Sabunçu rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası uğurla davam etdirilir
15 Noyabr 2014-cü il tarixində İDEA İctimai Birliyinin təşəbbüsü və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Sabunçu rayonunda ağacəkmə kampaniyası davam etdirilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA ictimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu”nda Sabunçu rayon sakinləri də fəal iştirak etmişdirlər.
Kampaniya çərçivəsində Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən parkda 110 Eldar şamı və 135 kiparis ağacları əkilmişdir.
Heydər Əliyev Fondunun vitse prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib. Leyla xanımın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin təşəbbüsü ilə respublikada 3 milyondan çox ağac əkilib, ağacların kəsilməsinin qarşısının alınması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib, sahibsiz heyvanlar üçün sığınacaqlar təşkil olunub, ekoloji tədbirlər və müsabiqələr keçirilib, sənaye və məişət tullantılarının azaldılması barədə layihələr gerçəkləşdirilib.