Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Qurban bayramı” qeyd olundu

02 oktyabr 2014 | 19:00

Müsəlmanların müqəddəs bayramlarından biri olan “Qurban bayramı” münasibətilə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 03 oktyabr 2014-cü il tarixində Zabrat qəsəbəsində yerləşən 2 saylı Uşaq Nevroloji Sanatoriyası və 5 saylı Uşaq Somatik Sanatoriyasında müalicə alan uşaqlarla görüş keçirildi. Görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşları və Zabrat qəsəbəsi üzrə başçının İcra nümayəndəsi Vüqar Əsədov iştirak etdilər. Uşaqları bayram münasibətilə təbrik edən V.Əsədov Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin təbrik və arzularını uşaqların nəzərinə çatdırdı, onlara can sağlığı və xöşbəxtlik dilədi.
Eyni zamanda Sabunçu Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına qurbanlar alınmış , rayonun internat məktəbləri və Uşaq Sanatoriyalarına, Müharibə və Əmək Əlillər üçün Pansionata, eləcə də, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyin, Müharibə , əmək və silahlı qüvvələr veteranları Şurasının (BVM) , Çernobol əlilləri İttifaqı, Gözdən əlillər Cəmiyyətinin, 20 Yanvar Cəmiyyətinin və bir sıra QHT  rayon şöbələrinə  paylanılmış, eləcə də rayonun hər bir qəsəbəsində yaşayan aztəminatlı ailələrə, digər sosial koteqoriyalara malik sakinlərə qurban payları verilmişdir.

Keçidlər