Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda M.Şəhriyar adına Uşaq Kitabxanasının 110 illiyi münasibətilə tədbir keçirildi

25 noyabr 2014 | 20:00

26 noyabr 2014-cü il tarixində Bakıxanov qəsəbəsində yerləşən  M.Şəhriyar adına Uşaq Kitabxanasının 110 illiyi münasibətilə tədbir keçirildi. Tədbiri kitabxananın Komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri Qasımova Təhminə açaraq , kitabxana haqqında geniş məlumat verdi.  Sonra  M.Şəhriyar adına Uşaq Kitabxanasının fəxri üzvü, xalq şairi Zəlimxan Yaqub çıxış edərək,  kitabxananı yubiley münasibətilə təbrik etdi və vurğuladı ki, kitabxana böyük məbəddir. Z. Yaqub qeyd etdi ki, kitabxanada uşaqlara yalnız bilik verilmir, onlarda əməyə məhəbbət, əmək vərdişi, estetik zövq tərbiyə olunur. Kitabxana gənc nəslin tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir. Kitab, kitabxana cəmiyyətə müəllim qədər, həkim qədər gərəklidir. Xalqımızın ziyalıların yaratdığı dəyərli əsərlərin qorunub saxlanılmasında, nəsildən nəsilə ötürülməsində kitabxanaların rolu əvəzedilməzdir. Kitabxana elm, təhsil, mədəniyyət müəssisəsi olub, çap əsərləri, digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, cəmiyyətin mənəvi, intellektual potensialının inkişafına xidmət göstərən sosial inistitutdur.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Səkinə Həsənova, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Səbinə Məmmədova, M.F.Axundov adına Milli Kitabxananın baş metodisti Səmayə Quliyeva, Sabunçu rayon MKS-nın direktoru Nəcibə Hüseynova və Nizami rayon MKS-nın direktoru Sevil Əliyeva həmçinin kitabxana haqqında səmimi, xoş sözlər deyərək, kitabxananın fəaliyyətində uğurlar dilədilər.
Yubiley Maştağa qəsəbəsi 10 saylı musiqi məktəbinin xanəndə müəllimi Seyran Əliyev və tələbəsi Nicat Seyidovun ifasında "Qarabağ", "Evləri var xana-xana" xalq mahnıları ilə davam etdi.

Keçidlər