Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirildi

11 noyabr 2014 | 20:00

     Azərbaycan  Respublikasının  Prezidenti  cənab İlham  Əliyevin 27  dekabr  2011-ci  il  tarixli  Sərəncamı ilə  təsdiq  edilmiş “Azərbaycan  Respublikasında  İnsan  hüquq  və  azadlıqlarının  müdafiəsinin səmərəliliyini  artırmaq  sahəsində  Milli  Fəaliyyət  Proqramı”nın  müddəaları əsasında  müvəkkilin  təşəbbüsü  ilə  20 oktyabr- 20 noyabr tarixlərində respublikanın  bütün  regionlarında  olduğu  kimi  Sabunçu  rayonunda da “Uşaq  hüquqları  aylığı”  çərçivəsində  bir sıra  tədbirlər  keçirilmişdir.
   11  noyabr 2014-cü il tarixində Sabunçu Rayon  İcra  Hakimiyyətinin təşkilatçılığı ilə Maştağa  qəsəbəsində  yerləşən  1  saylı  Uşaq  Somatik Sanatoriyasında  “Biz də  Hüquqlarımızı  tanıyırıq”  adlı  musigili-əyləncəli  tədbir  keçirilib. Tədbirdə  uşaqlar hazırladıqları səhnəciklərdə öz  hüquqları barədə məlumatlı olduqlarını nümayiş etdirdilər. Eyni zamanda onların ifasında rəngarəng musigi  və rəqs nömrələri, şeir kompozisiyaları qonaqlar üçün təqdim olundu. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Sanatoriyanın rəhbərliyi, müəllim və həkim kollektivi iştirak edirdi. Sonda Rayon  İcra  Hakimiyyəti tərəfindən 1  saylı  Uşaq  Somatik Sanatoriyasına hədiyyələr təqdim edildi.

Keçidlər