Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu məktəbliləri Memorial Soyqırımı Muzeyi ilə tanış oldular

26 noyabr 2014 | 20:00

29.11.2014-cü il tarixində “Ölkəmizi tanıyaq” layihəsinin Sabunçu rayon iştirakçılarının Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyinə ekskursiyası təşkil olunmuşdur. Ekskursiya zamanı şagirdlər tarixən erməni silahlı dəstələrinin Azərbaycanda törətdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilmiş zəngin tarixi sənədlər, foto və video materiallar, xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin ədəbiyyat fondu ilə tanış olmuşlar. Ekskursiyadan məmnun qalan şagirdlər muzeyin gənclərin vətənpərvər ruhda tərbiyə olunması, düşmənə qarşı nifrət hisslərinin aşılanması istiqamətində böyük əhəmiyyətə malik olduğunu bildirdilər.

Keçidlər