Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun 2011-ci ildə sosial-iqtisadi inkişafı yekunları və 2012-ci ildə qarşıda duran vəzifələr haqqında

15 yanvar 2012 | 20:00

Ötən il dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünü qeyd edən Azərbaycan Respublikası özünəməxsus milli inkişaf modeli ilə bir sıra mühüm uğurlara imza atmış, Cənubi Qafqazda lider ölkə statusu qazanmışdır. Uğurla həyata keçirilən iqtisadi siyasət makro-iqtisadi və maliyyə sabitliyinin qorunması ilə yanaşı, dayanıqlı iqtisadi artımı təmin etmiş, iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasət nəticəsində qeyri-neft sektoru sürətli inkişaf yoluna qədəm qoymuş, nəticədə ölkəmizin dünyada islahatçı imici daha da möhkəmlənmişdir.
Prezident İlham Əliyev son 8 ildə Ulu Öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşdirmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlaması üçün çox iş görmüşdür.Ötən illərdə iqtisadi məsələlərə xüsusi diqqətin artırılması dövlət müstəqilliyinin iqdisadi bazasını möhkəmləndirmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Bu siyasətin davamı olaraq 2011-ci ildə də Respublika iqtisadiyyatında islahatlar inamla davam etdirilmiş, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asıllığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş 16 yanvar 2012-ci il tarixli iclasındakı cənab Prezidentin nitqi və hesabat məruzələrindəkilər bunu əminliklə söyləməyə əsas verir.Keçən il Dövlət büdcəsi 20 milyard, strateji valyuta ehtiyatları isə 41 milyard ABŞ dollarını keçən Azərbaycan iqtisadiyyatı hazırda Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir. Keçən il obyektiv səbəblə-neft hasilatının azalması ilə bağlı bütövlükdə iqtisadi artım 0,1 faiz təşkil etsə də, qeyri-neft sektoru 9,4, qeyri-neft sənayesi isə 11,1 faiz artmışdır. Ötən il vətəndaşların sosial rifahı baxımından vacib olan infilyasiyanın birrəqəmli- 7,9 faiz olması, eyni zamanda əhalinin pul gəlirlərinin 19,6 faiz artması və ya əhalinin pul gəlirlərinin infilyasiyasının səviyyəsindən 2,5 dəfə çox olması da ötənilki fəaliyyətin səmərəliliyinə dəlalət edir.
Azərbaycandakı dinamik inkişaf hazırda dünyanın bir sıra nüfuzlu maliyyə və iqtisadi təşkilatlarının hesabatlarında özünü göstərməkdədir.Belə ki, Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətçilik 2010-2011 hesabatında” Azərbaycan 57-ci yeri tutmaqla MDB məkanında liderliyini qorumuşdur. Bundan başqa, dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “Doinq Biznes 2001. Sahibkarlıq üçün şəraitin yaxşılaşdırılması” birgə hesabatının nəticələrinə əsasən, sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində 183 ölkə arasında 54-cü yeri tutmuşdur. ”Fitah Raintinqs” və “Moodyis” reytinq agentliklərinin də Azərbaycan iqtisadiyyatına dair qiymətləri müsbət olmuşdur. ”Qlobal Rəqabət Qabiliyyəti indeksi” hesabatına əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 142 ölkə arasında 55-ci, MDB-də isə 1-ci olmuşdur. 2011-ci ildə ölkə iqtisadiyyatına ümumilikdə 20 milyard dollar, o cümlədən 13 milyard daxili və 7 milyard dollar xarici investisiya yatırılması da bunun əyani təsdiqidir. İnvestisiyaların 15,7 milyard dolları qeyri-neft sektorunun, 4,3 milyard dolları isə neft sektorunun payına düşmüşdür.Cənab Prezident müşavirədəki nitqində bunula bağlı vurğulamışdır: “Biz 2011-ci ildə investisiya qoyuluşu sahəsində rekord göstəriciyə nail ola bilmişik. İldən-ilə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi artmaqdadır. Təkcə 2 il ərzində ölkə iqtisadiyyatına 37 milyard dollar vəsait qoyulmuşdur. Əvvəlki dövrdəki investisiyaları da əlavə etsək görərik ki, Azərbaycanda nə qədər böyük işlər görülür. Həm yerli, həm xarici investorlar ölkə iqtisadiyyatına maraq göstərirlər. Xarici investorlar ölkəmizin uğurlu inkişafına bizimlə bərabər, bizim kimi inanırlar. Eyni zamanda, əlbətdəki, bu investisiyaların təşkilində dövlət siyasəti həlledici rol oynayır.”
2011-ci ildə iqtisadiyyatın qeyri-neft sektorunda müşahidə edilən əsaslı artım uğurlu təməlini ilk növbədə regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş tədbirlərdən götürür. İnkişaf etmiş dövlətlərin təcrübəsi də göstərir ki, iqtisadiyyatın sabit tempini qorunub saxlanması vacib şərtlərdəndir. Cənab İlham Əliyevin iqtisadi siyasətlə regional inkişaf məsələlərinə xüsusi diqqət yetirməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramları, fərman və sərəncamlar imzalaması məhz bu reallığa əsaslanmışdır.
Dövlət başçısı İlham Əliyevin 2004-cü il fevralın 11-də imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ( 2004-2008-ci illər)” və 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” bu baxımdan xüsusi əhəmiyyət daşımışdır. Bu regional inkişaf proqramlarının icrası sayəsində 2004-cü ildən Respubolikada 40 mindən çox yeni müəssisə, 950 mindən artıq yeni iş yerləri yaradılmışdır. O, cümlədən də 2011-ci ildə 94 min yeni iş yerləri açılmışdır ki, onlardan da 73 mini daimi iş yerləridir. Nəticədə Azərbaycanda həmin dövrdən işsizliyinin səviyyəsi ilbəil düşərək indi 5,4 faiz olmuşdur. Bunula yanaşı yoxsulluq şəraitində yaşayanların sayı da azalmaqda davam etmiş, 2010-cu illə müqayisədə 9,1 faizdən 7,6 faizə düşmüşdür.Eyni zamanda vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, 2011-ci ildə də maaşlar, pensiyalar artmışdır. Ölkədə 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz artırılaraq orta həddi 180-190 dollar səviyyəsinə, orta aylıq əmək haqqı isə 460 dollara çatmışdır ki, bu da MDB məkanında çox yaxşı göstəricidir.
2011-ci ildə ölkədə sosial infrastrukturun yaradılması və inkişafı davam etdirilərək böyük işlər görülmüşdür. İl ərzində 33 səhiyyə ocağı, 60-a yaxın məktəb, 4 olimpiya idman kompleksi, mədəniyyət evləri tikilmiş və təmir-bərpa işləri aparılmışdır. Bu işlər 2012-ci ildə də davam etdirilməkdədir. Belə ki, hal-hazırda ölkəmizin müxtəlif bölgələrində 10 olimpiya kompleksi tikilir və xeyli təhsil, səhiyyə, mədəniyyət ocaqlarının tikintisi üçün hazırlıq işləri aparılır.
Məlum olduğu kimi ölkənin elektrik enerjisinin generasiya gücü iqtisadi artım və inkişaf tempinə uyğun olmalıdır.Ona görə də bu sahədə mühüm işlər görülmüş, 2011-ci ildə 400 meqavat gücü olacaq “Şimal-2” elektrik stansiyasının təməli qoyulmuş, 2012-ci il ərzində 780 meqavat gücündə olan “Cənub” elektrik stansiyası və Fizuli rayonunda 25 meqavat gücündə su elektrik stansiyası istifadəyə veriləcəkdir.Eyni zamanda elektrik paylayıcı xətlərə də investisiya qoyuluşu davam etdirəcək növbəti 2 il ərzində “smart-kart” tipli sayğaclar quraşdırılmaqla bütün şəbəkələr müasir standartlar səviyyəsinə çatdırılacaq.
2011-ci ildə hər birində 350 milyard kubmetr qaz ehtiyatları olan “Abşeron” və “Ümid” böyük qaz yataqlarının aşkar edilməsi ölkəmizin qaz potensialını əhəmiyyətli dərəcədə artırmışdır.
Aparılmış uğurlu siyasət nəticəsində bu sahədə vacib tranzit məsələsi də həll olunub və bunlar da 2011-ci ilin tarixdə Azərbaycanı böyük qaz dövlətinə və qaz ixracatçısına çevirən il kimi qalacağını göstərir. Eyni zamanda ölkənin qazlaşması ilə bağlı 2012-ci ildə böyük layihələr həyata keçiriləcək və 2013-cü ilin sonunadək isə yaşayış məntəqələrinin 95 faizi qazla təmin ediləcəkdir.
Dövlət başçımız iclasdakı yekun nitqində əmin olduğunu bildirmişdir ki, 2012-ci ildə də qarşıda duran bütün vəzifələr uğurla icra ediləcəkdir.2012-ci ilin dövlət büdcəsinin xərcləri təxminən 22 milyard dollar, icmal büdcə isə 25 milyard dollar səviyyəsindədir ki, bu vəsaitlər iqtisadiyyatımızın inkişafına və şaxələnməsində yönəldiləcək, sosial proqmaların və sosial infrastruktur layihələrin həyata keçirilməsinə imkan verəcəkdir. Yığınacaqda hazırda Respublika üzrə adambaşına düşən ümumi daxili məhsulun (ÜMD) 7 min dollar olduğu qeyd edilərək bildirilmişdir ki, bu göstərici 2012-2023-cü illərdə iki dəfə artırılacaq.Bütün bunlar yeni müəssisələrin, o cümlədən Sumqayıt Texnologiya parkının öz fəaliyyətini genişləndirilməsi, Balaxanıda yeni Texnologiya parkının, Sumqayıtda Kimya parkının yaradılması, Gəncədə yeni Aliminium zavodunun işə başlaması, Daşkəsəndə Filiz yataqlarının mövcudluğu, Güclü metallurgiya sənayesinin yaradılması, müasir texnologiyalar əsasənda tikilən Sement zavodunun bu il istifadəyə verilməsi hesabına olacaqdır.
Cari ildə investisiya proqramı çərçivəsində ölkə iqtisadiyyatına 2011-ci ilin səviyyəsində, yəni 5,7 milyard manat məbləğində vəsait qoyulacaq və burada bütün sahələr prioritet təşkil etməklə sosial yönümlü infrastrukturun yaradılması əsas yer tutacaqdır. Qeyd edək ki, böyük infrastruktur layihələri xüsusi diqqət çəkən içməli su və kanalizasiya layihələrinin həyata keçirilməsinə artıq Bakıda və bölgələrdə başlanmışdır və 2013-cü ilin sonuna kimi bütün şəhərlər və rayon mərkəzləri keyfiyyətli, təmiz işməli su ilə təmin ediləcək və kanalizasiya sistemləri dünya standartları səviyyəsində qurulacaqdır.
Kənd təsərrüfatının inkişafı, yerlərdə işsizliyin aradan qaldırılması üşün suvarma layihələrinin həyata keçirilməsi vacib rol oynayır və bunula bağlı 2012-ci ildə Dövlət Neft Fondunun və Dövlət büdcəsinin vəsaiti hesabına Taxtakörpü, Şəmkirçay kimi böyük vəsait tələb edən layihələr icra ediləcək. Eyni zamanda digər meliorativ layihələrə də vəsait ayrılacaq,on monlərlə hektar yeni əkin sahələri yaradılacaqdır.
2011-ci ildə sahiblarlığın stimullaşdırılması məqsədilə Sahiblarlığa Kömək Milli Fondu 115 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir ki, onunda 75 faizi bölgələri əhatə etmişdir. 2012-ci ildə sahibkarlara 200 milyon manat məbləğində güzəştli kredit verilməsi nəzərdə tutulmuşdur ki, bu vəsaitin də 30-40 faiz Bakı şəhərinin qəsəbələrinə yönəldiləcək.
