Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi

26 fevral 2022 | 20:00
  Xalqımızın tarixinə qanla yazılmış Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar 26.02.2022-ci il tarixdə saat 17:00-da Sabunçu rayonu ərazisində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
  Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı törətmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülmüş, 1000 nəfərdən çox dinc əhali aldığı güllə yarasından əlil olmuşdur. Onlardan 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilmişdir. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülmüşdür, onlardan 150-nin taleyi hələ də məlum deyil.

   Allah rəhmət etsin!
Keçidlər