Şriftin ölçüsü :

Saytın rəngi :

2012-ci ilin birinci yarısında Sabunçu rayonunun sosial-iqtisadi inkişafının yekunları haqqında

10 iyul 2012 | 19:00

İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlət Başçısı iclası giriş nitqi ilə açaraq altı ayda ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini və qarşıda duran bütün vəzifələrin icra edildiyini bildirmişdir. O qeyd etmişdir ki, cari ilin birinci yarısında ÜDM 1,5 faiz artmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard dollar dəyərində çox məhsul istehsal edilməsi deməkdir. Ümumiyyətlə nəzərə alınsa ki, neft sektoru iqtisadiyyatımızın böyük hissəsini təşkil edir və bu sahədə, yəni neft hasilatında müəyyən dərəcədə azalma müşahidə edilir, əlbəttə bu istər-istəməz ümumi göstəricilərə də təsir göstərir. Bununla yanaşı, sevindirici haldır ki, iqtisadi siyasətimizin əsas istiqaməti olan qeyri-neft iqtisadiyyatımızın altı ayda 11,3 faiz artmışdır. Bu dünya miqyasında ən yüksək göstəricidir.
Keçən illə müqayisədə ölkə iqtisadiyyatına qoyulan investisiyalar 30 faiz artmışdır. Əgər ilin sonuna kimi bu temp davam etsə, onda bu təqribən 18,19 milyard dallara çatacaq. Ümumiyyətlə bu da əhalisi o qədər çox olmayan Azərbaycan kimi ölkə üçün böyük rəqəmdir. Nəzərə alınsa ki, hər il 10 milyard dollardan az olmayaraq investisiyalar qoyulur, bu əlbəttə növbəti illərdə ölkə qarşısında duran bütün infrastruktur və sosial məsələrin öz həllini tapmasını təmin edəcək.
Cari ilin altı ayı ərzində inflyasiya cəmi 2,2 faiz olmuş, əhalinin pul gəlirləri isə 14,2 faiz artmışdır ki, bu da inflyasiya ilə əhalinin pul gəlirləri arasında 12 faiz fərq olduğunu göstərir, real gəlirlərin nə qədər yüksək templə artmasına dəlalət edir.
Son müddət ərzində kənd təsərrüfatına göstərilən diqqət, qoyulan investisiyalar, aparılan islahatlar artıq öz bəhrəsini verir. Belə ki, altı ayda bu sahədə artım 10,4 faiz olmuşdur.
Bölgələrdə regional inkişaf proqramının icrası davam etdirilir, yeni fabriklər, zavodlar tikilir, istifadəyə verilir ki, nəticədə cari ilin 6 ayında 46 min yeni iş yerləri açılmışdır ki, onlardan 37 mini daimi iş yerləridir və o da qeyd edilməlidir ki, işsizlik 2003-cü ildəki 49 faizdən 5,4 faizə düşmüşdür.
Cənab Prezident iclasdakı yekun nitqində bildirmişdir ki, cari ilin sonuna kimi iqtisadiyyatdakı müsbət meyllər daha da gücləndiriləcəkdir. Bundan sonra da əsasən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən infrastruktur layihələrinin, o cümlədən su təchizatı və kanalizasiya layihələrinin icrasına önəm veriləcəkdir.
Təbii və təqdirə layiq haldır ki, Paytaxtımızın ən iri sənaye rayonlarından biri kimi Sabunçu rayonunda da 2012-ci ilin birinci yarısında da iqtisadi və sosial sahələrdə dinamik inkişaf davam etmişdir.
Belə ki, cari ilin birinci yarısında rayonun sənaye müəssisələri və idarələri tərəfindən məhsul istehsalı həcmi ötən ilin müvafiq dövründəkinə nisbətən 61,5 faiz artaraq 130,4 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 14,4 faiz artaraq 27,8 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 4,3 faiz artaraq 338,7 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər 6,5 faiz artaraq 99,6 milyon manat, orta aylıq əmək haqqı 7 faiz artaraq 377,7 manat, o cümlədən sənayedə çalışanların orta aylıq əmək haqqı 10,3 faiz artaraq 455,2 manat təşkil etmişdir.
Cari ilin 6 ayı ərzində 2035 yeni iş yerləri açılmışdır ki, bunlardan əsasən yeni yaradılmış hüquqi və fiziki şəxslər tərəfindən olmuşdur.
Bununla yanaşı hesab edirəm ki, bu gün bir zəruri məsələ barədə müəyyən müzakirəyə də ehtiyac var. Rayonda fəaliyyətdə olan sənaye müəssisələri və idarələrin son illərdəki əsas göstəricilərinə nəzər salsaq görərik ki, ümumən rayon üzrə dinamik iqtisadi artım olsa da, heç də bir sıra müəssisələrdə bu artım yoxdur və əksinə ölkədə aparılan sosial-iqtisadi siyasətə daban-dabana zidd olan tənəzzül və geriləmə mövcuddur. Xüsusilə belə halın əvvəllər Dövlət mülkiyyətində olmuş böyük istehsal gücünə malik, tanınmış sənaye müəssisələrində mövcudluğu anlaşılmazdır və həmin müəssisələrə uzun illərdən bəri rəhbərlik edən şəxslər bu barədə ciddi düşünməli, ən azı öz əmək kollektivinin qayğısına qalmalı, ixtisara salınmalar dayandırılmalı, orta aylıq əmək haqqının rayondakı ümumi səviyyəyə çatdırılmasını və onların vaxtında ödənilməsini təmin etməlidirlər.
