Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “01 oktyabr-Beynəlxalq Ahıllar Günü” qeyd olundu

30 sentyabr 2014 | 19:00

    29 sentyabr 2014-cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və  Sabunçu rayonunda yerləşən 4 saylı “ASAN” xidmət mərkəzinin birgə təşkilatçılığı ilə “01 oktyabr - Beynəlxalq Ahıllar Günü” münasibətilə rayonun Bilgəh qəsəbəsində yerləşən  Müharibə və  Əmək Əllilər üçün Pansionatda tədbir keçirildi.
     Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının  müavini Arzu Məmmədova, 4 saylı “ASAN” xidmət mərkəzinin  direktoru  Adil Qasımov, RİH Aparatın əməkdaşları  və ASAN xidmət mərkəzinin könüllüləri iştirak etdilər.
     Pansionatda yaşayan ahılları bayram münasibətilə təbrik edən RİH başçısının müavini Arzu Məmmədova dövlətimizin, ölkə başçısı cənab İlham Əliyevin ahıllara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Respublikamızda həyata keçirilən işlərdən danışmışdır.  A.Məmmədova vurğuladı ki, bu gün biz bir daha sizin heç bir çatışmazlığınız, ehtiyacınızın olmadığının şahidi olduq. Bütün sahələr kimi yaşlı nəslə qayğı da dövlətimizin diqqət mərkəzindədir. Bu hal da bir daha göstərir ki, ahıllar tənha deyillər və onların arxasında qüdrətli Azərbaycan dövləti dayanır.
      Tədbir iştirakçıları əlil və yataq xəstəsi olan ahılları ziyarət etdilər, onları narahat edən məsələlərlə maraqlandılar. Tədbir çay süfrəsi arxasında davam etdi,  əyləncəli proqram ahıllar tərəfindən böyük maraq və sevinclə qarşılandı.

Keçidlər