ÖİN dayaqları basdırılmış, 11000 metr uzunluğunda kabel xətləri çəkilmiş, 12 ədəd TM və KTM-lərin mövcud 0,4 kv-luq ÖİN şəbəkəsi genişləndirilməklə ümumilikdə 225 ÖİN dayaqları basdırılmış və 5550 metr ÖİN xətti çəkilmiş, 157 ədəd TM və KTM-də cari təmir işləri həyata keçirilmiş, Ramana Südçülük sovxozunda zədələnmiş ÖİN kabel xətti yeni 1450 metr uzunluğunda XLPE kabellə əvəz edilmişdir.
Bununla belə sakinlərin elektrik enerjisi ilə təchizatında bu gün müəyyən çatışmamazlıqlar da mövcuddur. Belə ki, artıq xeyli vaxtdır ki, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi 23 ünvanda yerləşən 9 mərtəbəli 242 mənzilli binanın elektrik enerjisinin bloklar üzrə düzgün paylaşdırılmaması nəticəsində qoruyucular sıradan çıxmışdır ki, bu da binanın tez-tez müəyyən müddətə işıqsız qalmasına səbəb olur. Ümid edirik ki, bu nöqsanlar tezliklə aradan qaldırılacaq və sakinlərin elektrik elerjisi ilə normal təchizatı təmin olunacaq.
Abonentlərin qaz təchizatının yaxşılaşdırılması, qaz itgisinin qarşısının alınması, ödəniş səviyyəsinin artırılması və texnoloji rejimə uyğun əhalinin fasiləsiz qazla təmin edilməsi məqsədilə 2014-cü ilin 6 ayı ərzində Sabunçu Qaz İstismar Sahəsi tərəfindən xeyli işlər görülmüşdür.
Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin sifarişi ilə müxtəlif tikinti təşkilatları tərəfindən Bakıxanov qəsəbəsində müxtəlif diametrli 10234 metr uzunluğunda, Balaxanı qəsəbəsində 19146 metr uzunluğunda, Ramana qəsəbəsi ərazisində 6292metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, bu məqsədilə 4 ədəd siyirtmə, 44 ədəd qaz tənzimləyici şkaf, 3079 ədəd Smart-kart tipli qaz sayğacları quraşdırılmış, ümumilikdə 2653 fərdi ev qazlaşdırılmışdır.
Bununla belə, xüsusilə payız-qış mövsümü və ilkin yaz aylarında rayonun bir sıra qəsəbə və yaşayış məntəqələrinə təbii qazın aşağı təzyiqlə verilməsi ilə bağlı sakinlər tərəfindən Rayon İcra Hakimiyyətinə tez-tez ərizə və şikayətlər daxil olmuşdur. Bundan başqa rayonun Maştağa qəsəbəsinin  “Savalan” yaşayış massivi II və V kvartallarının (700 ev); Bilgəh qəsəbəsinin Metropoliten sanatoriyası, A.Salahzadə, Şixlinski, M.Cəlalov küçələrinin (100 ev); Zabrat qəsəbəsinin Tramvay küçəsi (30 ev); Ramana qəsəbəsində Südçülük sovxozunun (kanal ətrafı) (250 ev) və Şuşa şəhərciyinin ətrafı (770 ev); Maştağa qəsəbəsinin Albalılıq-2 bağ sahələrinin (300), və “Subtropik” sovxozu ərazisinin (200 ev); Pirşağı qəsəbəsi bağ massivinin (350 ev); Kürdəxanı qəsəbəsi Yeni yaşayış massivinin (350 ev), Nardaran qəsəbəsi “Ləhiş” bağ massivi ərazisinin (1200 ev); Balaxanı qəsəbəsi Yeni yaşayış massivinin (1700 ev) qazlaşdırılması hələ də  başa çatdırılmamışdır ki, bu da həmin ərazilərdə yaşayan sakinlərin normal yaşayışına  mənfi təsir göstərir.
2014-cü ilin I rübü  ərzində əhalinin su təchizatının və kanalizasiya xidmətinin  yaxşılaşdırılması istiqamətində də müəyyən  işlər görülmüşdür.