Bununla bağlı həmin müəssisələrin 2007-ci ildən bəri əsas göstəricilərini təhlil etmişik və onlardan bəzilərini nəzərinizə çatdırmaq istəyirəm. Məsələn: “Sabunçu EİB” TASC (sədr Oruc Məmmədov) üzrə məhsul istehsalı həcmi 2007-ci ildə 2836,1 min manat olmuşdursa bu əsas göstərici ilbə-il azalaraq 2011-ci ildə cəmi 380,2 min manat təşkil etmişdir və ya 7,4 dəfə aşağı düşmüşdür. Bununda nəticəsində işçilərin sayı 01.01.2007-ci il tarixə olan 329 nəfərdən01.06.2012-ci il tarixə qədər 1,7 dəfə azalaraq cəmi 190 nəfər təşkil etmiş. Orta aylıq əmək haqqı isə rayonun sənaye müəssisələri üzrə ümumi göstəricidən 2 dəfə aşağı olmaqla cəmi 224 manat təşkil etmişdir. Buna bənzər hallar “Bakı Fəhləsi” TASC-də (sədr Soltan Məmmədov) işçilərin sayı 01.01.2007-ci il tarixdəki 400 nəfərdən 01.06.2012-ci il tarixə qədər təxminən 1,5 dəfə azalaraq 269 nəfərə; Zabrat Maşınqayırma TASC-də (Siracəddin Həsənov) 143 nəfərdən 91 nəfərə; Balaxanı Maşınqayırma TASC-də (sədr Səxavət Abbasov) 94 nəfərdən 80 nəfərə qədər azalmış, orta aylıq əmək haqqı isə sonuncuda cəmi 257,6 manat olmuşdur, “Neftmaştəmir” ASC üzrə isə (sədr Rasim Kazımov) işçilərn sayı 01.01.2008-ci ildəki 102 nəfərdən 01.06.2012-ci il tarixə qədər 40 nəfər azalaraq 62 nəfər, orta aylıq əmək haqqı isə cəmi 291 manat olmuşdur.
Bütünlükdə bu və digər adını çəkmədiyimiz müəssisələrdəki belə hallar ümumilikdə rayonun ümumi iqtisadi göstəricilərinə də öz mənfi təsirini göstərir.

 

Hörmətli yığıncaq iştirakçıları!
Hal-hazırda rayon üzrə məşğul əhalinin ümumi sayı 28221 nəfər, o cümlədən sənayedə çalışanlar 7393 nəfər, tikintidə 934 nəfər, büdcə təşkilatlaında 840 nəfər, təhsildə 5148 nəfər, səhiyyədə 4133 nəfər, digər sahələrdə 9773 nəfər olmuşdur.
2012-ci ilin birinci yarısında Məşğulluq mərkəzində 524 nəfər qeydə alınmış, onlardan 218 nəfəri daimi işlə təmin olunmuş, 46 nəfərinə işsizlik statusu, 50 nəfərə isə işsizlik müavinəti təyin edilmişdir.
Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin 1490 №-li 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ümumən nəzərdə tutulmuş 16 sahəni əhatə edən 801 bəndddən 119 bəndi Sabunçu rayonunun qəsəbələrində bütün sahələri əhatə edən tədbirlərin həyata keçirilməsinə aiddir.
Rayon üzrə proqramdakı bu 119 bənddən 66 bəndin icrasına 2011-ci ildə başlanması və bunlardan da 28-nin həmin ildə, 11-nin 2012-ci ildə, qalan 27 bəndinin isə 2013-cü ildə başa çatdırılması; 39 bənd üzrə işlərin 2012-ci ildə başlanması və bunlardan 27-nin həmin ildə, qalanlarının isə 2013-cü ildə başa çatdırılması nəzərdə tutulmuşdur.
2011-2012-ci ilin altı ayı ərzində həmin tədbirlərin 21-i üzrə işlər başa çatdırılmış, 46 bənd üzrə işlər davam etdirilir, 6 bənd üzrə isə layihə-smeta sənədlərinin tərtibatı və digər hazırlıq işləri aparılmaqdadır. Qalan 46 bənd üzrə işlərin yerinə yetirilməsi 2013-cü ildə nəzərdə tutulmuşdur ki, artıq onlardan da 2-də işlərin icrasına başlanılmışdır.
Ümumiyyətlə Proqramda nəzərdə tutulan ən həcmli işlərdən biri də təhsil sahəsidir ki, burada da cəmi 52 bənd üzrə 3472 şagird-yerlik 4 yeni məktəbin tikintisi, mövcud 6 məktəbdə 2600 şagird yerlik 130 sinif otaqlarının tikintisi, 1 məktəbdə isə idman və akt zalının tikintisi, 3 yeni uşaq bağçasının tikintisi (2 yerdə 120 yerlik, 1 yerdə isə 80 yerlik) və 43 təhsil obyektlərində (orta məktəb, uşaq bağçası və peşə məktəbləri binalarında) əsaslı təmir və bərpa gücləndirmə işlərinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur ki, bunlardan da artıq 17-də işlər başa çataraq istifadəyə verilmiş, 2-də işlər başa çarmaq üzrədir, 11-də isə işlər davam etdirilir. Qalan işlər isə 2013-cü ilin sonuna kimi yerinə yetiriləcəkdir.
