Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Ölkəmizi tanıyaq” devizi ilə IX-XI sinif şagirdləri üçün təşkil olunan tur-ekskursiyalar uğurla davam edir

13 noyabr 2014 | 20:00

   14 noyabr 2014-cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında möhtərəm Prezident  cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” devizi altında növbəti mərhələnin iştirakçılarının yolasalma mərasimi keçirildi. Yolasalma mərasimində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, RİH aparatının əməkdaşları, valideynlər və şagirdlər iştirak edirdi. İlk öncə tədbir iştirakçıları Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesindəki ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq  dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər. Sonra hər iki tur-ekskursiyaya cəlb olunan 80 nəfər IX-XI sinif şagirdlərinin iştirakı ilə  respublikanın xəritəsini əks etdirən “Sən Azərbaycanlısan” adlı flaşmob keçirildi.
   Mərasimdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin nəticəsidir ki, Azərbaycan gəncləri indi də bütün sahələrdə özlərini doğruldurlar. Təşkil olunan bu tur ekskursiya da ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, şagirdlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində əyani tanış olmağa xidmət edir.
    Mərasim başa çatdıqdan sonra şagirdlər onlar üçün ayrılmış xüsusi avtobusla Dövlət Yol Polisinin avtomaşının müşayiəti ilə yola düşdülər.

Keçidlər