Azərbaycanda aparılan uzaqgörən siyasətin nəticəsi kimi bu gün biz telekommunikasiya sahəsində görülən işləri, o cümlədən birinci Azərbaycan Telekommunikasiya Peykinin orbitə buraxılacağı tarixi hadisəni qeyd etməliyik.Cənab Prezidentin qeyd etdiyi kimi “Azərbaycan artıq kosmik sənayeyə malik olan ölkələr sırasına daxil edilir...” Telekommunikasiya o sahələrdəndir ki, burada müxtəlif və hər bir ölkənin inkişafı üçün vacib amillər cəmləşir. Bu, innovasiyadır, bilikdir, savaddır, böyük biznes sahəsidir. Bu elmi-texniki tərəqqini şərtləndirən sahədir”. Beynəlxalq telekommunikasiya qurumlarının hesabatına görə Azərbaycan MDB məkanında qabaqcıl yerlərdədir.Bizdə heç də hər bir ölkədə mövcud olmayan azad internet fəaliyyət göstərir ki, bu da məlumat, söz azadlığıdır, demokratik cəmiyyətin mövcudluğudur.
2012-ci ildə ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər daha da gücləndiriləcəkdir.Böyük fermer təsərrüfatlarının yaradılması, meliorativ tədbirlərin həyata keçirilməsi,fermerlərə güzəştlə şərtlərlə yanacağın, gübrələrin verilməsi, aqrolizinq, aqroservislərin fəaliyyəti hesabına bu sahənin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir.
2012-2013-cü illərdə yeni tikiləcək quşçuluq fabriklərinin fəaliyyəti hesabına Azərbaycan özünü quş əti ilə tam təmin edəcəkdir.İndi Respublikada süd emalı müəssisələri, konserv zavodları tikilir, bağçılıq, bitkiçilik inkişaf edilmişdir. Məhsulların saxlanılması ilə bağlı əsas məsələlər öz həllinin tapmış, soyuducu anbarlar və taxıl elevatorları tikilmişdir və bu işlər cari ildə də davam etdiriləcək.
Cənab Prezident öz çıxışında istehlak bazarının nəzarətdə saxlanılması, inhisarçılığın, qiymətlərin süni şişirdilməsinin qarşısının alınması, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndiriləcəyini bildirmiş və bunula bağlı qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyini vurğulamışdır.
Hörmətli yığıncaq iştirakçıları!
2011-ci ildə Azərbaycanın BVT Təhlükəsizlik Şurasına üzv seçilməsi xarici siyasətdə çox yadda qalan, böyük tarixi hadisə kimi dəyərləndirilməlidir.Bu böyük siyasi qələbənin müstəqilliyimizin 20 illik yubileyinə təsadüf etməsi həm rəmzi xarakter daşıyır, həm də 20 il ərzində Azərbaycanın dünya xəritəsində özünəlayiq yerini tuta bilməsini,dünya birliyinin mütləq əksəriyyətinin rəğbətini,hörmətini,inamını qazandığını göstərir.Əks təqdirdə heç vaxt 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləməzdi. Cənab Prezident qeyd etmişdir ki, Azərbaycan öz imkanları daxilində ədalət və beynəlxalq hüququ bu mötəbər təşkilatda müdafiə edəcək, əlbətdə ki, bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsini də daim gündəlikdə saxlayacaqdır.Münaqişənin həllində mövqeyimiz qəti və dönməzdir. Azərbaycan Dövləti və Xalq heç vaxt Dağlıq Qaarabağa Azərbaycanın kənarında heç bir statusa razılıq verə bilməz və verməyəcəkdir. Prinsiplər bundan ibarətdi və danışıqlar da bu prinsiplər əsasında davam etdirlir.Bununla bərabər,o da heç kimə sirr deyil ki, biz hərbi gücümüzü artırırıq və artıracağıq. 2011-ci ildə hərbi məsələlərə 3 milyard 313 milyon dollar xərclənmişdir, 2012-ci ildə isə bu sahəyə 3 milyard 474 milyon dollar ayrılmışdır. Müqayisə üçün qeyd edək ki, Ermənistanın ümumi büdcə xərcləri cəmi 2 milyard dollardır. Bu da bizim hərbi xərclərin Ermənistanın büdcə xərclərindən təxminən 2 dəfə çox olduğunu göstərir.İllər keçdikcə bu fərq daha da artacaq.
Bunların nəticəsidir ki, artıq Azərbaycan bölgədə ən güclü orduya malikdir,ordunun maddi texniki təchizatı yüksək səviyyədədir, ölkəmizlə hərbi sahədə əməkdaşlıq edən dövlətlərin coğrafiyası genişlənir. Eyni zamanda, Azəırbaycanda istehsal olunan hərbi məhsulların sayı və çeşidi artmaqdadır. Hal-hazırda Respublikada hərbi sənayesi nazirliyinin müəassisələrində 600-ə yaxın çeşiddə hərbi məhsul istehsal edilir.Cənab Prezident bundan sonra da bu sahəyə xüsusi diqqət yetiriləcəyini,o cümlədən hərbi hissələrin binalarının təmir ediləcəyini, yeni hərbi bazaların, şəhərciklərin yaradılacağını, oradakı infrastrukturların yeniləşdiriləcəyini və hərbiçilərin sosial vəziyyətinin yaxşlılaşdırılması üçün konkret tədbir görüləcəyini,20 il qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət tərəfindən mənzillərlə təmin ediləcəyini bildirmişdir. O, qeyd etmişdir ki, bu gün Azərbaycan ordusu böyük qüvvədir və biz bu qüvvədən lazım olan halda istifadə edə bilərik və edəcəyik.
Qarşı tərəf bunu bilir ,ona görə də Ermənistanda Azərbaycanın hərbi ikmaları ilə əlaqədar böyük təlaş və təşviş vardır.
Əvvəlki illərdə olduğu kimi 2011-ci ildə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülmüşdür. İl ərzində Ağcabədi və Goranboy rayonlarının ərazisində 3 yeni qəsəbə istifadəyə verilmiş, Bakı şəhərində şəraitsiz yataqxanada məskunlaşmış məcburi köçkünlərə Ramana qəsəbəsində 80 mənzilli binanın tikintisi başa çatdırılmış, 406 məcburi köçkün ailəsinə hazır mənzillər alınmaqla köçürülməsi təmin edilmişdir. Ümumilikdə Respublika üzrə 2123 köçkün ailəsi yeni tikilmiş evlərə köçürülmüşdür. Köçkünlər arasında yoxsulluq həddi son 8 ildə 70 faizdən 18 faizədək azaldılmışdır.
“Ekologiya ili” başa çatdıqdan sonra da 2011-ci ildə ölkədə bu sahədə tədbirlər davam etdirilmiş, il ərzində 7 milyon ağac əkilmiş, 32 kənddə mobil tipli sutəmizləyici qurğu istifadəyə verilmiş və 50 minə yaxın əhali hazırda təmizlənmiş sudan istifadə edir. Çirklənmiş ərazilərin təmizlənməsi prosesi də davam edir, əvvəllər şəhəri tüstüyə bürüyən Balaxanı poliqonu artıq parka çevrilmişdir. Eyni zamanda Balaxanıdakı məişət tullantılarının yandırılması zavodunun tikintisi bu il başa çatdırılacaqdır ki, bu da ekoloji tədbirlərə ən böyük töhvə olacaqdır.
Məlum olduğu kimi 2011-ci il Azərbaycanda “Turizm ili” elan edilmişdir.Bunula bağlı keçən il təkcə Bakıda beşulduzlu 3 yeni mehmanxana açılmışdır və bu il daha 3 belə mehmanxana istifadəyə veriləcəkdir. Hal-hazırda bölgələrdə də ən azı 4 beşulduzlu mehmanxana tikilir. 2012-ci ildə Qusar rayonunda “Şahdağ” qış-yay turizm kompleksi istifadəyə veriləcək,burada dünya miqyasında nadir xizək kurortu mərkəzi yaradılacaq. Dövlət Başçısının bildirdiyi kimi, məqsəd Azərbaycanı müasir,yüksək səviyyəli və elitar turizm mərkəzinə çevirməkdir.
Ölkədə gənclərin quruculuq işlərinə daha fəal cəlb edilməsi üçün 2011-ci ildə Azərbaycan Gəncliyi Proqramı qəbul edilmiş, Gənclər Fondu yaradılmışdır. Bu fonda ilkin vəsait ayrılacaq ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilərək maksimum sayda gənclərimiz müxtəlif layihələrə cəlb olunacaqlar.
Gənclərimizin asudə vaxtlarının səmərəli təşkili və idmanın kütləviliyini təmin etmək üçün son illər ərzində çox işlər görülmüş, ötən dövr ərzində 33 olimpiya-idman kompleksi istifadəyə verilmişdir. Qeyd edək ki, yalnız 2011-ci ildə idmançılarımızın beynəlxalq yarışlarda cəmi 705 medal, o cümlədən 270 qızıl, 193 gümüş, 242 bürünc medal qazanmışlar. Olimpiya idman növləri üzrə qazanılan medalların sayı isə 276 olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2012-ci ilin “İdman ili” elan edilməsi bu sahənin daha da inkişafına, yeni-yeni uğurların qazanılmasına şərait yaradacaq. Bildiyiniz kimi Bakı şəhəri 2020-ci il Yay Olimpiya oyunlarına iddialı şəhər kimi çıxış etmişdir və bütün bunlarla bağlı da bu və sonrakı illərdə də böyük işlər görülməlidir. 2012-ci ildə Sabunçu-BöyükŞor sahəsində 65 minlik Respublika Olimpiya Stadionunun tikintisi davam etdiriləcək, 10 olimpiya idman kompleksi inşa ediləcəkdir. Tofiq Bəhramov adına Respublika Stadionunda təmir-bərpa işləri aparılır ki,burada qızlar arasında dünya çempionatı keçiriləcək. Eyni zamanda hal-hazırda böyük gimnastika kompleksi və Bakı “Kristal” İdman Konsert Kompleksinin də tikintisi davam etdirilməkdədir.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlara mütəmadi səfərləri, 200-dən çox müxtəlif təyinatlı obyektlərin açılışı və təməlinin qoyulmasında iştirakı dövlət siyasətinin yerlərdə həyata keçirilməinə effektiv nəzarət mexanizminin tərkib hissəsi, şəxsi idarəçilik nümunəsi olmaqla regionların tarazlı inkişafının təmini və əhalinin həyat şəraitinin daha da yüksəlməsində müsbət rol oynamışdır.

Hörmətli yığıncaq iştirakçıları!
Təbiidir ki, Respublikamızın digər yerlərində olduğu kimi, Bakının ən böyük sənaye rayonlarından biri kimi Sabunçu rayonunda da 2011-ci il ərzində həm Dövlət Proqramları çərçivəsində, həm də müxtəlif maliyyə mənbələri hesabına rayonun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrin icrası, yolların tikintisi,əhalinin elektrik, qaz, su təchizatının yaxşılaşdırılması,təhsil, səhiyyə və digər obyektlərin tikintisi, təmiri, müasir tələblərə uyğun yenidənqurulması,onların yeni müasir avadanlıqlarla təchizi üzrə böyük işlər görülmüşdür.Belə ki, 2011-ci il ərzində rayonun sənaye müəssisələri və idarələri tərəfindən 177,5 milyon manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,3 faiz çoxdur. 2011-ci ilin yanvar-dekabr aylarında rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 46,2 milyon manat məbləğində investisiyadan istifadə edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 40,2 faiz çoxdur. İstifadə olunmuş vəsaitin 26,9 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da əvvəlki ildəkinə nisbətən 70,8 faiz çoxdur. Rayonun istehlak və xidmət bazarında əhaliyə satılmış malların və göstərilmiş pullu xidmətlərin həcmi il ərzində 865,4 milyon manat,o cümlədən pərakəndə əmtəə dövriyyəsi 659,7 milyon manat və pullu xidmətlərin həcmi isə 205,7 milyon manat olmuşdur. O da qeyd edilməlidir ki. əmtəə dövriyyəsinin 100,0 faizi, pullu xidmətlərin isə 73,8 faizi rayonda fəaliyyət göstərən özəl sektorun müəssisələrinin payına düşmüşdür.2011-ci ildə yerli büdcə xərcləri nəzərdə tutulmuş 12,6 milyon manata qarşı 11 milyon manat və ya 88 faiz olmuşdur.
Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta əmək haqqı əvvəlki ildəkinə nisbətən 10,4 faiz çoxlaraq 360,3 manat, sənaye sahələrində çalışanların orta aylıq əmək haqqı isə 21,5 faiz artaraq 418,3 manat təşkil etmişdir.
2011-ci ilin yanvar-dekabr aylarında rayon üzrə işçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 374 nəfər və ya 1,3 faiz artaraq 27921 nəfər,sənaye müəssisələrində işçilərin orta siyahı sayı isə 150 nəfər və ya 2,2 faiz çoxalaraq 6935 nəfər, tikintidə 840 nəfər, büdcə təşkikilatlarında 999 nəfər, təhsildə 4132 nəfər,digər sahələrdə 9714 nəfər olmuşdur.
Son 8 il ərzində rayonda “SUN TEA”, “Sərham”, “Koroğlu”, “Şirin”, AXV, “Lider-Beton”, “Göyəzən”, “Yeni Poliqrafist”, “Veqoplast” MMC-lərin, “Texnoplast” Şirkəti, “Osman” kiçik müəssisəsinin istifadəyə verilməsi və digər hüquqi və fiziki şəxslər tərəfindən açılmış müxtəlif xidmət və ticarət obyektlərində 6 minə yaxın, o cümlədən 2011-ci il ərzində 1828 yeni iş yerləri açılmışdır ki, bunlarında hamısı daimidir.
2011-ci ildə işlə təmin olunmaq üçün Məşğulluq Mərkəzinə 1178 nəfər müraciət etmiş, bunlardan 500 nəfəri işlə təmin olunmuşdur. 117 nəfərə işsizlik müavinəti,108 nəfərə işsizlik statusu verilmişdir.
Onu da qeyd etmək lazımdır ki, hal-hazırda rayonda fəaliyyət göstərən Sabunçu rayon Dövlət Sosial Müdafiə Fondunda qeydə alınmış 390 müəssisə, təşkilat və özəl qurumlardan hər ay orta hesabla yalnız 67-si boş iş yerləri haqqında Məşğulluq Mərkəzinə məlumatlar verir. Bu da işlə təmin olunmaq məqsədilə mərkəzə müraciət edən sosial müdafiəyə xüsusi ehtiyacı olan əlil, əlil uşaqları tərbiyə edən qadınlar, müharibə veteranları, şəhid ailələri, köçkünlər və digərlərinə köməklik göstərilməsini çətinləşdirir. Fürsətdən istifadə edərək idarə,müəssisə rəhbərlərindən həmin məlumatların Məşğulluq Mərkəzinə vaxtlı-vaxtında təqdim edilməsini xahiş edirik və bildiririk ki, bu qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Prezidentinin 549 №-li 9 avqust 2001-ci il tarixli Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin 213 №-li 22 noyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Eyni zamanda “Məşğulluq haqqında” Qanunvericilikdə bəzi dəyişikliklər haqqında” Azərbaycan Respublikası Prezidentinin 679 №-li 1 iyun 2004-cü il tarixli sərəncamı ilə məşğulluğun təmin edilməsi sahəsində məlumatın, hesabatın verilməməsi və tətbiq olunmuş kvota üzrə (xüsusi iş yerləri) vətəndaşların qəbul olunmamasına görə inzibati xətalar məcəlləsində cərimələr nəzərdə tutulmuşdur ki, buda belə hallarda tətbiq edilməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişaf etdirilməsi üzrə müəyyən etdiyi iqtisadi siyasət əsasında 2011-ci il ərzində rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərlə Sahibkarlığa Kömək Milli Fondunun rəhbərliyinin və mütəxəssislərin icra hakimiyyətində və yerlərdə görüşləri təşkil edilmiş, nəticədə 2 dəfəyə 29 nəfərə,o cümlədən Nardaran qəsəbəsindən 18 nəfərə, Balaxanıdan 4 nəfərə, Sabunçudan 3 nəfərə, Maştağadan 2 nəfərə, Bilgəhdən 1 nəfərə, Kürdəxanıdan 1 nəfərə bu məqsədlə cəmi 325 min manat məbləğində güzəştli kreditlər verilmişdir.
2011-ci il ərzində Azərbaycan Respublikası Prezidentinin “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” kı 16.11.2005-ci il tarixli Fərmanına əsasən 2639 ailəyə, 12033 nəfər ailə üzvü olmaqla orta hesabla 106 manat ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur.
Azərbaycan Respubikası Prezidentinin müvafiq Fərman və sərəncamlarına uyğun olaraq 291 nəfər şəhid, 7 nəfər Milli Qəhrəman, 5 nəfər 20 Yanvar faciəsi zamanı şəhid olan şəxslərin ailələrinə Prezident təqaüdü, 1280 nəfərə kommunal nəqliyyat və digər xidmətlərə görə müavinət, özəlləşdirilən və idarə etməyə verilən dövlət müəssisələrində sağlamlığı pozulmuş 34 nəfərə aylıq mavinət, cəza çəkmədən azad edilmiş 107 nəfərə 38840 manat birdəfəlik müavinət, eləcə də Nazirlər Kabinetinin 19 mart 2010-cu il tarixli 51 saylı Qərarına əsasən Ermənistan Respublikasının müəssisələrində və ləğv edilmiş kolxoz və sovxozlarda zərər çəkmiş 14 nəfərə aylıq müavinət təyin edilərək ödənilmişdir.
“Sosial xidmət haqqında” qanuna müvafiq olaraq hazırda 285 nəfər tənha,kimsəsiz və əlil vətəndaşlara sosial müdafiə mərkəzinin 30 nəfər işçisi tərəfindən evlərdə xidmət göstərilir. Ötən il 51 nəfər əlil “Nabran” istirahət mərkəzinə, 11 nəfər isə müxtəlif kurort-sanatoriyalara putyovka ilə istirahətə göndərilmiş, əlil günü münasibətilə 180 nəfər əlilin hər birinə 20 manat olmaqla maddi yardım ödənilmişdir.
“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il tarixli 23 dekabr tarixli 568 saylı Fərmanına əsasən 50 nəfər I qrup müharibə əlilinin hər birinə 99 manat, 365 nəfər II qrup müharibə əlilinin hər birinə 77 manat, 60 nəfər III qrup müharibə əlilinin hər birinə 55 manat Prezident təqaüdü təyin olunaraq ödənilmişdir.
Hal-hazırda Sabunçu rayonunda 30107 nəfər təqaüdçü vardır ki, bunlardan 19508 nəfəri yaşa görə, 7891 nəfəri əlilliyə, 2708 nəfəri isə ailə başçısını itirdiyinə görə təyin edilmiş və onlara ərazidə quraşdırılmış 21 bankomat tərəfindən xidmət göstərilir.
Hesabat ilində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2010-cu ilə qədər təqaüdə çıxanların təqaüdlərinə yenidən baxılaraq 22375 nəfərin təqaüdü ümumilikdə 1 milyon 52 min manat artırılmışdır.
2011-ci ildə rayonda fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərdən 1194,0 min manat məcburi dövlət sosial sığorta haqları yığılmışdır ki, bu da əvvəlki ilin müvafiq dövründəkinə nisbətən 24 min manat və ya 2 faiz çoxdur.

Hörmətli müşavirə iştirakçıları!
Azərbaycan Respublikası Prezidentinin 1490 №-li 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “ 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ümumən nəzərdə tutulmuş 16 sahəni əhatə edən 801 bənddən məhz 119 bəndi Sabunçu rayonunun qəsəbələrində bütün sahələri əhatə edən tədbirlərin həyata keçirilməsinə aiddir. Rayon üzrə proqramdakı bu 119 bənddən 66 bəndinin icrasına 2011-ci ildə başlanması nəzərdə tutulmuşdur ki, artıq bunlardan da 15-i üzrə işlər başa çatdırılıb, 39-u üzrə isə işlər davam edir,12 bənd üzrə isə layihə-smeta sənədlərinin tərtibatı və digər hazırlıq işləri aparılmaqdadır.Qalan 53 bənd üzrə işlərin yerinə yetirilməsi 2012-2013-cü illərdə nəzərdə tutulmuşdur ki, artıq onlardan 6-da işlərin icrasına başlanmışdır. Ümumiyyətlə Proqramda nəzərdə tutulan ən həcmli işlərdən biri də təhsil sahəsidir ki, burada da cəmi 52 bənd üzrə 3472 şagird yerlik 4 yeni məktəbin tikintisi, mövcud 6 məktəbdə 2600 şagird yerlik 130 sinif otaqlarının tikintisi, 1 məktəbdə isə idman və akt zalının tikintisi, 3 yeni uşaq bağçasının tikintisi (iki yerdə 120 yerlik, bir yerdə 80 yerlik) və 43 təhsil obyektlərində (orta məktəb, uşaq bağçası və peşə məktəbləri binalarında) əsaslı təmir və bərpa gücləndirmə işlərinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur ki, bunlardan da artıq 14-də işlər başa çataraq istifadəyə verilmiş, 7-də işlər başa çatmaq üzrədir və 2-də isə işlər davam etdirilir. Qalan işlər 2012 və 2013-cü illərdə yerinə yetiriləcəkdir.
Belə ki, hesabat dövrü ərzində proqram üzrə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən rayonun 22, 108, 170, 188, 209, 215 və 296 nömrəli məktəblərdə əsaslı təmir işləri başa çatmış, 69 nömrəli məktəbdə idman və akt zallarının, 169, 215 və 296 nömrəli məktəblərdə isə hərəsində 15 əlavə sinif otaqlarının tikintisi başa çatmaq üzrədir.Maştağa qəsəbəsindəki qəzalı vəziyyətdə olmuş 255 nömrəli məktəbin köhnə binası sökülərək yerində 640 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilir.
Həmçinin, rayonun 10 və 13 nömrəli Peşə Məktəblərində,Nardaran qəsəbəsində 107 və 227, Bilgəh qəsəbəsində 281, Ramana qəsəbəsində 319, Sabunçu qəsəbəsində 310 nömrəli uşaq bağçalarında əsaslı təmir işləri başa çatmışdır. Maştağa qəsəbəsindəki 109 və 321 nömrəli uşaq bağçaları sökülərək onların yerində yeni müasir tipli uşaq bağçalarının tikintisi və Bakıxanov qəsəbəsindəki 192 №-li körpələrevi- uşaq bağçasında əsaslı təmir işləri davam etdirilir.
Səhiyyə sahəsi üzrə nəzərdə tutulmuş 2 bənddən ibarət işlərin də icrasına başlanmış, hal-hazırda bu obyektlərdə tikinti işləri davam edir. Bunlarla yanaşı proqramda mədəniyyət sahəsi üzrə 2, Gənclər və İdman sahəsi üzrə 4, əhalinin sosial müdafiəsi sahəsi üzrə 4, ekologiya sahəsi üzrə 1, sənayenin inkişafı 2, kənd təsərrüfatının infrastruktur təminatı üzrə 2, rabitə və informasiya sahəsi üzrə 3, istilik təchizatı sahəsi üzrə 11 bənddən ibarət tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdur ki, bunların da bir hissəsində işlərin icrasına başlanmışdır,digərlərində isə hazırlıq işləri aparılır.
