Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" ilə əlaqədar görüş keçirildi

04 mart 2022 | 20:00
04.03.2022-ci il tarixdə Sabunçu Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində "5 Mart-Bədən Tərbiyəsi və İdman Günü" ilə əlaqədar Sabunçu rayon idman ictimaiyyəti ilə görüş keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan Sabunçu Rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Taleh Məqsədli qonaqları salamlayaraq idarə tərəfindən keçirilən tədbirlər haqqında hesabat xarakterli məlumat verdi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova tədbir iştirakçılarını “5 Mart -  Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə təbrik edərək Azərbaycan idmanının bugünkü inkişaf səviyyəsi, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident cənab İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğıdan söz açdı. Qeyd olundu ki, məhz bu diqqət və qayğı nəticəsində Azərbaycan idmançıları növbəti illərdə də daha böyük uğurlara imza atacaqlar.
Daha sonra rayon üzrə idmanın inkişafı və gənc nəsildə idmana marağın artırılmasına dəstək olan bir sıra şəxslərə Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərmanlar təqdim olundu.
 
Keçidlər