Hazırda Dövlət proqramı çərçivəsində rayonun bir sıra təhsil ocaqlarında təmir tikinti işləri davam etdirilir. Belə ki, hal-hazırda rayonun 96, 128, 142, 213, 252, 259, 271, 293 saylı məktəblərində, eləcə də 321, 109 və 247 saylı uşaq bağçalarında əsaslı təmir işləri davam etdirilir, 255 saylı məktəbin köhnə binası sökülərək yerində yeni məktəb binası tikilir.
Proqrama əlavədə isə 17 mövcud məktəbin həyətində cəmi 424 sinifdən ibarıt yeni korpusların tikintis. 14 məktəb və 6 uşaq bağçasında isə əsaslı təmir işlərinin yerinə yetirilməsi nəzərdə tutulur ki, bununla da demək olar ki, rayonun bütün təhsil ocaqları bu və digər formada Dövlət Proqramı ilə əhatə olunaraq müasir səviyyəyə çatdırılcaqdır.
Səhiyyə sahəsi üzrə nəzərdə tutulmuş 2 bənddən ibarət işlərin də icrasına başlanmış, hal-hazırda bu obyektlərdə tikiti işləri davam edir. Bunlarla yanaşı proqramda mədəniyyət sahəsi üzrə 2, Gənclər və İdman sahəsi üzrə 4, əhalinin sosial müdafiəsi sahəsi üzrə 4, ekologiya sahəsi üzrə 1, sənayenin inkişafı üzrə 2, kənt təsərrüfatının infrastruktur təminatı üzrə 2, rabitə və informasiya sahəsi üzrə 3, istilik təchizatı sahəsi üzrə 11 bənddən ibarət tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdur ki, bunların da bir hissəsində işlərin icrasına başlanmışdır, digərlərində isə hazırlıq işləri aparılır.
Proqramda rayonun bütün qəsəbələrində yeni daxili yolların tikintisi və təmiri üzrə də böyük həcmli işlərin görülməsi nəzərdə tutulmuş və artıq bunlarda nxeyli hissəsi bir sıra qəsəbələrdə yerinə yetirilib. Ümumilikdə bu günə qədər rayon üzrə 35 km (280000 m2 -ə yaxın) mərkəzi və məhəllədaxili yollar təmir olunaraq asfaltla örtülmüşdür.
Əhalinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə 2012-ci ilin altı ayı ərzində “Azərsu” ASC tərəfindən Sabunçu rayonu ərazisində müxtəlif diametrli borularla ümumilikdə 20000 m-ə yaxın su xətti çəkilmişdir. O cümlədən: Sabunçu qəsəbəsi üzrə 1300 m, Bakıxanov qəsəbəsi üzrə 2100 m, Nardaran qəsbəsi üzrə 1400 m, Balaxanı qəsəbəsi üzrə 70 m, Zabrat qsəbəsi üzrə 1500 m, Pirşağı qəsəbəsi üzrə 600 m uzunluğunda müxtəlif diametrli su xətləri çəkilmişdir.
Sabunçu Şossesi oyu Sabunçu-Zabrat qəsəbələrindən keçən uzun illər istismarda olan su kəməri çürüyüb sıradan çıxdığından həmin borular cari ilin əvvəllərində “Azəesu” ASC-nin sifarişi ilə 2Hidroinşaat” Servis MMC tərəfindən ümumi uzunluğu 14035 m olan yeni polietiləen borularla dəyişdirilmişdir. Bunun da nəticəsində Sabunçu, Zabrat qəsəbələri ilə yanaşı digər ətraf qəsəbələrin də su təchizatı xeyli yaxşılaşmışdır.
Bundan əlavə Bakıxanov, Sabunçu, Balaxanı qəsəbələrində yeni nasos stansiyaları quraşdırılmış, ümumi tutumu 36500 kub m. Olan 18 ədəd su anbarları tikilmişdir.
Sudan səmərəli istifadə olunması və işlənilən suyun dəqəq hesabatının aparılması məqsədi ilə rayon üzrə cəmi 2825 ədəd su sayğacları quraşdırılmışdır.
Ötən altı ay ərzində kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində rayon üzrə müxtəlif diametrli 2300 m yeni kanalizasiya xətti quraşdırılmışdır. O cümlədən: Bakıxanov qəsəbəsi üzrə 300 m, Zabrat qəsəbəsi üzrə 2000 m kanalizasiya xətti çəkilmişdir. Bu işlər hal-hazırda davam etdirilir.
Eyni zamanda Balaxanı qsəbəsi ərazisində inşası davam etdirilən məişət tullantıları emalı zavodunun layihəsi çərçivəsində Balaxanı qəsəbəsinin su təchizatı sistemi və kanalizasiya şəbəkəsinin yaradılması da nəzərdə tutulmuşdur. Hal-hazırda “Azərsu” ASC tərəfindən Dövlət Proqramı çərçivəsində rayonun bütün qəsəbələrinin və yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya şəbəkəsinin yaradılması üzrə layihələndirmə işləri aparılmaqdadır. O da qeyd edilməlidir ki, Balaxanı qəsəbəsi yaxınlığındakı “Yanardağ” adlanan yüksəklikdə hal-hazırda hərəsinin tutumu 10 min kub m. olan 8 ədəd su anbarının inşası davam etdirilir. Həmin işlər başa çatdıqdan sonra nəinki Sabunçu rayonu eləcə də digər qonşu rayonların da qəsəbələrini işməli su ilə tam təmin etmək mümkün olacaq.
