Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Sən hərbi-vətənpərvərliyi necə başa düşürsən?” mövzusunda növbəti tədbir keçirildi

25 avqust 2014 | 19:00

    Uşaqları vətənpərvərlik mövzusunda maarifləndirmək, bu müqəddəs hissi lap kiçik yaşlarından tərbiyyə etmək məqsədi ilə 25.08.2014 cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli inteqrasiya təlimli internat məktəbində “Sən hərbi-vətənpərvərliyi necə başa düşürsən?” adlı növbəti tədbir keçirildi.
    Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşları, Bilgəh qəsəbəsi üzrə icra nümayəndəsi, bələdiyyə sədri və 11 nömrəli internat məktəbinin müəllim-şagird kollektivi iştirak etmişdirlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə  başlandı. Tədbiri giriş sözü ilə açan 11 nömrəli internat məktəbinin direktoru Gülnarə Abdullayeva tədbir iştirakçılarını salamlayaraq Azərbaycanın tarixindən, milli adət -ənənələrimizdən, ata-babalarımızın qəhrəmanlığından danışdı. Öz şərəfli ölümləri ilə ölümsüzlük zirvəsini fəth etmiş oğullarımızın qısa, lakin mənalı həyat yolları haqqında söhbət açdı.
    Sonra tədbirdə çıxış edən Bilgəh qəsəbəsi üzrə icra nümayəndəsinin səlahiyyətlərini icra edən Atəş Verdiyev və Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Samirə Mehtiyeva  bildirdilər ki, düşmənlərimiz  üzərində qələbə qazanmaq üçün uşaqların hərbi vətənpərvərlik ruhunda böyüməsi olduqca vacib bir amildir. Bu gün vətənimizin keşiyində duran bir çox gənclərimiz var. Məhz bu gənclər haqqında Ulu Öndər Heydər Əliyev demişdir: “Orduda xidmət edən gənclər bizim dəyərli vətəndaşlarımızdır”.
    Tədbir 11 nömrəli inteqrasiya təlimli internat məktəbində təhsil alan bir qrup şagirdin ifasında bir-birindən maraqlı şeir və mahnı kompozisiyaları, “Biz hamımız Vətənimiz üçün dəyərli vətəndaş olaq” şuarı altında flaşmob ilə davam etdi.
    Sonda Rayon İcra Hakimiyyəti tərəfindənsağlamlıq imkanları məhdud və xüsusi istedada malik olan uşaqlara hədiyyələr təqdim olundu.

 

Keçidlər