Şriftin ölçüsü :

Saytın rəngi :

2014-cü ildə Sabunçu rayonunun qəsəbələrində aparılmış abadlıq və yenidənqurma işləri barədə

29 oktyabr 2014 | 20:00


2014-cü ildə Sabunçu rayonunun qəsəbələrində aparılmış abadlıq və yenidənqurma işləri barədə
Məlumat


2014-cü ilin əvvəllərindən Sabunçu rayonu ərazisində geniş abadlıq, quruculuq, səliqə-səhman, yaşıllaşdırma işləri aparılmış, bu işlər bu gün də davam etdirilir. Belə ki, cari ilin 9 ayı ərzində yollar genişləndirilərkən asfalt örtüyü vurulmuş, yeni səkilər salınmış, müasir tipli işıq dirəkləri quraşdırılmış, yeni məhəllələr, yaşıllıq sahələri salınmışdır.
 

Bakıxanov qəsəbəsi üzrə:
Qəsəbənin Y.Əliyev, Sülh, S.Mehmandarov, X.Xasməmmədov, N.İsmayılov, M.Fətəliyev küçələrində çoxmərtəbəli yaşayış binalarının fasadları üzlənir, dam örtükləri dəyişdirilir, ətrafda abadlıq, yaşıllaşdırma və yenidənqurma işləri aparılır. Bu günə qədər 47 binada üzləmə işləri başa çatmış, daha 5 binada (N.İsmayılov küç. bina 2, X.Xasməmmədov küç. bina 15, S.Mehmandarov küç. bina  5a, 12 ,  Sülh küç. 13 saylı bina) bu işlər davam etdirilir.
Bundan başqa Y.Əliyev, M.Fətəliyev, S.Mehmandarov küçələrində, binalarda əsaslı təmir işləri ilə yanaşı ətraf ərazidə abadlıq, səliqə-səhman, yaşıllaşdırma işləri də aparılmışdır.
- Məhəllədaxili ərazilərdə abadlıq işləri aparılmış ünvanlar:
   R.Axundov küç. bina 1, 3, 5
   R.Qəmbərov küç. bina  6, 8, 10, 12, 14, 16, 16a,18, 22
   Sülh küç. bina 1, 1a 4, 7, 8, 10, 11, 13, 2/20
  X.Xasməmmədov küç. 13
    Həmin ünvanlarda 13 nümunəvi həyət salınmışdır. Hacınski küçəsi 21a ünvanında 300 nəfərlik “Xeyir-şər” evi tikilib sakinlərin istifadəsinə verilmişdir. Hal-hazırda M.Fətəliyev küçəsi 29, 29a ünvanlarında yeni “Xeyir-şər” evinin tikintisi başa çatdırılmış və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. M.Fətəliyev küçəsi 68 və Sülh küçəsi 1 ünvanında da belə “Xeyir-şər” evlərinin tikintisinə başlanılmışdır.
Nümunəvi həyətlər salınarkən yollara və məhəllədaxili ərazilərə 6500m2 yaxın asfalt örtüyü vurulmuş, 106 ədəd müasir tipli işıq dirəkləri quraşdırılmışdır. Hal-hazırda M.Əmirov 36, 38 saylı binaların həyətlərinə səki daşlarının qoyulması, yeni işıq dirəklərinin quraşdırılması və asfalt örtüyünün  vurulması davam etdirilir, eləcə də Sülh küç. 1v, 1a, M.Fətəliyev küç. 51 saylı ünvanlarda nizamsız tikilmiş obyektlər, köşklər sökülərək həmin binaların cərgəsində geri çəkilmiş və müasir tələblərə cavab verən üslubda yenidən tikilir.
İlin əvvəlindən Bakıxanov qəsəbəsində müxtəlif diametrli 11381 m uzunluğunda yeni qaz xətti çəkilmişdir. Bakıxanov qəsəbəsində abadlıq və quruculuq işləri ilə yanaşı mərkəzi yolların kənarında, məhəllədaxili ərazilərdə xeyli yaşıllaşdırma işləri də aparılmışdır. Belə ki, S.Mehmandarov küçəsi boyu 2500-ə yaxın qızılgül tingləri, 400-ə yaxın xan çinarı və 10000-dən çox müxtəlif növ mövsümü güllər əkilmiş, 22600 m2 yaxın yaşıllıq örtüyü salınmış, yaşıllıqların suvarılması üçün 2000 m yeni su xətləri çəkilmişdir.

