Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Sülh aylığı” çərçivəsində növbəti tədbir keçirildi

16 sentyabr 2014 | 19:00

    21 avqust – 21 sentyabr respublikada keçirilən “Sülh aylığı” çərçivəsində Sabunçu rayonunda da bir sıra tədbirlər keçirilmişdir.

   Belə ki, rayonun məktəbəqədər uşaq müəssisələrində “Uşaqlar sülh uğrunda” adlı səhərciklər keçirilmiş, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakıxanov qəsəbəsindəki istirahət parkında “Dünyaya sülh” adlı baxış-sərgi təşkil olunmuşdur.        

 “Sülh aylığı” na həsr olunmuş növbəti tədbir 17.09.2014 –cü il tarixində rayonun Bakıxanov qəsəbəsindəki 192 saylı “Göyərçin” körpələr evi – uşaq bağçasında “Göyərçinik biz, Sülhdür nəğməmiz” adı altında keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayaraq, uşaqların sülh mövzusunda hazırladıqları səhnəciklər, mahnı və şeir kompozisiyaları, rəngarəng rəqsləri ilə davam etdi.      Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səkinə Həsənova Rayon İcra Hakimiyyəti adından “Sülh” günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və tədbirin hazırlanmasında müəssisənin rəhbərliyinə, müəllim və uşaq kollektivinə təşəkkürünü bildirdi.

Keçidlər