Dövlət Proqramı çərçivəsində “Azəriqaz” İB-nin sifarişi ilə podrat təşkilatlar tərəfindən ümumilikdə rayon üzrə 414800 m uzunluğunda qaz kəmərləri çəkilmişdir. Qeyd olunan müddət ərzində 2988 fərdi ev qazlaşdırılmış, 9369 ədəd mexaniki qaz sayğacları “Smart-Kart” tipli qaz sayğacları ilə əvəz edilmiş, bu işlər bu gün də davam etdirilir.
Əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məqsədi ilə rayon üzrə 6 ədəd yeni transformator məntəqəsi quraşdırılmış, 7500 m uzunluğunda yüksək gərginlikli, 2800 m uzunluğunda alçaq gərginlikli kabel xətləri, 6046 m uzunluğunda yüksək gərginlikli, 8500 m uzunluğunda alçaq gərginlikli hava xətləri çəkilmiş və təmir edilmişdir. 15 TM-də cari təmir işləri, 50 TM-də yenidənqurma işləri aparılırmışdır.
Bundan başqa 0,4 KV-luq şəbəkədə ÖİN (Özü daşıyan İzolə edilmiş Naqillər) kabellərinin çəkilişi ilə əlaqədar olaraq 7438 ədəd ÖİN dayaqlar basdırılmış, 32180 m ÖİN kabeli çəkilmiş və 18 ədəd TM və KTM-də ÖİN kabelləşmə işləri aparılmışdır.
Cari ilin 6 ayında istehlak olunmuş elektrik enerjisinə görə ödəniş 87,1 faiz, təbii qaza görə 100 faiz, suya görə isə 32 faiz təşkil etmişdir.
Rayonun mərkəzi küçələrində işıqlandırma sisteminin yaxşılaşdırılması üçün 14484 m məsafədə köhnə 426 ədəd dirəklər çıxarılaraq yeni sink örtüklü dirəklərlə əvəz edilmişdir.
Yaşayış binalarının və sosial obyektlərin istiliklə təminatını yaxşılaşdırmaq məqsədilə 5 yaşayış binasının məhəllədaxili istilik paylama xətləri əsaslı təmir olunmuş və 2 uşaq bağçasında, bir məktəbdə yeni istilik mənbələri yaradılmış, 637 qazan, 80 nasos avadanlıqları, 600 siyirtmə təmir olunmuş, 180 m uzunluğunda istilik xətləri dəyişdirilmişdir.
7 saylı istilik sistemləri istismar sahəsi tərəfindən 2012-c ilin qış mövsümü ərzində 28 qazanxanadan və 5 istilik məntəqəsindən 131 yaşayış binasına, 18 mərtəbə, 9 uşaq bağçasına, 7 səhiyyə və 10 digər obyektlərə fasiləsiz olaraq istilik enerjisi verilmişdir.
Əhalinin rabitə xidmətinin yaşxılaşdırılması üçün 2012-ci ilin iyul ayının 1-nə olan məlumata görə Sabunçu Telefon Qovşağı üzrə ATS-rin ümumi tutumu 67875 ədədə, əhalinin istifadəsində olan nömrələrin sayı isə 61975 ədədə çatdırılmışdır. Sabunçu Telefon Qovşağının xidmət göstərdiyi bütün EATS-də ümumi tutumu 10550 port olan geniş zolaqlı internet xətti (ADSL) quraşdırılaraq rayon üzrə ADSL istifadəçilərinin sayı 7725 nəfərə çatdırılmışdır. Bu sahədə işlər davam etdirilir.
Nəticədə rayonun bütün qəsəbələrində əhalinin təbii qaz, elektrik enerjisi ilə təchizatı və rabitə xidmətinə olan tələbatı əsaslı surətdə yaxşılaşdırılmışdır. Əminliklə demək olar ki, Dövlət Proqramının tam icrası nəticəsində digər sahələrdə olduğu kimi, o cümlədən istilik, su təchizatı, kanalizasiya sahələrindəki mövcud çətinliklər də aradan qaldırılacaq, daxili yolların təmir-bərpası və nəzərdə tutulmuş digər tədbirlər tam başa çatdırılaraq əhalinin güzaranı, sosial vəziyyəti daha da yaxşılaşacaq.
Məlum olduğu kimi Dövlət Başçısının 23 iyun 2012-ci il tarixli sərəncamı ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” na əlavə tədbirlər planı da təsdiq edilmişdir. Həmin əlavə Tədbirlər Planında Sabunçu rayonu üzrə 2012-2013-cü illər ərzində 52 bənddən, o cümlədən təhsil sahəsi üzrə 30, səhiyyə sahəsi üzrə 3, mədəniyyət sahəsi üzrə 1, su təchizatı və kanalizasiya sahəsi üzrə 2, əhalinin təhlükəsizliyi tədbirləri üzrə isə 15 bənddən ibarət işlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
Ümüdvarıq ki, Dövlət Proqramınınn və ona əlavə tədbirlər planının icrası Sabunçu rayonunda uğurla həyata keçəcəkdir, bu sahədə bizim də üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəyik.
Cari ilin əvvəlindən rayonun sosial-iqtisadi inkişaf planına uyğun olaraq rayon ərazisində Respublikanın və şəhərin müvafiq mərkəzi dövlət orqanları, eləcə də rayonun daxili imkanları hesabına da xeyli sosial əhəmiyyətli tədbirlərin, obyektlərin, qurğuların tikinti-quraşdırma və abadlıq işlərinin aparılması təmin edilmişdir.
