Şriftin ölçüsü :

Saytın rəngi :

“15 may – Beynəlxalq Ailə Günü” münasibətilə Sabunçu rayonunda nümunəvi ailələr ilə görüş keçirildi

15 may 2025 | 12:17
15.05.2025-ci il tarixdə “15 may – Beynəlxalq Ailə Günü” münasibətilə Sabunçu rayon bələdiyyələrinin nəzdində yaradılmış Gender məsələləri və məişət zorakılığına qarşı mübarizəyə dair Komissiyalar tərəfindən rayon ərazisində yaşayan nümunəvi ailələr ilə görüş keçirildi.
Görüş zamanı ailələr uzunömürlü nikahlarının sirlərini bölüşərək milli-mənəvi dəyərlərə söykənən sağlam ailənin təməlində qarşılıqlı hörmət, sevgi və səmimi münasibətlərin mühüm rol oynadığını vurğuladılar. Qeyd olundu ki, ailə dəyərlərinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi cəmiyyətin hər bir fərdinin ən müqəddəs borcudur, çünki sağlam cəmiyyət sağlam ailə dəyərləri üzərində qurulur.
Keçidlər