Şriftin ölçüsü :

Saytın rəngi :

“15 may – Beynəlxalq Ailə Günü” münasibətilə rayonun 55 il birgə nikahda olan nümunəvi ailəsi ilə görüş keçirildi

15 may 2023 | 09:09

“15 may – Beynəlxalq Ailə Günü” münasibətilə 15.05.2023-cü il tarixdə Sabunçu rayonunun Bakıxanov bələdiyyəsi tərəfindən Bakıxanov qəsəbə sakinləri, 55 il birgə nikahda xoşbəxt yaşayan nümunəvi Mirzəyevlər ailəsi ilə görüş keçirildi. 

Gənc nəslə nümunə olan Mirzəyevlər ailəsi uzunömürlü nikahlarının sirlərini bölüşərək milli-mənəvi dəyərlərə söykənən sağlam ailənin təməlində qarşılıqlı hörmət, sevgi və səmimi münasibətlərin mühüm olduğunu vurğuladılar. Qeyd olundu ki, ailə dəyərlərinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi cəmiyyətin hər bir fərdinin ən müqəddəs borcudur, çünki sağlam cəmiyyət sağlam ailə dəyərləri üzərində qurulur.

Sonda xatirə şəkli çəkildi.

 

Keçidlər