Möhtərəm Prezident İlham Əliyev ötən ilin aprel ayında Sabunçu qəsəbəsində aparılan abadlıq işlərinin gedişatı ilə tanış olarkən sakinlərin müraciətini nəzərə alaraq 12 saylı şəhər poliklinikasının sökülərək yerində yenisinin tikintisi üçün Prezindent Fondundan 2,0 milyon manat vəsait ayrılmasına sərəncam vermişdir ki, hal-hazırda həmin obyektin də ümumi tikinti işləri başa çatmaq üzrədir.
Hal-hazırda “Yeniləşən Azərbaycanda yeni məktəb” devizi altında Heydər Əliyev Fondu tərəfindən Pirşağı qəsəbəsindəki 112 saylı məktəbin köhnə binası sökülərək yerində yeni 3 mərtəbəli tədris korpusunun tikintisi davam etdirilir.
Bundan başqa hal-hazırdaa Səhiyyə Nazirliyi tərəfindən aparılan Bilgəh qəsəbəsindəki 28 saylı Birləşmış şəhər Xəstəxanasında əsaslı təmir işləri başa çatmışdır.
Zabrat qəsəbəsi ərazisində 2010-cu ulin dekabrıdan istifadəyə verilmiş 9 mərtəbəli yaşayış binasının yanında Qarabağ Əlilləri və Şəhid ailələri üçün yeni 9 mərtəbəi 81 mənzilli yaşayış binasının inşası davam etdirilir və daha bir belə binanın inşasına hazırlıq işləri aparılır.
Sabunçu qəsəbəsi Rəsulzadə küçəsindəki 3 №-li kəskin qəza vəziyyətində olan 3 mərtəbəli yaşayış binası sökülərək yerində 5 mərtəbəli, 66 mənzilli yeni bina tikilərək sakinlərin istifadəsinə verilmişdir.
Bundan başqa Sabunçu qəsəbəsi Şəhər Şossesi küçəsi 5-ci döngədə yerləşən 8 saylı qəzalı bina sökülərək yerində 3 mərtəbəli yaşayış evi tikilir. Tərəfimizdən edilmiş müraciət əsasında Balaxanı qəsəbəsi VI mədən sahəsindəki qəzalı vəziyyətdə olan ikimərtəbəli 68 mənzilli yaşayış binasında Dövlət Neft Şirkəti tərəfindən təmir-bərpa işlərinə başlanmışdır. Ümumiyyətlə rayon ərazisində belə qəzalı vəziyyətdə olan əlavə 9 binada da bərpa işlərinin aparılmasına ehtiyac var ki, bu məsələdə nəzarətə götürülmüşdür.
Hal-hazırda, Bakıxanov qəsəbəsinin Sülh küçəsində rayon Prokurorluğu7nun 3 mərtəbəli yeni inzibatı binasının tikintisi başlanmış, Yavər Əliyev küçəsində Sabunçu rayon Mühafizə İdarəsi və rayon Elektrik Enerjisi Satışı və İstismarı İdarəsi üçün yeni 3 mərtəbəli inzibatı binaların tikitisi başa çatdırılmaq üzrədir və həmin yerdə rayon Məhkəməsi üçün inzibati binanın, Sabunçu qəsəbəsində, Anaşkin küçəsində isə üzgüçülük hovuzunun tikintisinə hazırlıq işləri aparılır.
Bakıxanov dəmiryolu stansiyasından İcra Hakimiyyətinə qədər, uzunluğu 2 km-ə yaxın olan alleyada təmir-bərpa işləri başa çatdırılmış, Heydə Əliyev adına istirahət parkında isə yenidənqurma işləri davam etdirilməkdədir.
Cari ilin aprel ayından başlayaraq qəsəbələrin sosial-iqtisadi inkişafı, infrasruktur obyektlərin yenidənqurulması, əhalinin sosial problemlərinin həll edilməsi istiqamətində geniş miqyaslı, təxirəsalınmaz tədbirlər görülməkdədir. Belə ki, Bakıxanov qəsəbəsinin mərkəzi Y.Əliyev, Mehmandarov, Fətəliyev, Sülh və digər küçələrində abadlıq təmir-tikinti, yenidənqurma işlərinə başlanılmışdır. Bu məqsədlə həmin küçələrdə qəsəbənin görkəminə uyğun olmayan obyektlər, müxtəlif tikililər sökülərək geriyə, yaşayış binalarının bərabərində bir xətt üzrə yenidən qurulmasına başlanmış, ərazi yöndəmsiz çəpərlərdən, köşklərdən təmizlənmişdir. Hazırda 6 yaşayış binasının fasadında təmir-bərpa, aqlayla üzləmə işlərinə başlanmışdır. Bu işlər digər binalarda da aparılacaq.
Bundan başqa Sabunçu qəsəbəsində E.Mehdiyev küçəsi boyu Bakıxanov körpüsünə qədər yolda, Sabunçu körpüsündən Zabrat dairəsinə qədər Şəhər Şossesi, Babək, Məmmədyarov küçələri boyu yolda geniş abadlıq işləri aparılaraq bardurlar dəyişdirilir, səkilər yenidən qurulur, müasir tipli işıq dirəkləri quraşdırılmaqla yollar təmir edilib asfaltla örtülür.
