Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda məktəblilələrin asudə vaxtının səmərəli keçməsi məqsədilə “Öyrən, İdarə et, Lider ol” mövzusunda təlimlərə başlanıldı

21 iyul 2014 | 19:00

Uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə işlərinin aparılması, təlim və seminarların təşkilinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilməsi vacib sayılan məsələlərdən hesab olunur. Bu istiqamətdə Sabunçu Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə uşaqların müstəqil özünü ifadə etmək bacarıqlarının, cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə aktiv iştirakının təmin edilməsi, həmçinin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə 21-25 iyul, 2014-cü il tarixlərində “Öyrən, İdarə et, Lider ol”  mövzusunda Bakıxanov qəsəbəsində yerləşən 252 saylı məktəb-liseydə təlimlərə başlanıldı.
Təlim məktəblilər üçün nəzərdə tutulmuşdur. Təlim zamanı uşaqlar liderlik keyfiyyətlərinin inkişafı, lider üçün zəruri olan təşəbbüskarlıq, qətiyyətlilik, məqsədyönlülük, məsuliyyətlilik, komanda ilə iş bacarığı, eləcə də cari ilin noyabr ayında keçiriləcək III Ümumrespublika Uşaq Forumunda müzakirə ediləcək müxtəlif mövzulara dair ətraflı məlumatlar əldə edəcəklər.           
Təlim müddətində uşaqlar xüsusi forma ilə təmin olunacaq, uşaqların əyləncəsi üçün ekskursiyalar təşkil olunacaq. Sonda xüsusi fərqlənmiş uşaqlar sertifikatla təltif olunacaqlar.

Keçidlər