Bütün bunlarla yanaşı Prezident İlham Əliyev ötən ilin aprel ayında Sabunçu qəsəbəsində aparılan abadlıq işlərinin gedişatı ilə tanış olarkən sakinlərin müraciətini nəzərə alaraq 12 saylı şəhər poliklinikasının sökülərək yerində yenisinin tikintisi üçün Prezident Fondundan 2,0 milyon manat vəsait ayrılmasına sərəncam vermişdir ki, hal-hazırda bu işin də icrasına başlanmışdır.
Bundan başqa möhtərəm Prezidentimiz yeni dərs ilinin başlanması münasibətilə Bakı şəhərinin bir sıra digər məktəbləri ilə yanaşı Sabunçu qəsəbəsində yerləşən 170 saylı məktəbdə də olmuş,burada aparılan tikinti-quraşdırma,əsaslı təmir işlərinin, eləcədə təhsilin səviyyəsi ilə tanış olmuş, görülən işlərdən razı qalmışdır.Ümumiyyətlə o da qeyd edilməlidir ki, cənab Prezident ötən il 7 dəfə rayonumuzda olmuş müxtəlif obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etmiş, proqramın tapşırıqların icrası ilə yerində tanış olmuş, sakinlərlə görüşlər keçirərək onların arzu və təkliflərini dinləmişdir ki, biz bütün bunları rayonumuza göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndiririk.
Eyni zamanda rayon ərazisində Respublikanın və şəhərin müvafiq mərkəzi dövlət orqanları, Heydər Əliyev Fondu, eləcə də rayonun daxili imkanları hesabına da xeyli sosial əhəmiyyətli tədbirlərin, obyektlərin, qurğuların tikinti-quraşdırma və abadlıq işlərinin aparılması təmin edilmişdir.
Belə ki, Pirşağı qəsəbəsində yerləşən köhnə ambulatoriya binasında yenidənqurma, əsaslı təmir işləri aparılaraq orada 36 saylı müasir tipli şəhər poliklinikası və təcili tibbi yardım stansiyası yaradılaraq müasir tibb avadanlıqları, mebellə təchiz olunmaqla ötən ilin fevral ayının 25-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilmişdir.
Hal-hazırda “Yeniləşən Azərbaycanda yeni məktəb” devizi altında Fond tərəfindən Pirşağı qəsəbəsindəki 112 saylı məktəbin köhnə binası sökülərək yerində yeni 3 mərtəbəli tədris korpusunun tikintisi davam etdirilir.
Bundan başqa hal-hazırda Səhiyyə Nazirliyi tərəfindən Bilgəh qəsəbəsindəki 28 saylı Birləşmiş Şəhər Xəstəxanası və Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Xəstəxanada yenidənqurma və əsaslı təmir işləri davam etdirilir, Ramana qəsəbəsində 34 saylı xəstəxana və 5 saylı tibbi hissə birləşdirilərək yenidənqurma işləri aparılaraq yerində 21 saylı Birləşmiş Şəhər Xəstəxanası yaradılmışdır.
Zabrat qəsəbəsi ərazisində 2010-cu ilin dekabrında istifadəyə verilmiş 9 mərtəbəli yaşayış binasının yanında Qarabağ Əlilləri və Şəhid ailələri üçün yeni 9 mərtəbəli 81 mənzilli yaşayış binasının inşası davam etdirilirvə bir belə binanın inşasına isə hazırlıq işləri aparılır.Ümumiyyətlə həmin sahədə bundan sonra Qarabağ əlilləri və şəhid ailələri üçün daha iki 12 mərtəbəli yaşayış binasının inşası nəzərdə tutulmuşdur.
Ötən ilin sonlarında “Akkord” Şirkətlər Qrupu tərəfindən inşa etdirilmiş səkkiz 20 mərtəbəli binadan ibarət yaşayış kompleksi istifadəyə verilmişdir ki, bu da orada aparılmış abadlıq və yaşıllaşdırma işləri ilə birgə ərazinin görkəmini xeyli dəyişmişdir.
Sabunçu qəsəbəsi, Rəsulzadə küçəsindəki 3 nömrəli kəskin qəza vəziyyətində olan 3 mərtəbəli yaşayış binasından sakinlərin kirayə haqları ödənilməklə köçürülmələri təmin edilmiş, həmin bina sökülərək yerində beşmərtəbəli yeni 66 mənzilli binanın tikintisinə başlanmışdır ki, burada da artıq tamçamlama işləri gedir.
İl ərzində rayonun bir sıra hüquq-mühafizə və dövlət qurumlarının iş şəraitinin yaxşılaşdırılması üçün yeni inzibati binalar inşa edilərək istifadəyə verilmişdir.
Bakıxanov qəsəbəsində Sabunçu rayon Polis İdarəsi üçün 4 mərtəbəli, Əhalinin Sosial Müdafiəsi Mərkəzi üçün 3 mərtəbəli, Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi üçün 2 mərtəbəli, Maştağa qəsəbəsində Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu rayon İdarəsinin Maştağa bölməsi üçün 2 mərtəbəli və Bakıxanov qəsəbəsində Dövlət Xəzinədarlığı Agentliyin 10 saylı Xəzinədarlıq İdarəsi üçün də 2 mərtəbəli inzibati binanın tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, Sabunçu rasyon Mühafizə İdarəsi üçün yeni inzibati binanın tikintisi davam etdirilir.
Hal-hazırda Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində Sabunçu rayon Məhkəməsi, rayon Elektrik Enerjisi Satışı və İstismarı İdarəsi üçün yeni inzibati binaların və Telefon Qovşağının əlavə ATS binasının inşasına hazırlıq işləri aparılır.
Bundan başqa Bakıxanov qəsəbəsində Y.Əliyev küçəsində A.Bakıxanovun heykəli qoyulmuş parkda təmir-tikinti, abadlıq işləri də başa çatdırılaraq istifadəyə verilmişdir. Həmin parkın yanından İcra Hakimiyyətinin qabağına qədər uzunluğu 2 km-ə yaxın olan allaeya və Heydər Əliyev adına istirahət parkında yenidən qurma işləri də davam etdirilməkdədir.
Bundan əlavə Nardaran qəsəbəsində yerləşən 130 saylı məktəbin dam örtüyü əsaslı təmir olunmuş, binada digər təmir işləri davam etdirilir.
Sabunçu qəsəbəsində yerləşən 3 saylı uşaq bağçasında Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına əsaslı təmir işləri aparılmışdır.Hazırda bağçanın həyətində abadlıq işləri başa çatmaq üzrədir. Proqramda rayonun bütün qəsəbələrində yeni daxili yolların tikintisi və təmiri üzrə də böyük həcmli işlərin görülməsi nəzərdə tutulmuşdur. Və artıq bildiyiniz kimi bunlardan xeyli hissəsi bir sıra qəsəbələrdə yerinə yetirilib. Belə ki, yolların təmiri və asfaltlanması üzrə: Sabunçu qəsəbəsi, Xəstəxanayanı küç. 1000 m (7000 kv.m), Məmmədəliyev küç. 1200 m (9000 kv.m), 26 Bakı Komissarı küç. 1400 m (13000 kv.m), Ə.Bağırov küç. 1100 m (8000 kv.m), Q.Vəzirov küç. 850 m (6000 kv.m), Anaşkin küç 1200 m (8400 kv.m), İnqilab küç. 300 m (2100 kv.m), Şərifov küç. 300 m (2100 kv.m), Bünyatov küç. 250 m (1600 kv.m), S.Hüseynov küç. 700 m (4900 kv.m), Şəhər Şossesi 1, 2, 3, 4, 5, 6 döngələr 4000 m(28000 kv.m), Mayakovski küç. 420 m (3000 kv.m), Sabunçu dəmiryolu və bazar ətrafı ərazilərə 900 kv.m asfalt vurulmuşdur.Qəsəbənin E.Mehdiyev küçəsinin Rus qəbiristanlığı istiqamətində, döngələr də daxil olmaqla 2100 m (15000 kv.m) hissəsinə asfalt vurulmuşdur, bu işlər ilin sonuna qədər başa çatdırılacaqdır. Uzun illər yolun yararsız vəziyyətdə olmasından B.Kəngərli və Q.Vəzirov küçələrinin əlaqəsi kəsilmişdir. uzunluğu 670 m olan bu yol da bərpa edilərək 4000 kv.m asfalt örtüyü vuruldu.
Bundan başqa Balaxanı Şəhər şossesi küçəsindən Binəqədi rayonu ərazisinə qədər 5200 m (36000 kv/m), Milli Ordu küç. 300 m (1800 kv.m), Ramana qəsəbəsi. Südçülük Sovxozu ərazisində 500 m(3000 kv.m), Ə.Bağırov küçəsi 1200 m (9600 kv.m), Zabrat qəsəbəsi, Axundov küçəsi 150 m (1050 kv.m), Oktyabr küçəsi 660 m(6085 kv.m), R.Göyüşov küçəsi ilə İstixana kombinatı yoluna (Əlillər binası )ümumilikdə uzunluğu 2000 m (14000 kv.m), N.Nərimanov ilə Neftçilər küçələrini kəsişdiyi yerdən Rus qəbristanlığına gedən 750 m ( 5400 kv.m) yola, Maştağa qəsəbəsi, Mirzə Əbdülkərim küçəsi 200 m ( 1400 kv.m), Kürdəxanı magistral yolunun 50 m (500 kv.m) hissəsində təmir işləri aparılaraq asfaltla örtülmüş, ətraf ərazilərdə abadlıq işləri görülmüşdür.
Belə ki, Sabunçu qəsəbəsi Şəhər Şossesi küçəsinin 1-ci və 6-cı döngələrində asfalt işləri ilə yanaşı küçə işıqlarının da çəkilişi başa çatdırılmış və orada 80 elektrik dayağı və 2120 m yeraltı kabel istifadə edilmişdir .Bu işlər qəsəbənin E.Mehdiyev küçəsində də aparılmışdır.
Sabunçu-Bakıxanov yolunun çəkilişi ilə əlaqədar Əsədullayev, Aydınbəyov küçələrinin kəsişməsində yerləşən dəmiryolu keçidi də yeniləşdirilmiş, keçidə ikitərəfli yol açılmış, yeni çəkilən yolun ətrafı yaşıllaşdırılmışdır. Aydınbəyov küçəsinə asfalt vurularkən burada yerləşən istirahət parkında əsaslı təmir işləri aparılaraq bütün oturacaq və avadanlıqlar dəyişdirilmiş, yaşıllaşdırma və abadlıq işləri aparılmışdır.
Sabunçu qəsəbəsinin Xəstəxanayanı, Ə.Məmmədəliyev və Mayakovski küçələrində təmir-bərpa işləri aparılmış, orada 37 ədəd kanalizasiya quyusu yenidən qurulmuş, 26 Bakı Komissarı və Q.Vəzirov küçələrindən keçən açıq neft kanalları D1000 mm olan beton borularla çəkilərək üstü örtülmüş, Sabunçu Dəmiryolu və bazar ətrafı ərazidə kanalizasiya xətləri dəyişdirilmiş, yeni küçə işıqları quraşdırılmış, Xəstəxanayanı, 26 Bakı Komissarı və Stansiyayanı küçələrində kanalizasiya xətləri dəyişdirilmiş, yeni səkilər salınmış, bardurlar qoyulmuşdur.Qəsəbənin Stansiyayanı küçəsində işməli suyun yaxşılaşdırılması üçün yeni su xətti çəkilmişdir.Analoji işlər qəsəbənin İ.Aslanov küçəsində də aparılmışdır.
Bundan başqa ölkə Prezidenti cənab İlham Əliyein tapşırığına əsasən Sabunçu qəsəbəsindən Bakıxanov qəsəbəsinə qədər 970 m( 7760 kv.m) uzunluğunda yeni asfalt yol inşa edilərək istismara verilmişdir. Yeni çəkilən yolda keçəni işıqlandırılması üçün 47 dirək basdırılaraq kabellərlə təmin olunmuş, yağış sularının axıdılması üçün D200 mm olan 370 m uzunluğunuda yeni kanalizasiya xətti çəkilmişdir. Ə.Məmmədəliyev küçəsi ilə A.Əsədullayev küçələrinin kəsişməsində yerləşən YGEŞ-nin alt tərəfində kanalizasiya xətti dəyişdirilərək orada həmişyaşıl kollar əkilmişdir. Zabrat qəsəbəsinin R.Axundov və Oktyabr küçələrinə asfalta vurularkən eyni zamanda yol boyu 1700 m uzunluğunda yeni kanalizasiya xətti də çəkilmiş, yol kənarına 360-dan artıq həmişəyaşıl ağaclar əkilmişdir.
