Sabunçu rayonunda 10 oktyabr - Ümümdünya Psixi Sağlamlıq günü qeyd olundu
Hər il oktyabrın 10-u bütün dünyada Ümümdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Ümümdünya Psixi Sağlamlıq Gününün vəzifəsi psixi sağlamlıq probleminə yanaşmada dünya əhalisinin məlumatlılıq səviyyəsini yüksəltməkdir. Məhz Ümümdünya Psixi Sağlamlıq Günündə psixi pozğunluqdan əziyyət çəkənlərin lazımı müalicə ilə təmin olunmasına və sağlam yaşamağa çağırış ifadə edilir, həmçinin psixi sağlamlığın möhkəmləndirilməsi istiqamətində qlobal səviyyədə daha çox açıq müzakirələrə imkan yaradır.
10 oktyabr 2014-cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatı ilə Maştağa qəsəbəsində yerləşən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının Reabilitasiya şöbəsinin təşəbbüsü ilə “Psixi sağlamlıqsız sağlamlıq olmur !” adlı tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd cəmiyyətin psixi pozuntudan əziyyət çəkən insanlara qarşı stiqmanın aradan qaldırılmasıdır. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, Maştağa qəsəbəsinin İcra Nümayəndəsi, xəstəxananın həkim personalı və Reabilitasiya şöbəsində müalicə alan pasiyentlər iştirak edirdi. Tədbirdə pasientlərin ifasında şeir, rəqs, musiqi, pantamimo, tamaşa təqdim olundu, eləcə də onların hazirladıqları rəsm əsərləri və müxtəlif əl işlərindən ibarət sərgi qonaqlara nümayiş olundu.
Tədbirin sonunda xəstəxananın Reabilitasiya şöbəsinin xəstələrinə və bir qrup baş tibb bacılarına hədiyyələr təqdim olundu.