Şriftin ölçüsü :

Saytın rəngi :

16 Noyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidi Novruzov Rəşad Elşad oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi

16 noyabr 2023 | 10:43
     16 Noyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidi Novruzov Rəşad Elşad oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
     Novruzov Rəşad Elşad oğlu. 03.04.2002-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində anadan olmuşdur. 2012-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 255 saylı tam orta məktəbi bitirmişdir. 2020-ci ilin aprel ayında könüllü olaraq xüsusi təyinatlı dəstəyə yazılmış, Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 08.11.2020-ci ildə Laçın rayon istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid omuşdur. 16.11.2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
 
Keçidlər