İstixana Kombinatı və R.Göyüşov küçəsinə (Əlillər binası) asfalt vurularkən 60 m uzunuluğunda kanalizasiya xətti çəkilərək 600 m məsafədə küçə işıqları quraşdırılmışdır. Ümumilikdə yol kənarında 1160 kv.m suvaq, 2900 kv.m sahədə rəngləmə işləri aparılmışdır.
Hesabat dövrü ərzində Sabunçu rayon Telefon Qovşağı üzrə ATS-lərin ümumi tutumu 68464 ədədə, əhalinin istifadəsində olan nömrələrin sayı isə 62992 ədədə çatdırılmışdır. Sabunçu Telefon Qovşağının xidmət göstərdiyi bütün elektron ATS-də ümumi tutumu 8336 port olan geniş-zolaqlı ADSL (geniş zolaqlı internet xətti) avadanlıqları quraşdırılmaqla ADSL istifadəçilərinin sayı 6148 ədədə çatdırılmışdır.
2011-ci il ərzində Zabrat ATS-nin tutumu 352 nömrə artırılaraq ümumi tutumu 7120-ə, Ramana Sovxozu ATS-də yeni 512 nömrəli DRX-4 (4 modullu rəqəm tipli kanal) stansiyası quraşdırılaraq 1504-ə, Piraşğı ATS-ə 128 nömrə quraşdırılmaqla ümumi tutumu 960 nömrəyə çatdırılmış “Savalan” ATS-də yenidənqurma işləri aparılaraq müasir tipli “NGN” ( yeni nəsil şəbəkə) tipli stansiya ilə əvəz olunmuş və Kürdəxanı ATS-si Karel və DRX-4 tipli stansiya ilə əvəz olunaraq tutumu 432 nömrə artırılmış, 425 saylı ATS-in tutumu 48 nömrə artırılaraq 6976 nömrəyə çatdırılmışdır. 451 saylı Ramana Sovxozu ATS-də rabitənin keyfiyyətini yaxşılaşdırmaq üçün 96 portluq “Honet” tipli avadanlıqlar quraşdırılmış və tiber optik kabeli ilə təmin edilmişdir.
Ümumiyyətlə son 8 il ərzində Sabunçu Telefon Qovşağı üzrə ATS-lərin ümumi tutumu 27537 nömrə və ya 78 faiz artmışdır.
Əhalinin su təchizatının yaxşılaşdırılması üzrə: Bakıxanov qəsəbəsinin Aşıq Alı küçəsinə 230 m, B.Bünyadov küçəsinə 3500 m, R.Qəmbərov küçəsinə 860 m,Sabunçu qəsəbəsinin Stansiyayanı küçəsinə 910 m, İ.Aslanov küçəsinə 540 m, Y.Qasımov küçəsinə 920 m, Anaşkin küçəsinə 1200 m, Q.Vəzirov küçəsinə 1650 m, Maştağa qəsəbəsinin Nizami küçəsinə 450 m uzunluğunda yeni su xətləri çəkilmişdir. Balaxanı qəsəbəsinin “Karvansaray” və Şəhər Şossesində nasos stansiyaları əsalı təmir olunmuş, Bilgəh qəsəbəsindəki nasos stansiyasına 55 KVT elektrik mühərriki və 1 D 200/ 90 tipli nasos quraşdırılmış,Bakıxanov qəsəbəsi 4090/94 –cü məhəllədə 500 kub m-lik 1 ədəd, Sabunçu qəsəbəsi Q.Vəzirov küçəsinə 500 kub m-lik 2 ədəd, Bilgəh qəsəbəsində 1000 kub m-lik 4 ədəd, su anbarlarının tikintisi davam etdirilir.
Kanalizasiya sistemininyaxşılaşdırılması üzrə: Bakıxanov qəsəbəsinin Əfəndiyev küçəsinə 45 m, R.Qəmbərov küçəsinə 25 m, A.Abbasov küçəsinə 25 m, S.Şuşunski küçəsinə 20 m, Mədəniyyət küçəsinə 30 m, Sabunçu qəsəbəsinin Stansiyayanı küçəsinə 120 m, Sərdarov küçəsinə 115 m, S.Hüseyn küçəsinə 40 m, Musabəyov küçəsinə 30 m, Zabrat qəsəbəsinin Oktyabr küçəsinə 2475 m, R.Axundov küçəsinə 2475 m, Tramvay küçəsinə 2170 m, Neftçilər küçəsinə 1800 m və 50 saylı nasos stansiyasının yanına 640 m yeni kanalizasiya xətləri çəkilmişdir.
O da qeyd edilməlidirhələ əvvəlki illərdə aparılmış iş nəticəsində Kürdəxanı qəsəbəsində işməli su təchizatı və kanalizasiya sisteminin yaradılması, eləcə də iki ədəd təmizləyici qurğunun tikintisi və quraşdırılması işlərinə Cənubi Koreya Respublikası tərəfindən 26 milyon dollar məbləğində qrant ayrılmışdır və artıq burada da hazırlıq işləri aparılır. Layihəyə görə işlərin icrasına 2012-ci ilin aprel ayında başlanaraq 2013-cü ilin sonuna kimi başa çatdırılmışdır.
Eyni zamanda rayonumuzun, ümumiyyətlə digər şəhərətrafı qəsəbələrin içməli su ilə təchizatının yaxşılaşdırılmasında önəmli əhəmiyyətə malik olacaq “Azərsu” ASC tərəfindən daha bir layihənin icrasına başlanılmışdır. Bu layihəyə əsasən Balaxanı qəsəbəsinin yaxınlığındakı “Yanar dağ” adlanan yamacın üstündə ümumi tutumu 80 min kub.m olacaq səkkiz su anbarının inşasına başlanmışdır.
Ekoloji tədbirlərin həyata keçirilməsi üzrə Neft Şirkəti tərəfindən Balaxanı, Sabunçu, Ramana və Zabrat qəsəbələri ərazisində köhnə neft-mədən sahələrində 19,4 ha çirklənməyə məruz qalmış torpaq sahəsində rekultivasiya işləri aparılmış, 9.7 ha sahədə süni çirkli gölməçələr qurudulmuş və orada həmişəyaşıl ağaclar əkilmişdir. Ümumiyyətlə ötən il ərzində raton ərazisində keçirilmiş iməciliklərdə 13 mindən çox ağac əkilmiş, abadlıq işləri aparılmışdır.Bu işlər 2012-ci ildə də davam etdiriləcək.
Abonentlərin qaz təchizatının yaxşılaşdırılması, itkilərin qarşısının alınması, eləcə də bu sahədə ödənişlərin səviyyəsinin qaldırılması üzrə də xeyli işlər görülmüşdür. 2011-ci il ərzində Sabunçu Qaz İstismar Sahəsi tərəfindən Bakıxanov qəsəbəsi Mahmandarov, Ə.Cəfərov, Xasməmmədov, və Y.Əliyev küçələrində 350 m; Sabunçu qəsəbəsinin Sultanov, S.Hüseyn və Aydınbəyov küçələrində 1000 m-ə yaxın; Ramana qəsəbəsinin Deputat küçəsinə 135 m yeni qaz xətləri çəkilmişdir.Ümumilikdə rayon üzrə 100 ədəd qaz tənzimləyici, 10 ədəd siyirtmə quraşdırılmış, 350 m məhəllədaxili qaz xətlərində təmir bərpa işləri aparılmışdır.
Dövlət Proqramına uyğun olaraq “Azəriqaz” İB-nin sifarişi ilə podratçı təşkilatlar tərəfindən Bakıxanov qəsəbəsində 2320 m, Sabunçu qəsəbəsində 16035 m, Ramana qəsəbəsində 41130 m, Zabrat qəsəbəsində 24640 m, Maştağa qəsəbəsində 155760 m, Bilgəh qəsəbəsində 19970 m, Nardaran qəsəbəsində 14130 m, Kürdəxanı qəsəbəsində 38200 m, Piraşı qəsəbəsində 53350 m, Balaxanı qəsəbəsində 12835 m uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilmişdir.
Ümumilikdə 5600-ə yaxın fərdi ev qazlaşdırılaraq “Smart-kart” tipli qaz sayğacları ilə təchiz edilmiş, bu işlər bu gündə davam etdirilir.
Sabunçu elektrik şəbəkəsi üzrə ötən il ərzində əhalinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə 8 ədəd yeni KTM-lər quraşdırılmış, 17730 m yüksək gərginlikli və 3570 m alçaq gərginlikli kabellər, 5100 m yüksək gərginlikli hava xətləri çəkilmiş və təmir edilmiş, 47 TM və KTM-də yenidənqurma və digər təmir-bərpa işləri aparılmışdır.
Maştağa elektrik şəbəkəsi üzrə ərazidə 12 ədəd yeni transformator quraşdırılmış, 8060 m yüksək gərginlikli və 2980 m alçaq gərginlikli kabellər, 28260 m yüksək gərginlikli hava xətləri çəkilmiş və digər avadanlıqlar quraşdırılaraq təmir-bərpa işləri görülmüşdür.
Nəticədə rayonun bütün qəsəbələrində əhalinin qaz və elektrik enejisi ilə təchizatının səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunmuşdur. Əvvəlki illərdən fərqli olaraq ödənişin səviyyəsi də yaxşılaşmışdır. Əhali tərəfindən istehlak olunmuş təbii qaza görə ödəniş rayon üzrə 88 faiz, elektrik enerjisinə görə 83 faiz, içməli suya görə isə 41 faiz təşkil etmişdir.
Sabunçu rayon 7 saylı istilik sistemləri istismar sahəsi tərəfindən 2011-2012-ci ilin payız-qış istilik mövsümü üzrə nəzərdə tutulan işlər də vaxtında başa çatdırılmışdır.Bu məqsədlə 45,9 km uzunluğunda istilik xətləri yuyulmuş və hidravlik təzyiqdə yoxlanılmış, 28 qazanxana və 5 istilik məntəqəsində 52 qazan, 122 nasos avadanlığı və 1200 siyirtmənin süzgəcləri, nəzarət ölçü cihazları və elektrik avadanlıqlarında təftiş işləri həyata keçirilmiş,avavdanlıqlada cari və əsaslı təmir işləri aparılır.
Uzun illər istiliklə təmin olunmayan Bakıxanov qəsəbəsi 4094-cü məhəllə 3,4,5 saylı və M.Fətəliyev küçəsi 68, 70 saylı binalalrın məhəlldaxili istilik paylama xətləri Dövlət Proqramına uyğun olaraq əsaslı təmir olunmuşdur.
Nəticədə hal-hazırda həmin 28 qazanxana və 5 istilik məntəqəsi tərəfindən 131 yaşayış binası. 18 məktəb, 9 uşaq bağçası, 6 səhiyyə və 10 digər obyektlər fasiləsiz olaraq istiliklə təmin olunur.