Belə ki, bu müddət ərzində müxtəlif diametrli borularla 136627,1 metr uzunluğunda su xətti, 2113,3 metr uzunluğunda kanalizasiya xətti çəkilmiş, 27 dəst müxtəlif ölçülü siyirtmələr, 4 dəst yanğın hidratı, 47 ədəd kanalizasiya lyuku, 1 ədəd yağış barmaqlığı, abonentlər üçün 6543 ədəd yeni sayğaclar quraşdırılmışdır.
Bununla belə rayonun Bilgəh, Ramana, Balaxanı, Maştağa, Pirşağı, Nardaran, Kürdəxanı qəsəbələrinə, yeni bağ sahələri və yaşayış massivlərinə yeni su xətlərinin çəkilişi ləng həyata keçirilir (hal-hazırda ümumiyyətlə dayandırılmışdır), yeni kanalizasiya sisteminin yaradılmasına isə ümumiyyətlə başlanılmamışdır ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur.
Rayonun Mənzil Fondunun, sosial və digər təyinatlı obyektləri 2014-2015-ci illərin payız-qış mövsümündə istiliklə normal təmin edilməsi üçün 7 saylı İstilik Sistemləri İstismarı Sahəsi  tərəfindən cari ilin 6 ayı ərzində müəyyən işlər görülmüşdür. Hal-hazırda  35 qazanxana və 5 istilik məntəqəsindən 153 (10107 mənzil) yaşayış binasına, 20 məktəb, 7 uşaq bağçası, 8 səhiyyə və 17 digər sosial yönümlü obyektlərə fasiləsiz olaraq istilik enerjisi verilir. Bu müddət ərzində magistral və məhəllədaxli istilik xətlərində istismara yararsız 1230 m və binaların aşağı istilik paylama xətlərində 1188 metr müxtəlif diametrli istilik xətləri dəyişdirilmiş, Sülh küçəsi 1, 7, 13, M.Fətəliyev 53,42, 46, 50, M.Gəncəvi küçəsi 22 saylı binaların zəirzəmilərində aşağı istilik paylama xətləri polietilen borularla əvəz edilmişdir. Bakıxanov qəsəbəsi, L. Məmmədbəyova -14, E.Xəlilov 19, S.Qocayev 25 ünvanlarında müasir tipli 12 Qkal/saat gücündə yeni qazanxanalar tikilmiş, 1 qazanxanada mantaj işləri başa çatdırılmış, digər 2 qazanxanada işlər davam etdirilir. Hal-hazırda L.Məmmədbəyova küçəsi 14 ünvanında inşa edilmiş 383 saylı qazanxananın dislokasiyasında yaşayış binalarının aşağı istilik paylama xətlərində əsaslı təmir işləri aparılır. 
Lakin bu sahədə də hələ müəyyən çatışamamazlıqlar və həlli vacib olan məsələlər mövcuddur. Belə ki, Bakıxanov qəsəbəsinin 4016-cı, 4088-ci məhəllələri və Sülh küçəsi 14/2 ünvanında yerləşən istilik məntəqələrinin müasir tipli qazavxanalara çevrilməsi,  Zabrat qəsəbəsi N.Nərimanov küçəsi 23 ünvanında yerləşən 9 mərtəbəli 243 mənzilli binanın istilik gücünə uyğun yeni qazanxananın tikilməsi bu gündə İstilik İstismar Sahəsi üzrə ən vacib məsələlərdən biri kimi qalmaqdadır.
Əhalinin rabitə xidmətinin yaxşılaşdırması üzrə də müəyyən işlər görülmüşdür. Belə ki, 2014-cü ilin aprel ayının 1-ə olan məlumata görə Sabunçu Telefon Qovşağının xidməti ərazisində rayon üzrə quraşdırılmış nömrələrin  ümumi sayı 74209 ədədə çatdırılmışdır ki, onlardan da əhalinin istifadəsində olan nömrələrin sayı 64531 olmuşdur. Rayon üzrə ümumi tutumu 18472 port olan geniş zolaqlı ADSL (Asimmetrik Rəqəmsal Abunəçi xətti) avadanlıqları rayonun bütün ATS-lərində quraşdırılmaqla internet istifadəçilərinin sayı 17500 nəfərə çatdırılmışdır.
