Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Sülh aylığı”çərçivəsində sərgi keçirildi

14 sentyabr 2014 | 19:00

     Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artıqmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.10-cu “Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” bəndində əsasən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il 21 avqust-21 sentyabr tarixlərində respublikamızda “Sülh aylığı” keçirilir.
    Sabunçu rayonunda “Sülh aylığı” çərçivəsində 12 sentyabr 2014-cü il tarixində Bakıxanov qəsəbəsindəki istirahət parkında “Dünyaya sülh” adlı baxış-sərgi təşkil edilmişdir. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Sabunçu RİH başçısının müavini Arzu Məmmədova, Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu rayon İdarəsinin rəisi Faiq Nuriyev, Rayon Polis İdarəsinin rəisi Cavanşir Babayev, Ombudsman Aparatının Elmi-analitik sektorunun baş məsləhətçisi, Müvəkkilin əlilliyi olan şəxslərin hüquqları üzrə ixtisaslaşdırılmış müşaviri Müqalib Mahmudov RİH Aparatın məsul işçiləri, qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri,  iştirak ediblər.
   Sərgidə rayonun bir sıra məktəbəqədər və məktəbdənkənar müəssisələri, Texniki Yaradıcılıq Mərkəzləri, Müharibə və Əmək Əlillər üçün Pansionat, Sağlamlıq İmkanları Məhdud Gənclərin Reabilitasiya Mərkəzi, 10 və 11 nömrəli internat-məktəblərin rəngarəng  əl işlərindən ibarət kompozisiyaları tədbir iştirakçılarına təqdim edilmişdir. Tədbir iştirakçıları sərgilənən əl işləri ilə yaxından tanış  oldular, uşaqların ifasında  sülhə, vətənə həsr olunan mahnı və şeirləri dinlədilər. Sərgidə təqdim olunan rəsm və əl işlərində sülh mədəniyyətinin, sülh və ədalət prinsiplərinin təbliğinə geniş yer ayrılır, zorakılıq hərəkətləri və terrorizm qətiyyətlə pislənilirdi.

Keçidlər