2011-ci ilin hesabat dövrü ərzində MKTB tərəfindən mənzil fondunun 28000 kv.m məhəllədaxili yollarına asfalt örtüyü vurulmuş, payız-qış mövsümündə istilik alınması nəzərədə tutulmuş 123 yaşayış binasından 91-nin zirzəmisində təmir-bərpa işləri aparılmaqda istiliklə təmin edilmişdir. Bakıxanov qəsəbəsi, Sülh küçəsi 7 saylı binanın mühəndis kommunikasiya xəttlərində əsaslı təmir işləri, Axundov küç.14, Vazeh küç.6, Fətəliyev küç. 68, 70, Hacınski küç 37, 39, S.Cabbarov küç . 1,3 saylı binalarda təmir işləri, Sülh küç.1,4,2/20, Fətəliyev küç 68, S.Cabbarov küç.4, Ş.Kamilov küç.9,11, Sabunçu qəsəbəsi, Anaşkin küç. 8, N.Nərimanov küç 2,6 və s. Binaların 900 kv.m-dən çox dam örtüyündə cari təmir işləri, Axundov küç. 14, Ş.Kamilov küç 5,7, Sülh küçəsi 4-ün nümunəvi həyətlərində təmir bərpa işləri aparılmışdır.Bundan əlavə 2 ədəd sərnişin liftində əsaslı, 22-də isə cari təmir işləri aparılmış,285 m.su borusu yenisi ilə əvəz edilmişdir.
ARDNŞ-nin Sİİ MKXD tərəfindən 2011-ci il ərzində A.İsgəndərov adına mədəniyyət sarayında, ”Yasəmən”, “Sünbül”, “Araz” uşaq bağçalarında və digər 120 ünvanda təmir işləri aparılmışdır. Binaların dam örtüyünə 2340 kv.m azbest şifer, 5680 kv.m şüşə ruberoid vurulmuş, 180 kv.m qapı və pəncərələrə şüşələnmə, 2200 kv.m ağartma, 450 kv.m rənglənmə, 1500 m istilik xətlərində təmir işləri aparılmış, 700 m su və 140 m yeni kanalizasiya xətləri çəkilmişdir.
Bakı şəhər XTM KTB-nın 39 saylı MKİS tərəfindən ötən il 2450 kv.m dam örtüyü, 16 binanın bloklarının giriş qapıları, 17 ünvanda pəncərələr təmir edilmiş, 170 m su, 300 m kanalizasiya xətlərində, Bakıxanov qəsəbəsi 4099 məhəllədəki ev 4 və 5 saylı binaların aşağı paylayıcı xətlərində əsaslı təmir işləri aparılmış, 27100 kv.m məhəllədaxili yollara asfalt örtüyü vurulmuş, 50 kv. M şüşələnmə işləri aparılmış, S.Vurğun küç. 4091, E.Xəlilov küç.3, Deputat küç.3, Ə.Kərim küç.5, N.Nərimanov küç. 19, Hacınski küç. 23 saylı binaların zirzəmiləri çirkab sularından təmizlənmişdir.

Hörmətli yığıncaq iştirakçıları!
Ötən yığıncaqlardakı bir sıra iradlar tədricən aradan qaldırılsa da, lakin bununla yanaşı hələ də rayonda, xüsusilə komminal xidmət sahələrində sakinlərin haqlı narazılıqlarına səbəb olan bir çox çatışmamazalıqlar mövcuddur. Bunlar əsasən özünü yerlərdə məişət tullantılarının vaxtında daşınmamasında, sanitar-təmizlik işləriin zəif aparılmasında, su və kanalizasiya xətlərində baş verən qəzaların vaxtında aradan qaldırılmamasında, elektrik, qaz, su haqlarının ödənişi üzrə köhnə borcların tələbi, əsasız aktların tərtib edilməsi və bir sıra anlaşılmaz hallarda göstərir. Bu və digər çatışmamazlıqlar, bu sahələrdəki neqativ hallar barədə yanvar ayı ərzində yerlərdə keçirilmiş görüşlərdə də sakinlər öz narazılıqlarını bildirmişlər.
Vətəndaşlara gündəlik ünsiyyətdə olan yuxarıda qeyd olunan sahələrin rəhbər işçiləri, xüsusilə dövlət qulluqçulara əhali ilə münasibətdə etik davranış qaydalarına tam əməl edərək tabeçiliyindəki kadrlara nümunə olmalıdırlar. Vətəndaşların qəbul və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar bir dəfəlik aradan qaldırılmalı və bütün rəhbər işçilərin gündəlik diqqət mərkəzində olmalıdır.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin sədrliyi ilə 27 yanvar 2011-ci il tarixində keçirilən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasda cənab Ramiz Mehdiyev demişdir:
“Ölkə başçısı hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir”.
İclasda Prezidentin Administrasiyasının rəhbəri mərkəzi və yerli İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları tərəfindən əhalinin haqlı narazılığına səbəb olan sahibkarlığın inkişafına süni əngəl yaradan bank, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə,sosial müdafiə və s. sahələrdə mövcud olan neqativ faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar barədə Prezident Administrasiyasına və Komissiyaya çox saylı müraciətlərin daxil olmasını, qeyd etmiş bu sahədəki problemlərin araşdırılmasının və qısa müddətdə aradan qaldırılmasının zəruriliyini vurğulayaraq konkret tapşırıqlar vermişdir.
Verilmiş tapşırıqların icrası ilə bağlı İca Hakimiyyətində xüsusi Komissiya yaradılaraq fəaliyyət göstərmişdir. Daxil olmuş müraciət və şikayətlər Komissiyada araşdırılaraq müvafiq tədbirlər görülmüşdür.
Bizi narahat edən məsələlərdən biri də hələ də yerlərdə qeyri-qanuni küçə ticarətinə, yol kənarlarında heyvan və ət satışına yol verilməsidir ki, bunların da qarşısı xüsusilə Bakıxanov, Sabunçu, Zabrat, Maştağa qəsəbələrində qəti şəkildə alınmalıdır.
2011-ci ildə rayon ərazisində qeyri-qanuni tikinti aparılması halları xeyli azalsa da hələ mövcuddur. Belə ki, il ərzində 30 qanunsuz tikilmiş ev, 34 daş hasar və 55 müxtəlif təyinatlı qeyri-qanuni tikili sökülmüşdür.

Hörmətli yığıncaq iştirakçıları!
2011-ci ildə rayon İcra Hakimiyyəti rayn ərazisində sanitar-təmizlik işlərinin aparılmasına, küçə və meydanların, istirahət parklarının, məhəllədaxili ərazilərin süpürülüb təmizlənməsinə, zibil meydançalarının vaxtlı-vaxtında daşınmasına diqqəti artırmış, bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsini təmi etmişdir.
Nəticədə bu sahədə xeyli dönüş yaransa da,hələ də Kommunal –Təsərrüfat İdarəsi, eləcədə bir sıra qəsəbə, bələdiyyə və MİS rəhbərləri bu məsələyə lazımi diqqət yetirməmişlər ki, nəticədə bir çox küçələr süpürülmür, zibilxanalar vaxtında daşınmır, yolların kənarına yığılmış məişət tullantıları təmizlənmir ki, bu da rayonun ümumi görkəmini korlayır,ərazidə antisanitariya vəziyyəti yaradır. Belə ki, Bakıxanov qəsəbəsinin L.Məmmədbəyov küç 15 (Kooperativ), Abdullayev küç.4 ,Gəncəvi küç. 2, Fətəliyev küç 70 (44 saylı MİS), N.İsmayılov küçəsi boyu yol kənarı (10 saylı MİS), Ş.Kamilov küç 2 (Bakıxanov qəsəbə nümayəndəliyi), Sabunçu qəsəbəsi Aydınbəyov, Əfəndiyev və Şəhər şossesi küçələri boyu, xüsusilə “Abu Petrolun yanı, Dəmiryolu Vağzalı və 5 saylı Bazarın ətrafı (Sabunçu qəsəbə nümayəndəliyi),Zabrat qəsəbəsi X.Vəliyev küç 17, 35 (Zabrat bələdiyyəsi), Maştağa qəsəbəsi dəmiryolu boyu və dayanacağın ətrafı (Maştağa bələdiyyəsi) ərazisində bir qayda olaraq zibillər vaxtında daşınmır.
Bu sahədə hər kəs öz işini bilməlidir, hər dəfə xüsusi tapşırıq gözləməməlidir.
Bir daha bildirirəm ki, Kommunal-Təsərrüfat İdarəsi və adı çəkilən qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, MİS rəhbərləri bununla bağlı qısa müddət ərzində işlərində dönüş yaratmasalar onların haqqında müvafiq tədbirlər görüləcəkdir.
Son vaxtlar İcra Hakimiyyəti və rayon Polis İdarəsi tərəfindən rayon ərazisində qeyri-qanuni küçə ticarəti və ət kəsilib-satılmasına qarşı mübarizə tədbirləri xeyli gücləndirilmişdir. Bütün bunlara baxmayaraq bəzi qəsəbə nümayəndəlikləri, bələdiyyə və MİS rəhbərləri, xüsusilə Tibbi Nəzarət və Post Patrul xidməti əməkdaşlarının öz xidməti vəzifələrinə səhlənkar, laqeyd münasibəti nəticəsində rayonun əsas küçə və meydanlarında, yol kənarlarında primitiv köşklərdə, piştaxtalarda kənd təsərrüfatı məhsullarının küçə ticarətinə və ət kəsilib-satılmsına yol verilir ki, bu da daha çox Bakıxanov, Sabunçu, Zabrat və Maştağa qəsəbələrinin ərazilərində müşahidə olunmaqdadır.
Belə ki, cari ilin yay-payız aylarında Bakıxanov qəsəbəsinin E.Xəlilov küç. 3 yerdə, Mehmandarov küç. 2 yerdə, Gənclik küç.3 yerdə, Y.Əliyev küç 2 yerdə, N.İsmayılov küç 3 yerdə, Sülh küç. 2 yerdə və s. küçələrdə, Sabunçu qəsəbəsinin Şəhər Şossesi küç 6 yerdə, Zabrat qəsəbəsinin Babək, Məmmədyarov küçələri boyu 10 yerdə, Maştağa qəsəbəsinə gedən mərkəzi yolun üstündə, Seyid İbad Ağa, Heybətov küçələri boyu 8 yerdə mağazaların qarşısısnda primitiv köşklərdən və birbaşa avtomobillərdən meyvə-tərəvəz satışı təşkil edərək həyata keçirilmişdir.
Rayonda ət kəsilib-satılmasındakı mövcud vəziyyət də ürək açan deyil. Bunu nəzərə alaraq cari ilin yay aylarında bir neçə dəfə rayon İcra Hakimiyyətində qəsəbə nümayəndəliklərinin, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və Baytarlıq sahəsinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilərək ərazidə mövcud olan nöqsanların aradan qaldırılması üzrə konkret tədbirlər həyata keçirilsə də hər dəfə bundan 2-3 gün sonra yol kənarlarında bu nöqsanlar yenidən həmişəki kimi bərpa olunmuşdur. Belə ki, əraziyə baxış zamanı məlum olmuşdur ki, Bakıxanov, Sabunçu, Zabrat, Kürdəxanı, Pirşağı və digər qəsəbələrin ərazilərində fəaliyyət göstərən demək olar ki, bütün ət mağazalarının qarşısında quraşdırılmış primitiv sallaqxanalarda hər gün iri və xırda buynuzlu heyvanların kəsilərək əhaliyə satılması davam edir. Konkret olaraq bu gün Sabunçu qəsəbəsinin bazar ətrafı ərazisində 3 yerdə, Şəhər Şossesi küç 5 yerdə, Zabrat qəsəbəsi Babək və Məmmədyarov küçələri boyu 8 yerdə, Kürdəxanı və Pirşağı əsəbələrinin hər birinin ərazisində 2 yerdə, Bakıxanov qəsəbəsində 20 yerdə qanunsuz olaraq ət kəsilərək əahliyə satılır.
Xüsusilə qeyd olunmalıdır ki, Sabunçu və Zabrat qəsəbələrinin mərkəzindən keçən şosse yolunun ətrafında baxımsızlıq ucbatından xırda buynuzlu heyvanların sürülərək əhaliyə satılmasında özbaşnalıqlar hələ də davam edir. Bu səbəbdən ətraf ərazi başdan-başa antisanitariya mənbəyinə çevrilmişdir.