Hazırda yaşayış massivlərində əhalinin telefona olan tələbatını ödəmək məqsədilə əlavə kabelləşdirmə işləri aparılmışdır. Sabunçu Telefon Qovşağının ATS-lərində tələbata uyğun eskizlər əsasında yeni xətt qurğularının tikintisi davam etdirilir. ATS-lərdə hava rabitə xətləri yeraltı kabellərlə əvəz edilmiş, ağac dirəkləri yenisi ilə əvəz olunmuşdur. Rabitənin keyfiyyətinin yaxşılaşdırılması üçün bəzi ATS-lərdə fiber optik kabelin çəkilişi təmin edilmişdir.
Yuxarıda göstərilən tədbirlərin nəticəsində rayonun bütün qəsəbələrində əhalinin təbii qaz, istilik və elektrik enerjisi, eləcə də işməli su ilə təchizatı və rabitə  xidmətinə olan tələbatı əsaslı şəkildə yaxşılaşdırılmışdır. Əminliklə demək olar ki, 2014-2016-cı illər üzrə qəbul edilmiş yeni Dövlər proqramının Sabunçu rayonunda icrası nəticəsində digər sahələrdə olduğu kimi istilik, su təchizatı, kanalizasiya sahələrindəki mövcud çətinliklər də aradan qaldırılacaq, daxili yolların təmir –bərpası və nəzərdə tutulmuş digər tədbirlərin icrası  tam başa çatdırılacaq, əhalinin güzaranı, sosial vəziyyəti daha da yaxşılaşacaqdır .
Sabunçu rayon MKTB, Bakı şəhər 1 və 3 saylı Xüsusi Təyinatlı MKTB-ləri  tərəfindən 2013-cü il ərzində əhalinin mənzil şəraitinin, kommunal xidmətlərinin yaxşılaşdıırlması, mənzil fondunun saxlanılması istiqamətində xeyli işlər görülmüşdür. Belə ki, ötən müddət ərzində Sabunçu rayon MKTB-nin xidməti ərazisində  182 metr uzunluğunda su xətti, 14 ünvanda 224 metr uzunluğunda çirkab su xətti dəyişdirilmiş, 7 ünvanda tüstü bacaları və hava sorucu kanallar təmizlənib işlək vəziyyətə gətirilmiş, 121 metr uzunluğunda navalçalar təmir olunmuş, blokların qırışındə 24 ədəd qapı, pilləkən qəfəslərində 29 ədəd pəncərə təmir olunmuşdur. Bakıxanov qəsəbəsində R.Qəmbərov, İ.Əfəndiyev küçələri, məhəllə 4094 ev 6 və s. ünvanlarda 180-ə yaxın çəpər, 169 dəmir və daş qarajlar sökülmüşdür, binaların damından 84 ədəd  su çəni, 100-ə yaxın su navalçaları kəsilib götürülmüşdür. Gün ərzində 4288000 m2  ərazi süpürülərək təmizlənir.
1 saylı Xüsusi Təyinatlı MKTB-in 39 saylı MKİS-i tərəfindən Zabrat qəsəbəsi, M.Əliyev küçəsi 6 saylı ünvanda yerləşən 2 saylı yataqxana əsaslı təmir olunmuş, 2 ünvanda dam örtüyünə 900 m2 asbest şifer, 2 ünvanda 780 m2   ruberoid, 1 ünvanda 280 m2 dəmir list  vurulmuş, 3 ünvanda 80 metr uzunluğunda kanalizasiya xətti çəkilmiş və 2 ünvanda 2 ədəd giriş qapısı təmir edilmişdir.   Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 19, 21, L.Məmmədbəyova küçəsi 16, M.Hüseyn küçəsi 12 saylı ünvanlarda qeyri-qanuni tikilmiş qarajlar, çəpərə alınmış bağlar sökülərək ətraf ərazi abadlaşdırılmışdır.
3 saylı Xüsusi Təyinatlı MKTB-nin Sabunçu rayonu ərazisində fəaliyyət göstərən MKİS-ləri tərəfindən hesabat dövrü ərzində 5 ünvanda dam örtüyünə 3500 m2  şüşə ruberoid, 2 ünvanda 340 m2  dəmir listlər, 12 ünvanda 3542 m2 asbest şifer vurulmuşdur. Bundan başqa 9 ünvanda 307 metr uzunluğunda kanalizasiya xətti, 9 ünvanda 171 metr uzunluğunda su xətti, 7 ünvanda 76 metr uzunluğunda su navalçaları, 6 ünvanda 54 metr uzunluğunda tüstü boruları çəkilmiş, 10 ünvanda 24 qapı, 16 ünvanda 41 pəncərə, 7 ünvanda 75 metr uzunluğunda divar sobaları təmir edilmiş, 5 ünvanda 10 m2   ümumi istifadə yerlərinin şüşəsi dəyişdirilmişdir.