Bu işlər başa çatdırıldıqdan sonra həmin ərazilərin görkəmi əsaslı surətdə dəyişəcək.
Sabunçu Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2012-ci ilin birinci 6 binanın dam örtüyündə 2080 kv.m-ə yaxın əsaslı təmir, 19 binanın dam örtüyündə isə 8000 m-ə yaxın carı təmir işləri aparılmışdır. Bakıxanov və Sabunçu qəsəbələrində yerləşən 12 binanın su, istilik, kanalizasiya xətlərində cari təmir işləri aparılmış, yeni drenaj sistemləri quraşdırılmışdır.
Bildiyiniz kimi rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü ilə cari ilin aprel-may aylarında 4 ədəd məişət tullantıları daşıyan “Ford” markalı KAO, 2 ədəd ekskavator, 1 ədəd yükünü özü boşaldan “Kamaz” markalı maşınlar, 280 ədəd zibil qabları alınaraq qəsəbələrə verilmiş, 110 yerdə zibil meydançaları tikilmiş və tmir edilmişdir ki, nəticədə yerlərdə məişət tullantılarının vaxtında daşınması və sanitar-təmizlik işlərin aparılmasında nəzərə çarpacaq dərəcədə irəliləyiş əldə edilmişdir. Bu sahədə işlər daha da təkmilləşməli, mövcud çatışmamazlıqlar tam aradan qaldırılmalıdır. O da qeyd edilməlidir ki, bu sahəyə rayon rəhbərliyi tərəfindən göndəlik nəzarət va və bu davam edəcək.
Qısa bir müddət ərzində Bakıxanov qəsəbəsi üzrə 12 ünvanda məhəllədqaxili ərazilərdən yöndəmsiz çəpərlər, qanunsuz tikililər, qarajlar sökülərək götürülmüş, ərazidə təmizlik, səligə-səhman işləri aparılmışdır.
Bundan əlavə MKTB-nin xidməti ərazisində olan 21 küçənin yollarında təmir işləri aparılaraq 40000 kv.m-ə yaxın yola asfalt örtüyü vurulmuşdur.
Bakı şəhəri 1 və 3 saylı XT MKTB tərəfindən 31 ünvanda məişət tullantıları meydançalaının konteynerləri dəyişdirilərək ətrafına 750 kv.m. asfalt vurulmuş, 34 ünvanda abadlıq işləri aparılaraq məhəllədaxili küçə və yollara 18590 kv.m asfalt vurulmuş, 6 ünvanda 181 m uzunluğunda çirkab su xətləri, 76 m uzunluğunda yağış su boruları 12 ünvanda 172 m uzunluğunda içməli su xətləri dəyişdirilmiş, 18 ünvanda zirzəmilərə yığılmış qrunt suları çəkilmiş, 6 binanın ümumilikdə 1150 kv.m dam örtüyündə təmir işləri aparılmışdır.
Son vaxtlar binalarda sərnişin liftlərinin tez-tez sıradan çıxması, uzun müddət işləməməsi ilə bağlı vətəndaşlar tərəfindən daxil olan şikayətlərin sayı artmışdır.
Həmin binalara baxış keçirilərək məlum olmuşdur ki, cari ilin altı ayı ərzində Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan 248 liftdən 29-da əsaslı təmir işləri aparılmasına, 4 liftin isə müasir tipli liftlə əvəz olunmasına baxmayaraq hal-hazırda 15 lift, Bakı şəhər 3 saylı XT MKTB-nin rayon ərazisindəki MKİS-lərinin balansında olan 56 sərnişin liftindən isə 6-sı müxtəlif səbəblərdən işləmir.
Lakin hələ də bəzi qəsəbə nümayəndələri, bələdiyyə, MKİS rəhbərləri bu vacib vacib məsələnin lazımi səviyyədə həll edilməsinə nail olmamışlar, nəticədə bir çox küçələr süpürülmür, ziblixanalar vaxtında daşınmır, mərkəzi yolların kənarı, əhalinin sıx cəmləşdiyi istirahət parklarının, dəmiryolu stansiyalarının ətrafı məişət tullantılarından vaxtında təmizlənmir ki, bu da rayonun ümumi görkəmini korlamaqla, ərazidə antisanitariya vəziyyəti yaradır.
Belə ki, Bakıxanov qəsəbəsinin Y.Əliyev, Gənclik, R.Qəmbərov, N.İsmayılov küçələri boyu (Kommunal Təsərrüfatı İdarəsi), eləcə də Məktəbli küçəsi 6 (39 saylı MKİS), L.Məmmədbəyova küçəsi 15 (Kooperativ), Abdullayev küçəsi 4, Gənclik küçəsi 2, Fətəliyev küçəsi 70 (44 saylı MKİS), Ş.Kamilov küçəsi 2 (qəsəbə nümayəndəliyi); Sabunçu qəsəbəsinin Şəhər Şossesi, Stansiyayanı küçələri boyu (Kommunal Təsərrüfatı İdarəsi); Əfəndiyev küçəsi boyu (qəsəbə nümayəndəliyi), 5 saylı Bazarın və Dəmiryolu vağzalının ətrafı (Sabunçu bələdiyyəsi); Zabrat qəsəbəsinin Babək, Məmmədyarov, Xanlar küçələri boyu (Zabrat bələdiyyəsi); Maştağa qəsəbəsinin H.Heybətov, Seyib İbad Ağa, Nizami küçələri boyu, dəmiryolu dayanacağının ətrafı (maştağa bələdiyyəsi) vaxtlı-vaxtında süpürülmür, məişət tullantılarından təmizlənmir. Bunula bağlı onu da qeyd etməliyik ki, hər bir təhsil, səhiyyə ocaqları və digər təşkilat rəhbərləri də öz ərazilərində və ətraflarında təmizlik işələrinə daimi özləri nəzarət etməlidirlər.
