Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Narkomanlıqla mübarizə hər birimizin borcudur” adlı tədbir keçirildi

22 oktyabr 2014 | 19:00

    23 oktyabr 2014-cü il tarixində Sabunçu Rayon Maştağa qəsəbəsi 187 saylı tam orta məktəbin akt zalında Rayonun Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın növbəti iclası keçirildi.
    Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin birinci müavini və Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri - Güloğlan Məmmədov bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən 26 avqust 1996-cı il tarixdə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında “ Fərman imzalanmaqla ölkəmiz narkomaniya kimi bəlanın kökünün kəsilməsi istiqamətində beynəlxalq mübarizəyə qoşulmuş, bu sahədə zəruri qanunvericilik bazası yaradılmışdır.    Azərbaycan Respublikası müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə qoşulmuşdur. Bu Fərmanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş və bu sahədə dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu strateji kursu davam etdirərək dövlətimizin əsas prioritetlərindən biri kimi qəbul etmiş,narkomanlıqla mübarizədə müsbət nəticələrin eldə edilməsi məqsədilə sayca dördüncü 24.06.2013-cü il tarixli 2966 nömrəli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursolarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir.
    Sabunçu Rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyası tərəfindən Dövlət Proqramının icrası ilə əlaqədar müəyyən işlər görülmüşdür. Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması istiqamətində təsdiq edilmiş plana uyğun ardıcıl tədbirləri rayon Polis İdarəsi, təhsil müəssisələri, RİH başçısının qəsəbələr üzrə nümayəndəlikləri, qeyri hökümət təşkilatları,Gənclər və İdman İdarəsi ilə birgə həyata keçirilmişdir.
    Sabunçu Rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyası tərəfindən görülmüş işlər barədə hər il öz işinə yekun vuraraq İcra Hakimiyyəti başçısı yanında keçirilən Şuraya hesabat verir. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq Komissiyasına və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna məlumatlar verilmişdir.
    Məlumdur ki, zərərli vərdişlərin təsiri altına azyaşlı uşaqlar daha tez düşürlər,ona görə də azyaşlı uşaqların mənfi təsirin altına düşməsini, zərərli vərdişlərə zəif müqavimət göstərmələrini nəzərə alaraq Komissiya müvafiq dövlət və qeyri hökümət təşkilatları ilə birlikdə müntəzəm profilaktiki iş aparmışdır. Plana uyğun olaraq rаyon ərazisində azyaşlı və yeniyetmələrin sağlam həyat tərzinin təmin edilməsi və asudə vaxtlarının səmərəli keçməsi üçün rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Komissiyası, Polis İdarəsi, Yetkinlik Yaşına Çatmayanlarla İş və Hüquqlarının Müdafiəsi üzrə Komissiya, Gənclər İdman İdarəsi ilə birgə məktəblərdə, məktəbdənkənar tərbiyə müəssisələrində, kollec və texnikumlarda müxtəlif tədbirlər həyata keçirmişdir. Belə ki, təqvim bayramlarının xüsusi qeyd edilməsindən başqa idman yarışlarının təşkil edilməsinə daha çox üstünlük verilir.
   Belə ki, mütamadi olaraq rayonun məktəblərində, kolleclərdə, Peşə məktəblərində və s. təhsil ocaqlarında Komissiya üzvlərinin, Gənclər və İdman İdarəsinin, bələdiyyələrin, polis işçilərinin qeyri-hökümət təşkilatlarının iştirakı ilə aparılmış maarifləndirmə işləri keçirilmişdir ki, bunlarda öz nəticəsini vermişdir. Həmçinin, orta məktəblərdə işləyən psixoloqların mütəmadi olaraq uşaqlar arasında apardığı izahat işləridə müsbət dəyərləndirilməlidir. Məktəblərdə inşa yazı işləri, rəsm müsabiqəsi, səhnəciklər, narkomanlıqla əlaqədar müxtəlif mövzularda tədbirlər keçirilmişdir.
    Biz inanırıq ki, Respublikada narkomanlığım yayılması ilə mübarizənin gücləndirilmə antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığım yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin daha da gücləndirilməsi və cəza tədbirlərinin səmərəliliyi öz bəhrəsini verəcəkdir.
Daha sonra, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri Fidumə Hüseynova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun Rəhbərinin müavini Vasif Quliyev, Təhsil Nazirliyinin Baş məsləhətçisi Elnur Əlizadə və Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserinin həkim-narkoloqu Asif Kəngərli çıxış etmişlər.
    Tədbir 187 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı mövzu üzrə səhnəcik və bədii kompozisiya ilə sona çatmışdır.

Keçidlər