 

Pirşağı qəsəbəsi üzrə:
Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsində 3 mərtəbəli yeni uşaq bağçası- körpələr evinin tikintisi başa çatmaq üzrədir.
Sovxoz 2-də Bəylər Tanrıverdiyev küçəsi boyu 7400 m2 və bağ massivində 200 m2 asfalt örtüyü vurulub.
Qəsəbənin Əjdər Məlikov və Hüseynbala Əliyev küçələrində 3000 m-ə qədər hasarlar ağardılmış, 1941-1945-ci Böyük Vətən Müharibəsi illərində həlak olmuş qəsəbə sakinlərinin xatirəsinə ucaldılmış abidənin ətrafı abadlaşdırılmış, əraziyə 100 ədəd ağac kolları basdırılmışdır.

Ramana qəsəbəsi üzrə:
“Yeni Ramana” yaşayış massivində Balaxanı əməliyyat şirkətinin balansında olan istirahət parkında abadlıq işləri aparılmış, 200-ə yaxın şam ağacları əkilmişdir. Mədən ərazilərində göllərin qurudulması, neftlə çirklənmiş torpaqların təmizlənməsi, rekultivasiya işləri davam etdirilir. Kəndə gedən yollarda cari təmir işləri aparılmış, Ramana döngəsindən “Yeni Ramana”ya gedən yola 300 m2 asfalt örtüyü vurulmuşdur.


     Maştağa qəsəbəsi üzrə:

H.Abbasov adına mədəniyyət evi sökülərək yerində 3 mərtəbəli yeni binanın tikintisinə başlanılmışdır.
2014-cü ilin 9 ayı ərzində qəsəbənin mərkəzi və daxili yollarının təmir edilərək asfaltlanması davam etdirilmişdir. Belə ki, İlqar Həsənov küçəsində 14000 m2 (1400:10) asfalt örtüyü vurulub.

Nərimanov küçəsində 7000 m2 (700:10), A.M.Əbdülkərim küçəsində 2500 m2 250:10), Xanlar küçəsində 7200m2 (600x12), A.Ş.Hüseyn 5000m2 (500x10), S. İ.Ağa 7000m2 (700x10), M.Şəfai küçəsi 4800 m2 asfalt örtüyü vurulmuşdur. Ümumilikdə Maştağa qəsəbəsinə 9 ay ərzində cəmi 47500 m2 asfalt örtüyü vurulmuşdur.
Qəsəbənin mərkəzində yerləşən istirahət və mədəniyyət parkında abadlıq, səliqə-səhman işləri aparılmış, 100-ə yaxın həmişəyaşıl kollar əkilmişdir.
Davam etdirilən işlər:
Xanlar küçəsi, Seyidibad Ağa küçəsi, Axund Şeyx Hüseyn küçəsi və Şəfai küçələrində abadlıq işləri davam etdirilir.
        

Zabrat qəsəbəsi üzrə:
Qəsəbə ərazisində yolların təmiri və asfaltlanması davam etdirilmişdir. Belə ki, 9 ay ərzində qəsəbənin M.V.Vidadi küçəsinə 8058 m2, Neftçilər küçəsinə 6729 m2 asfalt vurulmuşdur.
Ümumilikdə ilin əvvlindən qəsəbə üzrə 14967 m2 asfalt vurulmuşdur. Zabrat-Kürdəxanı yolunun kənarlarına 1000-dən artıq şam ağacları əkilmişdir. Belə ki, qəsəbənin mərkəzi küçələri olan Babək və Məmmədyarov küçələrinin kənarları yabanı otlardan təmizlənmiş, bir sıra binaların fasadları rənglənmişdir.
Qəsəbədə abadlıq işləri ilə yanaşı sosial obyektlərdə də təmir-tikinti işləri  davam etdirilir. Belə ki, 81 saylı tam orta məktəbdə əsaslı təmir işləri başa çatdırılmış və istifadəyə verilmişdir. Məktəbin ətrafında abadlıq, səliqə-səhman işləri aparılmışdır.
   