Bundan başqa xüsusilə Bakıxanov, Sabunçu, Zabrat, Maştağa və digər qəsəbələrin ərazilərində küçələrdə, yol kənarlarında, antisanitariya şəraitində təndir çörəyi bişirilərək əhaliyə satılır. Çörək məmulatının bu cür şəraitdində hazırlanıb əhaliyə satılması yolverilməzdir.
Göstırilən nöqsanların hələ də aradan qaldırılmamasında birinci növbədə adı çəkilən qəsəbə nümayəndələri, post-patrul xidmətinin əməkdaşları, eləcə də bu işlərə birbaşa cavabdehlik daşıyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və Baytarlıq sahəsinin rəhbərliyi məsuliyyət daşıyır .O da qeyd edilməlidir ki, bu sahəyə nəzarət edəcək Gigiyena və Epidemiologiya Mərkəzi və Baytarlıq xidməti nəinki lazımi qaydada fəaliyyət göstırmir, əksinə bir çox hallarda harda gəldi ərzaq, ət, təndir çörəyinin satışına rəsmi və şifahi icazələr verir ki, bu da sonradan müəyyən narazılıqlara və anlaşılmamazlıqlara səbəb olur. Ümidvaram ki, gələcəkdə həmin qurumların rəhbərləri də bu sahədə öz işlərini düzgün quraraq qeyd olunan nöqsanların aradan qaldırılmasını təmin edəcəklər.
Bu və digər məsələlərin həllində bələdiyyələr də seyirçi mövqe tutmalıdırlar. Açıq deməliyik ki, qəsəbələrdə fəaliyyət göstərən bələdiyyələr hələ də öz işlərini istənilən səviyyəsdə qura bilməmişlər, nəinki sosial-iqtisadi inkişaf sahəsində hətta yerli əhəmiyyətli məsələlərin həllində, abadlıq işlərinin yerinə yetirilməsindəki işləri nəzərə çarpmır. Tövsiyyə edirik ki, 2012-ci il ərzində yerinə yetirəcəkləri, nəzərə çarpacaq işləri müəyyənləşdirərək yerinə yetirilməsini təmin etsinlər.
Qeyd edildiyi kimi son illər əhalinin su, qaz, elektrik enejisi və istiliklə təchizatının yaxşılaşdırılması üzrə xeyli işlər görülmüş, yeni qaz və su xətləri çəkilmiş, qəzalı vəziyyətdə olan sahələrdə vaxtında təmir işləri aparılmışdır ki,bunu da nəticəsində rayonun qəsəbə və yeni yaşayış massivlərində minlərlə ailə içməli su, qaz, elektrik enerjisi və istiliklə müntəzəm olaraq təmin edilirlər.
Lakin, onu da qeyd etmək lazımdir ki, bir sıra hallarda xüsusilə də yeraltı qaz, su, elektrik, istilik xətləri çəkildikdən sonra qazılmış küçə və yollar vaxtında bərpa edilmir və ya bu işlər keyfiyyətsiz aparılır ki, bu da yolların yarasız vəziyyətə düşməsinə, keçidlərin çətinləşməsinə və bütün bunlar nəticə etibarı ilə sakinlərin çoxsaylı şikayət və narazılıqlarına səbəb olur.
Belə ki, ARDNŞ-nin “Azəriqaz” İB tərəfindən Sabunçu qəsəbəsinin İ.Aslanov küçəsi boyu bir neçə yerdə; “Azərsu” SC tərəfindən Bakıxanov qəsəbəsinin Fətəliyev küçsi 10, 28 B, 72, 68, 31 B, 51 A.Alı küçəsi 10, R.Qəmbərov küçəsi 24,27,Nərimanov küçəsi 19, 4085 məhəllə 1, Sülh küçəsi 11, E.Xəlilov küçəsi 2, Ə.Kərim küçəsi 5, 9, R.Axundov küçəsi 17, 19; Sabunçu qəsəbəsi İlyas Aslanov küçəsi 2 boyu bir neçə yerdə, Şəhər Şossesi küçəsinin başlanğıcından, körpünün yaxınlıqda, “Bakıelektrikşəbəkə” ASC tərəfindən Bakıxanov qəsəbəsi 4085/2 saylı binanın arxa hissəsində, S.Qocayev küçəsi 33, Fətəliyev küçəsi 78, “Azəristiliktəchizatı” ASC tərəfindən Sülh küçəsi 1A, R.Qəmbərov küçəsi 6, Əli Kərim küçəsi 9, S.Cabbarov küçəsi 3, Fətəliyev küçəsi 68, 70 ünvanlarda qazıntı işləri aparıldıqdan sonra qazılmış sahələr bərpa edilməmişdir.
Son zamanlar rayonun bir sıra binalarında yaşayan sakinlər tərəfindən zirzəmilərə çirkab sularının yığılması, dam örtüklərinin pis vəziyyətdə olması, liftlərin tez-tez sıradan çıxması ilə bağlı da şikayətlər daxil olur. Araşdırmalar zamanı məlum olur ki, bəzi MİS rəhbərləri bu və digər texniki nasazlıqlarla bağlı vaxtında müvafiq tədbirlər görmürlər, sakinlərin müraciətlərinə biganə yanaşmaqla gözləmə mövqeyi tuturlar, çatışmamazlıqların aradan qaldırılmasına səlahiyyətləri daxilində uyğun səylər göstərmirlər.
Belə ki, binalara baxış keçirilərkən məlum olmuşdur ki, Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansına olan 248 liftdən 10-u, ARDNŞ-nin balansında olan 53 liftdən 2-i, 39 saylı Mənzil Kommunal İstismar Sahəsinin balansında olan 36 liftdən 2-i müxtəlif səbəblərdən işləmirdi.
Eyni zamanda bir sıra binaların, o cümlədən Bakıxanov qəsəbəsi Əfəndiyev küç 1, S.Qocayev küç 25 B, Sülh küç. 12 (9 saylı MİS); R.Qəmbərov küç.20, 22 (39 saylı MİS), Ə.Kərim küç 5,19,S.Vurğun küç. 40/41,E.Xəlilov küç. 3(39 saylı MİS), R.Qəmbərov küç ev 16 ,16 A,14, Sülh keç ev 1 V, 12, Axundov küç 40/6, M.Əmirov küç 38, R.Qəmbərov küç. 16 A, 14, 4085/1, 4090/94 və 5,6-nın (MKTB) zirzəmilərinə uzun müddətdir ki, çirkab və qrunt sularının yığılmasından sakinlər əziyyət çəkirlər.
Rayon MKTB və ARDNŞ Sİİ MKXD-nin rəhbərliyi tərəfindən 2011-2012-ci ilin payız-qış mövsümü qabağı binaların dam örtüklərində təmir işləri lazımi səviyyədə aparılmamışdır.
Belə ki, baxış zamanı məlum olmuşdur ki, Mənzil Kommunal Təsərrüfatı Birliyinin 44 saylı MİS-in ərazisində 30 binanın (3000 kv.m), 47 saylı MİS-in ərazisində 12 bina (5000 kv.m), 81 saylı MİS-in ərazisində 26 bina (1250 kv.m),86 saylı MİS ərazisinin 15 bina (6000 kv.m); ARDNŞ-nin 9 saylı MİS-in ərazisində 6 bina (10000 kv.m), 10 saylı MİS-in ərazisində 20 bina (2000 kv.m), 11 saylı MİS-in ərazisində 58 binanın (26000 kv.m) dam örtükləri yararsız vəziyyətdədir, bunların aradan qaldırılması üzrə payız-qış mövsümünə hazırlıq zamanı heç bir iş görülməmişdir.
Hesab edirəm ki, yuxarıda adı çəkilən xidmət sahələrinin rəhbərləri bugünkü tənqiddən düzgün nətizə çıxaracaq, bu nöqsanların tez bir zamanda aradan qaldırılması üçün zəruri tədbirlər görəcəklər.
Bundan başqa, qeyd edildiyi kimi mərkəzi istilik sistemlərində aparılmış bir çox yenidənqurma, təmir işlərinə baxmayaraq qış mövsümündə 201 yaşayış binasından yalnız 145-nə, 15 uşaq bağçasından 9-a istilik verilməsi mümkün olmuşdur ki, bunları da qənaətbəxş hesab etmək olmaz. Bütün yaşayış binalarının və digər sosial obyektlərin hamısının tam keyfiyyətli istiliklə təchizatına nail olunmalıdır.
Mənzil fondu və digər sosial obyektlərin təhlükəsiz istismarı üzrə də görüləsi işlər çoxdur. Məlum olduğu kimi son zamanlar şəhərdə və digər bölgələrdə qaz sızması ilə bağlı yaşayış binalarında, obyektlərdə bir sıra partlayışlar olmuş, dəm qazından boğulma hadisələrinin sayı çoxalmışdır ki, bu da əsasən təhlükəsizlik tədbirlərinə riayət olunmaması nəticəsində baş verir. Bununla bağlı tərəfimizdən əvvəllər də rayonda müvafiq təhlükəsizlik tədbirləri görülmüş, xüsusilə çoxmərtəbəli binaların şaxtalarında olan bütün qaz xətlərinin xaricə çəxarılması təmin edilmiş, digər tədbirlər görülmüşdür. Bununla bağlı İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi və “Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri cəlb edilməklə rayonun əlaqədar mənzil-kommunal xidmət sahələrinin, qəsəbə nümayəndələri, bələdiyyə, təhsil müəssisələrinin rəhbərlərinin iştirakı tilə təbii qazdan istifadə qaydaları, yanğından mühafizə və digər təhlükəsizlik tədbirləri barədə 2 dəfə seminar-müşavirələr keçirilmiş, məruzələr dinlənilmişdir. Gələcəkdə balə halların qarşısının alınması məqsədilə ölkə rəhbəliyinin göstərişinə əsasən İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə bu sahədəki mövcud çatışmamazlıqların aradan qaldırılmasında rayon Qaz İstismar İdarəsinə əməli köməklik göstərilməsi məqsədilə xüsusi komissiya yaradılmışdır və hal-hazırda bu komissiya fəaliyyət göstərir.
Yanğından mühafizə qaydalarına yerlərdə riayət edilmədiyindən 2011-ci il ərzində 65 yanğın hadisəsi baş vermişdir ki, onlardan 33-ü elektrik, 9-u qaz sobalarının nasazlığı və 23-ü digər səbəblərdən baş vermişdir. Bunula bağlı bütün yaşayış binalarında, təhsil,səhiyyə və digər obyektlərdə müvafiq profilaktik tədbirlər həyata keçirilməlidir. Bundan əlavə rayon ərazisindəki 242 ədəd yanğınsöndürən su hovuzundan 141-i,o cümlədən Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansında 13, Mənzil Komunal Təsərrüfatı Birliyinin balansında 31, təhsil müəssisələrinin balansında 32,səhiyyə idarələrinin balansında 7, qəsəbə nümayəndəliklərinin balansında 6 su hovuzu yararsız vəziyyətdədir. Rayon ərazisində mövcud olan 45 hidravlik su kranından 38-i nasaz vəziyyətdədir ki, bu da baş verə biləcək yanğınların söndürülməsi zamanı çətinliklər yarada bilər. Ona görə də bu yuxarıda qeyd edilən bütün nöqsanla əlaqədar qurumlar tərəfindən birgə aradan qaldırılmışdır.

Hörmətli yığıncaq iştirakçıları!
Azərbaycanın işğal olunmuş ərazilrindən Sabunçu rayonunun müxtəlif sosial obyektlərində, şəxsi və qohum evlərində 4500-dən çox ailə və ya 20 mindən artıq məcburi köçkün məskunlaşmışdır ki, onların və eləcədə şəhid, Qarabağ əlilləri və digər bu qəbildən olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-kommunal şəraitinin yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.
