“15 may – Beynəlxalq Ailə Günü” münasibətilə rayonun 63 il birgə nikahda olan nümunəvi ailəsi ilə görüş keçirildi
13 may 2022 | 14:27
“15 may – Beynəlxalq Ailə Günü” münasibətilə 13.05.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Kürdəxanı qəsəbəsində 63 il birgə nikahda xoşbəxt yaşayan nümunəvi İbrahimovlar ailəsi ilə görüş keçirildi.
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov və müavin Rəna Fərəcova, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbə inzibati dairəsi üzrə nümayəndəsi Hamid Qalayev, Kürdəxanı Bələdiyyəsinin sədri Ağaəli Məsimov, nümunəvi ailənin başçısı Sahib İbrahimov, həyat yoldaşı Dilarə İbrahimova və ailə üzvləri iştirak edirdilər.
Gənc nəslə nümunə olan İbrahimovlar ailəsi uzunömürlü nikahlarının sirlərini bölüşərək milli-mənəvi dəyərlərə söykənən sağlam ailənin təməlində qarşılıqlı hörmət, sevgi və səmimi münasibətlərin mühüm olduğunu vurğuladılar. Qeyd olundu ki, ailə dəyərlərinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi cəmiyyətin hər bir fərdinin ən müqəddəs borcudur, çünki sağlam cəmiyyət sağlam ailə dəyərləri üzərində qurulur.
Sonda xatirə şəkli çəkildi.