Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “8 Mart - Beynəlxalq Qadınlar Günü” qeyd olundu

04 mart 2022 | 20:00
   05.03.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “8 Mart - Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, o cümlədən Zabrat və Pirşağı bələdiyyə sədrləri iştirak edirdilər.
    Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev tədbir iştirakçılarını salamlayaraq xanımları “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik etdi və onlara müvəffəqiyyətlər arzuladı. A.Vəliyev qeyd etdi ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Qadınların ölkənin bütün ali orqanlarında əzmlə və məsuliyyətlə çalışdığını vurğulayan A.Vəliyev bugün Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın istər ölkəmizdə, istərsə də vətəndən uzaqda öz şəxsi keyfiyyətləri, bacarığı və əvəzsiz xidmətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil etdiyini bildirdi.
Daha sonra Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, müavinlər Avtandil Hüseyn-zadə və Rəna Fərəcova və digərləri  çıxış edərək bütün qadınları “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edib onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
   Sonda Sabunçu Rayon İcra Hakimiyyəti və Dövlət İdarələri və İctimai Xidmət İşçilərinin Həmkarlar İttifaqının Sabunçu rayon Komitəsi tərəfindən xanımlara gül və hədiyyələr təqdim olundu.
Keçidlər