Şriftin ölçüsü :

Saytın rəngi :

“15 sentyabr – Bilik Günü” münasibətilə 2022-2023-cü tədris ili üzrə ali məktəblərə qəbul imtahanında rayon üzrə ən yüksək bal toplayan məzunlar mükafatlandırıldı.

15 sentyabr 2023 | 19:20
15.09.2023-cü il tarixdə “15 sentyabr – Bilik Günü” münasibətilə 2022-2023-cü tədris ili üzrə ali məktəblərə qəbul imtahanında rayon üzrə ən yüksək bal toplayan məzunlara kompyuter hədiyyə edildi.Yeni tədris ilinin başlanması münasibətilə bilik öncüllərini təbrik edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova onlara təhsil həyatının növbəti pillələrində uğurlar arzuladı.Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə ali məktəblərə qəbul imtahanında Sabunçu rayonu, 169 saylı tam orta məktəbin məzunu Quliyeva Ləman Sənan qızı 693 bal toplayaraq ölkə birincisi olmuş və Azərbaycan Diplomatik Akademiyasının (ADA)-riyaziyyat müəllimliyi ixtisasına daxil olmuşdur. Sabunçu rayonu, 72 saylı məktəb-liseyin məzunu Allahverdiyeva Ləman Vüqar qızı 674.50 bal, 80 saylı tam orta məktəbin məzunu Abdulov Əli Səməd oğlu isə 664 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olmuşlar.
Keçidlər