Cari ilin əvvəllərindən rayon ərazisində qeyri-qanuni küçə ticarətinə, ət kəsilib satılmasına qarşı mübarizə tədbirləri gücləndirilmiş, yol kənarlarından qoyun sürüləri demək olar ki, tamamilə yığışdırılmış, kənd təsərrüfatı məhsullarının, bostan bitgilərinin satışına son qoyulmuşdur. Cari ilin aprel-may aylarında rayonun Bakıxanov, Sabunçu, Zabrat qəsəbələrinin ərazilərindən onlarla primitiv sallaqxanalar ləğv edilmi. Yöndəmsiz piştaxtalar, köşklər sökülərək ərazidə çıxarılmışdır. Bu işdə Polis İdarəsinin, rayon Gigiyena və Epidemioligiya Mərkəzinin və Baytarlıq sahəsinin əməkdaşları da iştirak edərək, Bakıxanov qəsəbəsinin Gənclik küçəsində 2 yerdə; Sabunçu qəsəbəsinin Bazar ətrafı ərazisində 3 yerdə, Şəhər Şossesi küçəsində 3 yerdə; Zabrat qəsəbəsinin Babək, Çkalov, Şəhər Şossesi, Məmmədyarov küçələrində 10 yerdə qeyri-qanuni ət mağazalarının fəaliyyətini dayandırılmışdır. Nətəcədə bu dahədə də xeyli irəliləyiş müşahidə olunmuşdur ki, bu da qorunub saxlanılmalı belə halların qarşısı yerlərdə dərhal alınmalıdır. Çünki hələ də bəzi yerlərdə yenidən belə qanunsuzluqların bərpasına cəhdlər edilir. Sabunçu qəsəbəsindəki bazarın və dəmiryolu stansiyasının ətrafında məlum olduğu kimi ötən ilin aprel-may aylarında böyük həcmli işlər görüldü, abadlaşdırıldı, bütün primitiv köşklər yığışdırıldı.Dəmiryolu vağzalı və ətrafdakı digər binalarda təmir-bərpa işləri görüldü ki, buranın da görkəmi xeyli yaxşılaşdı. Lakin burada da bu gün köhnə vəziyyətin bərpasına cəhdlər edilir. Sabunçu dəmiryolu stansiyasının və oraya nəzarət edən Polis rəhbərləri məhz bu məsələyə görə tənbeh edilərək işdən kənarlaşdırılmalarına baxmayaraq vağzalın qarşısında yenidən 2 ədəd köşk quraşdırılmasına zənnimizcə məhz stansiyanın rəhbərliyi tərəfindən icazə verilmişdir ki, bunu da anlamaq olmur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Maştağa qəsəbəsinin mərkəzi Şəhər Şossesi küçəsi boyu yol kənarlarında antisatariya şəraitində təndir çörəyinin bişirilərək əhaliyə satılması davam etdirilir ki, bu da bir tərəfdən insanların həyatı üçün qorxulu olan yoluxucu xəstəliklərin yayılmasına, digər tərəfdən ərazinin çirklənməsinə səbəb olur. Buna görə də bu gün Sabunçu rayon İcra Hakimiyyəti Başçısının qəsəbələr üzrə nümayəndələri, post-patrul xidməti və tibbi nəzarət orqanlarının əməkdaşalrından bi daha tələb olunur ki, təkcə bu ərazidə yox, digər qəsəbələrin də ərazilərində quraşdırılmış təndirlərin ləğv edilməsi, göstərilən nöqsanların aradan qaldırılması üçü lazımi tədbirləri həyata keçirib bu məsələyə bir dəfəlik son qoysunlar.

Rayon ərazisində qeyri-qanuni tikililərə qarşı mübarizə gücləndirilsə də, hələ də belə hallar mövcuddur.
Belə ki, cari ilin altı ayı ərzində rayon ərazisində 41 qanunsuz yaşayış evi, 46 daş hasar və 41 müxtəlif təyinatlı ikililər sökülmüş , əvvəllər neft-mədən ərazilərində inşa edilmiş onlarca yaşayış evləri ilə bağlı məhkəmədə iddialar qaldırılmışdır. Belə qanunsuzluqlara qarşı mübarizə qəsəbə nümayəndələri, bələdiyyələr, hüquq-mühafizə ortaqları tərəfindən daha da gücləndirilməli bu cür halların qarşısı alınmalıdır.