Təəssüflə qeyd etmək lazımdır ki, rayon ərazisində 70-dən çox qəzalı vəziyyətdə olan yaşayış evinin olmasına baxmayaraq ötən 6 ay ərzində Sabunçu rayon MKTB və Bakı Şəhər 1 və 3 saylı Xüsusi Təyinatlı MKTB-nin rəhbərliyi tərəfindən bu binalarda təmir-bərpa işlərinin aparılması ilə bağlı heç bir əməli tədbirlər görülməmişdir. Hal-hazırda kəskin qəzalı vəziyyətdə olan və sökülərək yenidən tikilməyə ehtiyacı olan evlərdən ən vacibləri Zabrat qəsəbəsində N.Nərimanov küçəsi 2 və 6, Neftçilər küçəsi 2, Sabunçu qəsəbəsində B.Bünyadov küçəsi 39, H.Ərəblinski küçəsi 18a binalarıdır ki, bununla bağlı tərəfimizdən müvafiq təşkilatlara  dəfələrlə müraciət olunmasına baxmayaraq həmin ünvanlarda işlərin icrasına hələ də başlanılmamışdır.
Cari ilin 6 ayı ərzində qəsəbələrdə, yaşayış məntəqələrində sanitar-təmizlik işlərinin aparılmasının səviyyəsinin qaldırılması, məişət tullantılarının vaxtında yığışdırılaraq daşınması, eləcə də, mərkəzi küçə və yolların abadlaşdırılması, yenidən qurulması istiqamətində xeyli işlər görülmüşdür. Bu işlərin daha da intensiv və keyfiyyətlə aparılmasında Kommunal Təsərrüfat İdarəsinin  yeni teknika ilə təchizatının da rolu olmuşdur.
Hal-hazırda Rayon Kommunal Təsərrüfat idarəsinin balansında  68 ədəd maşın-mexanizmlər fəaliyyət göstərir, konteynerlərin və məişət tullantıları qutularının ümumi sayı isə 1263 ədədə çatdırılmışdır. 
Görülmüş tədbirlərin nəticəsində məişət tullantılarının  müntəzən və planlı şəkildə yığılaraq ərazidən daşınması təmin olunmuşdur.
Son vaxtlar yeni müasir tipli zibil meydançalarının tikilməsi, köhnələrin  təmir edilməsi üzrə də xeyli işlər görülmüşdür. Belə ki, rayon ərazisində mövcud olan 169 zibil meydançasından 53-ü müasir üslubda yenidən tikilmiş, bunlardan 38-nin ətrafına asfalt örtüyü vurulmuşdur.
Məişət tullantılatılarının götürülməsinə görə ödənişlərin yığılmasında da xeyli irəliləyiş əldə edilmişdir. Belə ki, 2011-cü ildə bu sahə üzrə yığım cəmi 65 min manat təşkil edirdisə , 2012-cü ildə 264 min manat, 2013-cü ildə 7 dəfə artaraq 444 min manat olmuşdur. 2014-cü ilin 6 ayı ərzində əhali qrupu və kommersiya strukturlarından 251,4 min manat pul vəsaiti yığılmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 32 % çoxdur. Bundan başqa qəsəbə bələdiyyələri (Maştağa və Bilgəh istisna olmaqla) məişət tullantılarının daşınması üçün KTİ ilə müqavilələr bağlamış və bu məqsədlə ümumilikdə İdarənin hesabata 6 ay ərzində 4700 manat vəsait köçürülmüşdür.
Bütün bunlar da gələcəkdə rayonda sanitar-təmizlik işlərinin aparılmasını təkmilləşdirəcək, idarənin maddi-texniki bazasının möhkəmləndirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə gətirib çıxaracaq.
Təəssüflə qeyd etmək lazımdır ki, bəzi qəsəbələrin məsələn: Zabrat, Maştağa, Nardaran, Kürdəxanı, Pirşağı və digərlərinin yeni yaşayış massivlərində hələ də lazımi miqdarda sanitar–təmizlik meydançaları tikilməmiş, yol kənarlarına konteynerlər qoyulmamışdır ki, bu da sakinlərin haqlı narazılığına və Rayon İcra Hakimiyyətinə tez-tez şikayət və müraciətlərinə səbəb olmuşdur.