Belə ki, 2011-ci ildə ərzində Dövlət Sosial Müdafiəsi Nazirliyinin xətti ilə tikilmiş yaşayış binalarında rayonumuzun 3 şəhid ailəsinə, 7 Qarabağ əlilinə, 2 Çernobıl əlilinə və 5 Böyük Vətən Müharibəsi əlilm və iştirakçısına mənzil verilmişdir.
Hesabat ili ərzində Respublika rəhbərliyinin göstərişləri əsasında rayon İcra hakimiyyəti tərəfindən ərazidəki idarə, müəssisə, təşkilatların, həmçinin yerli sahibkarların köməkliyi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il, Qurban və Novruz bayramları ərəfəsində hər dəfə 4 minə yaxın köçkün, Qarabağ müharibəsi əlili, şəhid ailələrinə ərzaq bağlamalarının verilməsi, bayram süfrələrinin açılması təşkil edilmişdir. Mən fürsətdən istifadə edərək bu tədbirdə iştirak etmiş əmək kollektivlərinə öz təşəkkürümü bildirirəm.
Eyni zamanda onu da bildirməliyik ki, son zamanlar bir sıra idarə və müəssisə rəhbərləri onlar üçün heç də böyük vəsait tələb etməyən bi nəcib və xeyirxah tədbirdən yayınmağa çalışırlar ki, bu da anlaşılmır.
Həmin bayramlar ərəfəsində qiymətərin sabit saxlanılması məqsədilə İqtisadi İnkişaf Nazirliyi ilə birgə rayon ərazisində bir neçə dəfə kənd təsərrüfatı məhsulları və heyvan, ət satışı üzrə yarmarkalar təşkil edilmişdir.
Mən əminəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının məqsədyönlü siyasəti nəticəsində Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi, torpaqlarımızın düşmən tapdağından azad olunması, ərazi bütövlüyümüzün bərpası, köçkün soydaşlarımızın doğma yurdlarına dönəcəyi gün uzaq deyil. Ümidvaram ki, möhtərəm Prezidentimizin rəhbətliyi ilə biz bütün Azərbaycan xalqı kimi “Böyük Qayıdış” proqramının fəal iştirakçısı olacağıq.
Rayon İcra Hakimiyyəti Aparatı rayonda fəaliyyət göstərən ictimai təşkilatlarla,o cümlədən şəhid ailələri, Böyük Vətən və Qarabağ müharibələri veteranları və əlilləri, Çerbobıl qəzası əliləri və iştirakçıları, 20 Yanvar faciəsi qurbanlarının ailələri, əlilləri ilə və həmçinin digər xalqlarının icma nümayəndələri ilə həmişə olduğu kimi ötən il ərzində mütəmadi olaraq bir sıra ictimai-siyasi, mədəni-kütləvi tədbirlərin həyata keçirilməsini təmi etmiş, bu və digər kateqoriyadan olan vətəndaşların sosial-məişət məsələlərinin həlli istiqamətində mümkün köməkliklərin göstərilməsinə çalışmışdır.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun icrası,bu sahədə baş verə biləcək neqativ halların, xaricdən istiqamətləndirilən missonerlərin fəaliyyətinin qarşısının alınması üzrə də rayon hüquq-mühafizə orqanları ilə birgə profilaktik tədbirlər görülmüş, Dini Qurumlar üzrə Dövlət Komitəsinin mütəxəssislərinin iştirakı ilə rayonda fəaliyyət göstərən din xadimlərinin görüşləri təşkil edilmiş, məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Rayonda hərbi-vətənpərvərlik işinin aparılması da hazırda lazımi səviyyədədir. Artıq son illər rayonda demək olar ki, ordu sıralarına çağırışlardan boyunqaçırma halları yoxdur.
Hesabat ilində rayonun təhsil və səhiyyə sahələrində də müəyyən nailiyyətlər əldə olunmuşdur.
Hazırda Sabunçu rayonuda 46 ümumtəhsil orta məktəbində 3600-dən çox pedaqoji və 1100 nəfərə yaxın isə texniki işçilər çalışır, bu təhsil ocaqlarında 45239 şagird təhsil alır.
Təhsil sistemində müasir metod və texnologiyaların, mütərəqqi iş təcrübəsinin öyrənilməsi və tətbiqi sahəsində başlanmış işlər davam etdirilmiş, yeni yanaşmalar, yeni düşüncə tərzinin təəkkülü genişlənmişdir. Təhsilin keyfiyyət və səmərəsini yüksəltmək üçün konkret tədbirlər görülmüş,məktəblərin maddi-texniki bazası əsaslı sürətdə möhkəmləndirilmiş, əgər 2003-cü ildə rayon məktəblərində cəmi 47 kompüter var idisə, bu rəqəm 2011-ci ildə 1500-ə çatdırılmışdır.
2010-2011-ci tədris ilində rayonda 2409 nəfər orta məkətbi bitirmiş və ali məktəblərə sənəd verən 2071 nəfərdən 908 nəfəri və ya 43,8 faizi daxil olmuşdur ki, bu da əvvəlki ildəkindən 3,8 faiz çoxdur.
Rayonun abituriyentlərindən 54 nəfəri 600-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinin tələbəsi olmuş, onlardan 8 nəfəri Prezident təqaüdünə layiq görülmüş, o cümlədən 1 nəfəri 169 №-li məktəbin məzunu Məmmədova Ləman Elşən qızı 700 bal toplamışdır.
Ötən tədris ilində 72, 74, 169, 94, 215, 192, 107, 271, 307, 128 və 80 №-li məktəblər daha yüksək nailiyyətlər əldə etmişlər ki, bu məktəblərin rəhbərlərinə və müəllim kollektivinə öz təşəkkürümüzü bildiririk. Eyni zamanda 209 və 69 №-li məktəblərdə bu göstəricilər çox aşağı səviyyədə olmuşdur ki, bu da həmin məktəblərdə tədris səviyyəsinin əyani göstəricisidir.
İl ərzində şəhər və rayonlarda keçirilmiş müxtəlif nominasiya üzrə müsabiqələrin qalibi olmuş müəllim və şagirdlər, həmçinin. ən yüksək balla ali məktəblərə daxil olmuş rayonumuzun məktəb, lisey məzunları rayon İcra Hakimiyyətinin diplomları və qiymətli hədiyyələri ilə təltif olunmuşlar.Bu sahə gələcəkdə də daim diqqət mərkəzində olacaq.
2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn vəzifələrin icrası üzrə tərəfimizdən rayon Gənclər və İdman İdarəsi ilə birgə müvafiq tədbirlər planı işlənib hazırlanmışdır və il ərzində burada nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə, əvvəkli illərdə olduğundan çox yeni-yeni nailiyyətlərə nail olacağıq.
Əvvəlki illərdə inşa edilmiş Maştağa Olimpiya İdman Kompleksi, Pirşağı-Kürdəxanı, Nardaran və Balaxanı idman mərkəzlərinin fəaliyyəti nəticəsində bu və digər ətraf qəsəbələrdən olan minlərlə uşaq və gənclərimizin sevinc ocaqlarına çevrilmişdir və onlar burada bir neçə idman növü ilə məşğul olmaqdadırlar. Bütün bunların nəticəsidir ki, 2011-ci ildə rayonun idmançıları müxtəlif idman növləri üzrə 28 müxtəlif Beynəlxalq yarışlarda iştirak edərək 23 nəfər I yerə, 15 nəfər II yerə, 33 nəfər III yerə ıxaraq medallar qazanmışlar.
Ölkə Prezidentinin sərəncamına əsasən bütün məktəb kitabxanalarının latın qrafikalı ədəbiyyatla təchizatı davam etdirilmiş, şagirdlərə pulsuz dərs ləvazimatları, I sinfə gedən şəhid və imkansız ailələrdən olan 164 nəfər uşağa isə məktəbli forması və digər paltar və dərs ləvazimatları verilmişdir.
Rayon üzrə 4 mindən çox səhiyyə işçilərinin çalışdığı 24 müalicə-profilaktik müəssisələr tərəfindən 10 qəsəbənin ərazisindən 200 min nəfərdən artıq əhaliyə, 20-ə yaxın idarə, müəssisə və təşkilatların fəhlə və qulluqçularına, həmçinin, rayonda müvəqqəti məskunlaşmış 25 minə yaxın məcburi köçkün soydaşlarımıza 12 profil üzrə tibbi xidməti göstərilir.
Ötən il ərzində rayonun hüquq-mühafizə orqanları rayonda ictimai asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmini sahəsində qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlmişlər.
2011-ci il ərzində rayon ərazisində baş vermiş 1109 cinayət hadisəsindən 920-nin, yəni 83 faizinin üstünün açılması təyin edilmiş, görülmüş tədbirlər əsasında narkotiklərlə bağlı 145 cinayət faktı aşkar edilmişdir. Yerlərdə, o cümlədən tədris ocaqlarında narkomaniya və QİÇS-lə mübarizə mövzularında mütəxəssislərin iştirakı ilə birgə elmi-praktik konfranslar keçirilmiş,digər profilaktik tədbirlər görülmüşdür.

Hörmətli yığıncaq iştirakçıları!
Rayon İcra Hakimiyyəti 2011-ci il ərzində öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyəti haqqında” əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafeələrinin müdafiəsini təmin etməyə,onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışmışdır.
2011-ci il ərzində İcra Hakimiyyəti Aparatında vətəndaşlardan 4885 ərizə, 115 məktub və xidməti sənədlər daxil olmuş, 413 nəfər vətəndaş İcra Hakimiyyəti Başçısı tərəfindən fərdi qaydada qəbul edilmişdir. O da qeyd edilmişdir ki, əvvəlki ildəkinə nisbətən vətəndaşların daxil olmuş ərizəərin sayı 2,8 dəfə çoxalmışdır, bunlarda əsasən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması, torpaq sahəsinin ayrılması, fərdi yaşayış evlərinin hüquqi qeydiyyata alınması və s. ilə bağlı olmuşdur.
Vətəndaşların rayon İcra Hakimiyyəti ilə birbaşa təmas qurmalarını,sənədlərin qəbulu və göndərilməsinin daha da sürətləndirilməsini təmin etmək məqsədilə İcra Hakimiyyətində xüsusi İnternet saytı və elektron poçtu fəaliyyət göstərmişdir.
Daxil olan ərizə, məktub və şikayətlərə qanunda nəzərdə tutulmuş qaydada baxılaraq müvafiq qaydada qərarlar qəbul edilərək cavablar verilmişdir. Sakinlərin şifahi sorğu və şikayətləri araşdırılaraq onlara izahatlar verilmiş,zəruri hallarda hər cür müxtəlif köməkliklər göstərilmiş,nəticədə edilmiş müraciətlər əsasında İcra Hakimiyyəti, qəsəbə nümayəndəlikləri və bələdiyyələr tərəfindən birgə 2011-ci il ərzinsə vətəndaşlara 125 min manat məbləğində maddi yardım, yaşayış evlərinin təmirinə 80 min manat, aztəminatlı ailələrin müxtəlif tələbatlarının ödənilməsinə kömək kimi isə 15 min manat məbləğində pul vəsaiti verilmiş, müxtəlif tikinti və məişət əşyaları ilə köməkliklər göstərilmişdir.
İlin əvvəlindən müəyyən edilmiş qrafikə uyğun olaraq yerlərdə qəsəbələr üzrə nümayəndəliklərin hesabat yığıncaqları və rayon rəhbərliyinin, hüquq-mühafizə və aidiyyatı xidmət sahələrinin iştirakı ilə bütün qəsəbələrdə sakinlərdə səyyar görüşlər keçirilmiş, onları narahat edən məsələlər öyrənilmiş, irad və təkliflər dinlənilərək uyğun tədbirlər görülmüş, müvafiq izahatlar verilmişdir.
Gələcəkdə də fəaliyyətimizi bu istiqamətdə daha da genişləndirərək, 2012-ci ildə qarşıda duran vəzifələri Sizinlə birgə ləyaqətlə yerinə yetirəcəyik.
 

Keçidlər