   
    Sabunçu qəsəbəsi üzrə:
Qəsəbənin Y.Qasımov küçəsində ümumilikdə 5800m2 yeni asfalt örtüyü vurulmuşdur.
Qəsəbənin A.Əsədullayev küçəsində yola 750 m uzunluğunda səki daşları düzülmüş, 7200m2 asfalt örtüyü vurulmuş və ətraf abadlaşdırılmışdır. Kəngərli küçəsinə 1236 m2 , S.M.Əfəndiyev küçəsi 22 saylı ünvanda yerləşən məscidin həyətinə isə 1000 m2 asfalt örtüyü vurulmuşdur.
Qəsəbənin T.Bünyatov küçəsində yerləşən təxminən 1.5 ha sahəsi olan göl tamamilə doldurulmuş, ətraf ərazilərin subasmaya məruz qalmaması üçün uzunluğu 110 m, D-300 mm olan 2 yeni kanalizasiya xətti çəkilmişdir. Analoji olaraq doldurma işləri qəsəbənin Q.Vəzirov küçəsindəki göldə də aparılmaqdadır. Bu gölün doldurulmuş ərazilərində gölə tökülən məişət tullantılarının qarşısının alınması məqsədilə 2 ədəd zibil meydançası tikilib istifadəyə verilmişdir.
E.Mehdiyev küçəsi 1-ci döngədə uzunluğu 150 m, D-200 mm olan yeni kanalizasiya xətti çəkilərək vətəndaşların istifadəsinə verilmiş, sahəsi 260 m2  ərazi asfaltlanmışdır.
Bundan əlavə, həmin ərazidə abadlıq işləri aparılaraq, E.Mehdiyev küçəsindən Bakıxanov körpüsünün Sabunçu hissəsində yolun sağ və sol hissəsi yaşıl zolağa alınaraq dekorotiv ağaclar əkilmişdir. Koroğlu metrosundan Bakıxanov qəsəbəsinə gələn B.Bünyatov küçəsində də təmizlik işləri aparılmışdır.
Qəsəbənin Y.Qasımov küçəsində uzunluğu 60 m, D-200 mm olan kanalizasiya xətti dəyişdirilərək 17 ədəd quyu qapağı təzələnmiş, 900 m2 asfalt örtüyü vurulmuşdur.

 

Balaxanı qəsəbəsi üzrə:

Cari ilin əvvələrindən qəsəbənin M.Ə.Sabir (1500 m2), Şəfqət (1000 m2), R.Qədimov (2000 m2), Hacı Soltan (700 m2), Musavat (2000 m2), Səfəvilər (800 m2) yollarında cari təmir işləri aparılmlşdır.
Balaxanı istirahət parkında təmir işləri başa çatdırılmışdır. Burada müasir tipli yeni işıq dirəkləri basdırılmış, 600 şam ağacı əkilmişdir. Bundan başqa 6-cı mədən ərazisində yeni avtobus dayanacağı inşa edilmiş Dirçəliş, Musavat küçələrində    120 m uzunluğunda kanalizasiya xətləri çəkilmiş, Milli Ordu küçəsində yenidənqurma işləri davam etdirilir, Şəhidlər kompleksi yenidən qurulur.
Hazırda Milli Ordu küçəsindən M.Ə.Sabir küçəsi boyu 69 saylı tam orta məktəbə gedən yolda işıqlandırma dirəkləri quraşdırılır

   

Kürdəxanı qəsəbəsi üzrə:
Qəsəbənin Məşədi Adil, H.Hacıyev və Kürdəxanı-Pirşağı şossesi boyu 520 ədəd şam ağacı əkilmişdi. Qəsəbədaxili yollarda cari təmir işləri aparılır, səliqə-səhman yaradılır.

          


 

Nardaran qəsəbəsi üzrə:
 Qəsəbənin Maştağa-Nardaran yolunun ətrafı iri qabaritli məişət tullantılarından təmizlənmiş, 500-dən çox ağac əkilmişdir.
    
      Bilgəh qəsəbəsi üzrə:
Qəsəbənin “Azərbaycan qadını” və Dəniz küçələrində ətraf abadlaşdırılmış, Sumqayıt yolu istiqamətində yeni yol salınmış, səki daşları yenilənmiş, yeni müasir tipli işıq dirəkləri quraşdırılaraq sakinlərin istifadəsinə verilmişdir.
Bundan əlavə, qəsəbənin ərazisində 130 ədəddən çox ağac əkilmiş, ətraf tullantıdan təmizlənmişdir.

Keçidlər