Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın I mərhələsi Sabunçu məktəbliləri üçün uğurla başa çatıb

12 noyabr 2014 | 20:00

   12 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın I mərhələsi Sabunçu məktəbliləri üçün uğurla başa çatıb. Qarşılanma mərasimində Rayon İcra Hakimiyyəti başçısının müavini, əməkdaşları, müəllimlər və valideynlər iştirak etdilər. İlk öncə tədbir iştirakçıları Maştağa qəsəbəsindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ucaldılmış Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
   Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini A.Məmmədova görüş iştirakçılarının qarşısında çıxış edərək, ilk növbədə 12 noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü ilə əlaqədar Azərbaycanın ilk Konstitusiyasının qəbulundan keçən dövrdə qazanılan uğurlardan danışdı, bu sahədə ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğuladı. Sonra A.Məmmədova möhtərəm cənab Prezidentin tapşırığına uyğun olaraq həyata keçirilən tur-ekskursiyaların yeniyetmələrin doğma Vətənimizin hər qarışına dərindən bələd olmaları üçün geniş imkan yaratdığını bildirdi. Çıxış edən məktəblilər bu ekskursiyanın onlarda xoş təəssüratlar yaratdığını, valideynlər isə ilk növbədə Prezident cənab İlham Əliyevə və turun təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.  12 noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü ilə əlaqədar 40 nəfər tur-iştirakçılarına Azərbaycan Respublikasının Konstitusiyası təqdim edildi.
   Həyata keçirilən tur ekskursiya zamanı Sabunçu şagirdləri Şəki-Qax-Zaqatala bölgəsində tarixi abidələrə, mədəniyyət ocaqlarına baş çəkib, rayonlardakı inkişaf prosesləri ilə yaxından tanış olublar. Ekskursiya günlərində məktəblilərin asudə vaxtlarının mənalı və səmərəli keçməsi də diqqət mərkəzində saxlanılaraq, onlar üçün əyləncəli proqramlar, intellektual oyunlar, müsabiqələr, idman yarışları təşkil olunmuşdur.

Keçidlər