Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Milli Dirçəliş Günü” məcburi köçkünlərlə qeyd edilib

16 noyabr 2014 | 20:00

   17 noyabr 2014-cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə       17 noyabr-Milli Dirçəliş Günündə Pirşağı qəsəbəsindəki “Qızılqum” sanatoriyasında məskunlaşmış Xocalı rayonundan olan 70 nəfər məcburi köçkünlərlə görüş keçirilib.
   Görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə sektorunun müdiri Akif Rufullayev, Pirşağı qəsəbəsinin İcra nümayəndəsi Ramin Əliyev, Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev və Pirşağı qəsəbəsindəki “Qızılqum” sanatoriyasında məskunlaşmış Xocalı rayonundan olan 70 nəfər məcburi köçkünlər iştirak etdilər.
   Tədbirdə Milli Dirçəliş Günü haqqında məlumat verən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova XX əsrin sonunda xalqımızın azadlıq mübarizəsində ulu öndər Heydər Əliyevin böyük rolunu xatırladaraq deyib ki, 1988-ci ildə Azərbaycan xalqı öz azadlığı uğrunda mübarizəyə qalxıb. Bu mübarizə Azərbaycanın müstəqilliyi ilə yekunlaşıb. 1990-cı ilin 17 noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm tarixi qərarlar qəbul edilib. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyulub.Bunlar milli dövlətçiliyimizin bərpası istiqamətində atılan vacib addımlar idi.
   Daha sonra A.Məmmədova Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli, habelə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısının apardığı siyasət barədə məlumat verib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xalqımızın mənafeyinə uyğun həll olunması, işğal altındakı torpaqlarımızın azad edilməsi ilə nəticələnəcək.
   Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən məcburi köçkünlər Prezident İlham Əliyevin işğal olunmuş ərazilərimizin azad edilməsi, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.
Sonda Rayon  İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova məcburi köçkünləri dinləyib, onların məişət şəraiti və problemləri ilə tanış oldu. İştirak edən hər bir ailəyə RİH tərəfindən  ərzaq yardımı təqdim edildi.

Keçidlər