Narahatedici məsələlərdən biri də yeraltı kommunikasiya xətlərinin çəkilməsi, yenidən qurulması və təmiri zamanı hələ də yolların qazdıqdan sonra vaxtında bərpa edilməməsi, eləcə də işlərin kortəbii təşkili nəticəsində keçidlərin çətinləşməsi, ətraf sahələri toz-torpağın basması, tıxacların yaradılmasıdır. Belə ki, cari ilin əvvəllərindən “Bakıelektrikşəbəkə” ASC tərəfindən Bakıxanov qəsəbəsi Sülh küçəsi 1 v və 1 b-nin həyətində (32 kv.m); 4090/-94-cü məhəllə ev 1/2 və 1/5 yanında (40 kv.m); R.Qəmbərov küçəsi 16-nın qarşısında (50 kv.m); M.Əmirov küçəsi 30 qarşısında (60 kv.m); R.Qəmbərov küçəsi 18-in qarşısında (15 kv.m). “Azərsu” ASC tərəfindən Bakıxanov qəsəbəsi 4090/94-cü məhəllə ev 4 və 5-in həyətində (40 kv.m); M.Əmirov küçəsi 38-in qarşısında (30 kv.m);M.Gəncəvi küçəsi 22-in arxasında (18 kv.m); R.Qəmbərov küçəsi 18-in qarşısında (5 kv.m); M.Fətəliyev küçəsi 10 və 28 b-nin qarşısında (30 kv.m), S.Cabbarov küçəsi 3-ün qarşısında (40 kv.m); Abdullayev küçəsi 4-ün qarşısında (40 kv.m); Şuşinski küçəsi 16-nın qarşısında (40 kv.m). “Azəristilik” ASC tərəfindən Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsi 26 və 28 saylı evlərinin qarşısındakı (10 kv.m) yolların qazdıqdan sonra bərpa edilməmiş, asfalt vurulmamışdır.
Hal-hazırda rayon İcra Hakimiyyəti tərəfindən qəsəbə nümayəndələri və bələdiyyələrin, eləcə də digər əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbərləri qarşısında artıq qeyd etdiyim kimi çox vacib bir məsələ qoyulmuşdur; hər kəs öz işində dönüş yaratmalı, bu vaxta qədər buraxılan nöqsanların qısa müddət ərzində aradan qaldırılması və bir daha təkrar olunmaması, küçə və meydanlarında, məhəllədaxili ərazilərində səliqə-səhman, təmizlik yaratmalı, qanunsuzluqların kökünü kəsməklə rayonun simasını dəyişib daa müasir görkəmə gətirməli, bununla da rayonumuzu Bakı şəhərinin ən yaraşıqlı rayonlarından birinə çevirməliyik.
Rayon İcra Hakimiyyəti 2012-ci ilin birinci rübündə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyəti haqqında” əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdaifəsini təmin etməyə, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafıı təmin etməyə çalışmışdır.
Cari ilin 6 ayı ərzində İcra Hakimiyyəti Aparatına 1922 ərizə və 1428 məktub daxil olmuş, 187 nəfər vətəndaş İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmişdir. Bütün hallarda vətəndaşların müraciət və ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, yazılı və ya şifahi izahatlar verilmişdir. Zəruri hallarda hər cür müxtəlif köməkliklər göstərilmişdir.
Belə ki, edilmiş müraciətlər əsasənda 6 ay ərzində vətəndaşlara İcra Hakimiyyəti, qəsəbələr üzrə nümayəndəliklər və bələdiyyələr tərəfindən aztəminatlı ailələrə maddi yardım, evlərin təmiri, məişət avadanlıqlarının alınması və s. kömək məqsədilə təqribən 56 min manat məbləğində maddi yardımlar göstərilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının əlaqədar xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə bütün qəsəbələrdə sakinlərlə son 3 ayda 9 səyyar görüşlər keçirilmişdir. Həmin görüşlərdə qaldırılan bütün məsələlər zəruri hallarda dərhal öz həllini tapmış, vaxt tələb edən məsələlər isə sistemləşdirilərək həlli nəzrətə götürülmüşdür. Bütün bunlar da sakinlər tərəfindən rəğbətlə qarşılanmaqdadır.
Eyni zamanda bu görüşlər zamanı sakinlərin müraciətlərinin ümumi xarakterı və müşahidələrimiz də bir daha göstərir ki, bir neçə il öncə mövcud olmuş yerlərdə böyük və ciddi narahat edici sosial problemlər indi yoxdur və olanlar da Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuşdur – icrası nəzarətdədir.
Rayon ərazisində 50 müxtəlif binalarda məskunlaşmış 2100 məcburi köçkün ailələrinin məişət-kommunal şəraitilərinin yaxşılaşdırılması, binalarda müəyyən təmir-bərpa işlərinin aparılmasına köməklik edilmiş, onların enerji, su təchizatı, digər kommunal xidmətlərin göstərilməsi nəzarətdə saxlanmışdır. Novruz bayramı ərəfəsində ərazidə məskunlaşmış məcburi köçkün, Qarabağ əlilləri, şəhid ailələri və digər az təminatlı 2300 ailəyə ərzaq bağlamaları verilmiş, digər gündəlik tələbat malları ilə köməkliklər göstərilmişdir.
Bundan başqa “20 Yanvar hüzn günü” , “Xocalı faciəsi” , “Azərbaycanlıların soyqırımı günü” ilə bağlı rayonda hər il olduğu kimi sissilə ərasimlər keçirilmiş və rayon ictimaiyyətinin iştirakı ilə digər tədbirlər keçirilmişdir. Gələcəkdə də fəaliyyətimizi bu istiqamətdə daha da genişləndirərək rayonumuza yeni təyin olunmuş rayon İcra Hakimiyyəti Başçısı ətrafında sıx birləşərək 2012-ci ilin sonuna kimi ölkə Prezidenti tərəfindən qarşımızda qoyulmuş vəzifələri ümidvaram ki, Sizinlə birgə layiqincə yerinə yetirəcəyik.
 

Keçidlər