Hələ də bəzi yerlərdə qəsəbə nümayəndəlikləri, bələdiyyələr, KTİ və MKİS-lərin  rəhbərləri rayonda sanitar–təmizlik işlərinin lazımi səviyyədə aparılmasına nail ola bilməmişlər.
Belə ki, Bakıxanov qəsəbəsinin M.Gəncəvi küçəsi 1 (9 saylı MKİS),  M.Abışov küçəsi 6 (147 saylı MKİS), L.Məmmədbəyova küçəsi 15 (kooperativ), A.Abdullayev küçəsi 4 (44 saylı MKİS), Ş.Kamilov küçəsi 2, M.Axundov küçəsi  8a , 10 (86 saylı MKİS), M.Fətəliyev küçəsi 46 (81 saylı MKİS), M.Gəncəvi küçəsi 25 (39 saylı MKİS), Ramana qəsəbəsinin D.Dmitrov, L.Tolstoy, D.Bünyadzadə küçələri boyu (148 saylı MKİS), Sabunçu qəsəbəsinin Stansiyayanı (KTİ), İ.Aslanov, İ.Əfəndiyev (qəsəbə nümayəndəliyi), İ.Əfəndiyev, M.Aydınbəyov, Q.Musabəyov, M.Qasımov, Y.Qasımov (148 və 69 saylı MKİS-lər), X.Natəvan (qəsəbə nümayəndəliyi), “AMA” ASC-nin 5 saylı Bazarın və Dəmiryolu vağzalının ətrafı (Sabunçu bələdiyyəsi), Zabrat qəsəbəsi  Babək, M.Məmmədyarov küçələri boyu (Zabrat bələdiyyəsi), Maştağa qəsəbəsinin H.Heybətov, B.Bağırov, Ə.M.Əbdülkərim, Seyid İbad Ağa, M.Nizami küçələri boyu və  dəmir yolu dayanacağının ətrafı (Maştağa bələdiyyəsi) vaxtlı-vaxtında süpülmür, məişət tullantılarından təmizlənmir.
Bakıxanov qəsəbəsində yerləşən hündür mərtəbəli binalarda əhaliyə lift xidmətinin yaxşılaşdırılması istiqamətində “Bakılift- 2” İİİ tərəfindən xeyli işlər görülmüşdür. Hal-hazırda Bakıxanov qəsəbəsi ərazisində 343 ədəd lift fəaliyyət göstərir  ki, bunlardan da 248 ədədi Sabunçu rayon MKTB –nin, 35 ədədi 1 saylı XT MKTB-nin 39 saylı MKİS-nin, 60 ədədi 3 saylı XT MKTB-nin MKİS-lərinin xidməti ərazisindədir.
Hesabat dövrü ərzində 23 ədəd liftin 380/110 v transformatorlarında, 21 ədəd 3,5 kvt gücündə, 19 ədəd 0,18 kvt gücündə elektrik mühərriklərində, 11 ədəd 380/110 kv-luq transformatorlarda, 9 ədəd əyləç sayğaclarında, 22 ədəd liftin matorunda və ehtiyat  hissələrində təmir işləri aparılmışdır.
Burada onu da qeyd etmək lazımdır ki, lift xidməti həmişə sakinlərə etibarlı xidmət etməmiş, müxtəlif səbəblərdən tez-tez sıradan çıxmış, uzunmüddətli dayanmalar olmuşdur ki, bu da sakinlərin haqlı narazılıqlarına, şikayət və müraciətlərinə səbəb olmuşdur. Bu cür dayanmalar daha çox Bakıxanov qəsəbəsində Sülh küçəsi 1, 1A , 1V, 14/1, 14/2, 4090/94-cü məhəllə ev 6, Aşıq Alı küçəsi 10/49, C.Cabbarlı küçəsi 1/6, M.Fətəliyev küçəsi 35, 72; S.Qocayev küçəsi 25A, Ə.Əlibabayev küçəsi 5, R.Qəmbərov küçəsi 22 və  digər ünvanlarda baş vermişdir.
“Bakılift-2”İİİ-nin rəhbərliyi həmin ünvanlarda yerləşən istismar müddəti ötmüş liftlərin yeni liftlərlə əvəz edilməsini tezləşdirilməlidir.
