Sabunçu rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir
08 Oktyabr 2014-cü il tarixində İDEA İctimai Birliyinin təşəbbüsü və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Sabunçu rayonunda ağacəkmə kampaniyasına start verilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA ictimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu”nda Sabunçu rayon sakinləri də fəal iştirak etmişdirlər.
Kampaniya çərçivəsində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində 73 Eldar şamı və 30 kiparis ağacları əkilmişdir.
Heydər Əliyev Fondunun vitse prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib. Leyla xanımın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin təşəbbüsü ilə respublikada 3 milyondan çox ağac əkilib, ağacların kəsilməsinin qarşısının alınması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib, sahibsiz heyvanlar üçün sığınacaqlar təşkil olunub, ekoloji tədbirlər və müsabiqələr keçirilib, sənaye və məişət tullantılarının azaldılması barədə layihələr gerçəkləşdirilib.