Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda qəyyumluqda olan uşaqlar üçün ekskursiya təşkil olundu

26 sentyabr 2014 | 19:00

27 sentyabr 2014-cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyanın  və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sabunçu Rayon Bölməsinin birgə təşkilatçılığı ilə Komissiya  tərəfindən  qəyyumluğa  verilən uşaqlar üçün Qala  Dövlət Tarix Etnoqrafiya Qoruğuna ekskursiya təşkil olunmuşdur.
Burada uşaqlar Qala kəndində açıq səma altında yaradılan muzeydə Abşeron yarımadasının şərq hissəsindən arxeoloji qazıntılar zamanı tapılan materilallarla yanaşı (qayaüstü rəsmlər, kurqanlar, yaşayış məskənləri, dolmen, menhir, keramik qab və qab qalıqları) Şərqi Abşeron yarımadasının və Qala kəndinin etnoqrafiyası ilə də (yaşayış evləri və yaşayış tərzi, məşquliyyətləri, sənət növləri) tanış oldular.
Ekskursiya uşaqlar üçün təşkil olunmuş  nahar süfrəsi ətrafında başa çatdı.

Keçidlər