Cari ilin əvvəllərindən rayonun mərkəzi küçələri və  məhəllədaxili ərazilərində geniş abadlıq, səliqə-səhman işləri aparılmış, qeyri-qanuni çəpərlər sökülmüş, qarajlar, piştaxtalar götürülmüş, qanunsuz küçə ticarətinin və ət kəsilib-satılmasınıın qarşısınıın alınması üzrə qəti tədbirlər görülmüşdür.
Cari ilin əvvəllərində Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi 13 ilə N.İsmayılov prospekti 4090-cı məhəllənin kəsişdiyi yerdə və R.Axundov küçəsi “Qızılgül” kafesinin yanında ət kəsimi məntəqələri ləğv edilmişdir.
Lakin əraziyə baxış keçirilərkən Bakıxanov,Sabunçu, Maştağa, Bilgəh, Pirşağı, Kürdəxanı  qəsəbələrinin ərazilərində hələ də  antisanitariya şəraitində ət kəsilib əhaliyə satılmasına yol verildiyi əşkar edilmişdir.
Ötən müddət ərzində Rayon İcra Hakimiyyəti, Gigiyena və Epidemioloji Mərkəzi və Post-patrul xidmətinin əməkdaşlarının köməkliyi ilə Bakıxanov, Maştağa, Nardaran, Zabrat, Sabunçu və digər qəsəbələrin ərazilərində antisanitariya şəraitində fəaliyyət göstərən təndirlərin ləğv edilməsi üzrə konkret tədbirlər görmüşdür.
Lakin, dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq hələ də bəzi qəsəbələrin ərazilərində, yol kənarlarında, açıq hava şəraitində təndirlərdə çörək bişirilərək əhaliyə satılır ki, bu da insan həyatı üçün təhlükəlidir, buna görə də bu cür halların qarşısı bir dəfəlik alınmalıdır.
Rayonda sosial əhəmiyyətli obyektlərin tikintisi və yenidən qurulması, yerli əhəmiyyətli və məhəllədaxili yolların təmir edilərək asfaltlanması, ərazidə geniş abadlıq və yaşıllaşdırma işlərinin aparılması, əhalinin istilik, elektrik, qaz və içməli su ilə təchizatının yaxşılaşdırılması və digər sosial problemlərin həlli üzrə işlər davam etdirilir və bu məsələlər Rayon İcra Hakimiyyətinin daimi diqqət mərkəzindədir.
Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Oruc Əhmədov bildirmişdir ki, 2014-cü ilin əvvəlindən rayon ərazisində geniş abadlıq, səliqə-səhman, yaşıllaşdırma işləri davam etdirilir. Belə ki, Bakıxanov qəsəbəsinin Y.Əliyev, S.Mehmandarov, M.Fətəliyev, Sülh küçələrində çoxmərtəbəli yaşayış binalarının fasadları müasir tələblərə cavab verən aqlay daşlarla üzlənir,  dam örtükləri dəyişdirilir, ətrafında abadlıq, yaşıllaşdırma və yenidənqurma işləri davam etdirilir. Hal-hazırda bu binalardan 39-da  işlər başa çatdırılıb, qalan 10 binada üzləmə və digər işlər aparılmaqdadır. Bakıxanov qəsəbəsinin R.Qəmbərov küçəsi 6, 8, 10, 12, 14, 16, 16A, 18, Sülh küçəsi 4, 8, 10, 2/20  və M.F.Axundov küçəsinin  1, 3, 5 binaların məhəllədaxili ərazilərində 7 nümunəvi həyət salınmış, Hacinski küçəsi 21a ünvanında 300 nəfərlik xeyir-şər evi tikilib sakinlərin istifadəsinə verilmişdir. Hal-hazırda Sülh küçəsi 1, 1a, 3, 5, R.Qəmbərov küçəsi 22, 26, 28  saylı binaların ərazilərində nümunəvi həyətlər salınır, M.Fətəliyev küçəsi 29, 29a ünvanlarında yeni xeyir-şər evinin tikintisi davam etdirilir. Qeyd etmək lazımdır ki, nümunəvi həyətlər salınarkən həmin ərazilərdə geniş abadlıq, tikinti  işləri də aparılmışdır. Bu məqsədlə 11200 metr uzunluğunda beton bordyurlar düzülmüş, 30000  m2-ə yaxın asfalt örtüyü vurulmuş, 106 ədəd müasir tipli işıq dirəkləri quraşdırılmışdır.
Sabunçu rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Əlibarat Poladov bildirmişdir ki, Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 941 ailənin 3589 nəfər ailə üzvünə orta hesabla hər ailəyə 130,5 manat olmaqla ünvanlı dövlət sosial yardımı  təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq fərman və  sərəncamlarına əsasən 280 nəfər Şəhid, 7 Milli qəhrəman, 5 nəfər 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə Prezident təqaüdü, 1281 nəfərə kommunal xidmətlərə görə müavinət, ümumilikdə bütün növ təyinatlar üzrə 8335 nəfərə sosial müavinət təyin olunmuşdur.
Möhtərəm Prezidentimizin 30 aprel 2014-cü il tarixli 421 saylı Sərəncamına əsasən Sabunçu rayonu üzrə 37 nəfər “1941-1945-ci illər” Böyük Vətən Müharibəsi iştirakçılarının hər birinə 700 manat, 250 nəfər  həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, 74 nəfər arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif edilmiş şəxslərin hər birinə 300 manat birdəfəlik maddi yardım göstərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına əsasən 48 nəfər I qrup  müharibə əlilinin hər birinə  150 manat,  383 nəfər II qrup müharibə  əlilinin hər birinə  130 manat, 58 nəfər III qrup  müharibə əlilinin hər birinə 100 manat Prezident təqaüdü təyin olunaraq ödənilmişdir. 
          Daha sonra rayon İcra Hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qəzənfər Həsənov rayonun inzibati ərazisindəki Dövlət mülkiyyətində olan torpaqlardan təyinatı üzrə istifadə edilməsi vəziyyəti haqqında çıxış etmişdir.
         Biz bu gün çox narahat edici bir məsələni müzakirə edirik. Əslində bu məsələ Rayon İcra Hakimiyyəti rəhbərliyini daim narahat etmiş, dəfələrlə bu sahədə baş verən pozuntularla bağlı araşdırmalar aparılmış, Icra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində tədbirlər görülmüşdür.
  Bildiyiniz kimi, Sabunçu rayonunun inzibati ərazisi cəmi 244,3 kv.km və ya 24430 ha-dan ibarətdir ki, bununda böyük hissəsini neft-mədən, bağçılıq təsərrüfatları, yaşayış məntəqələrindəki həyətyanı torpaq sahələri əhatə edir. Qalan 8499,22 ha (ümumi ərazinin 34,8 faizi) əsasən kənd təsərrüfatına yararlı torpaq sahələrinin isə demək olar ki, hamısı Abşeron rayonunun istifadəsindədir. 
Belə ki, paytaxtın kənd təsərrüfatı məhsulları ilə təchizatını yaxşılaşdırmaq məqsədilə 1960-cı illərin əvvəllərində Bakı şəhərinin bir sıra ətraf rayonlarının inzibati ərazi hüdudlarındakı əkinə yararlı torpaq sahələrinin əksər hissəsi Abşeron rayonunun tabeçiliyində yaradılmış təsərrüfatların istifadəsinə verilmişdir. Həmin təsərrüfatlar 1990-cı illərin əvvəllərinə kimi istifadələrinə verilmiş bu torpaq sahələrindən səmərəli istifadə etsələrdə, sonrakı dövrdə onlar tənəzzülə uğrayaraq ya tam, ya da qismən öz fəaliyyətlərini dayandırmış, istifadələrində olan torpaq sahələri isə qanunsuz olaraq təyinatından yayındırılaraq müxtəlif üsullarla sonradan tikinti aparılması üçün müxtəlif hüquqi və fiziki şəxslərə paylanmışdır.
Bu torpaq sahələrindən istifadənin səmərəliliyinin artırmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 №-li  Sərəncamına əsasən Bakı şəhərinin rayonlarının inzibati ərazisində yerləşən və Abşeron rayonunun istifadəsində olan cəmi 25983.31 ha torpaq sahəsinin 9954.75 ha (o cümlədən Sabunçu rayonu üzrə 2502.81 ha) təşkil edən hissəsinin şəhərin rayonlarının inzibati ərazi hüdudları nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır.
         Tədbirin sonunda qərar layihəsi oxundu.

Keçidlər