Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda "01 Dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Günü"qeyd olundu

27 noyabr 2014 | 20:00

28 Noyabr 2014-cü il tarixində Sabunçu rayon Gənclər Evində rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "01 Dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Günü" ilə bağlı rayon gənclərinin maarifləndirilməs iməqsədilə tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin işçiləri, Sabunçu rayon Qızıl Aypara Cəmiyyətinin Sədri Elmira Məlikova və Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı lahiyəsinin rəhbəri Mətanət Qaraxanova və 110 nəfər rayon  gəncləri iştirak etmişlər. Tədbirdə iştirak edən yeniyetmə və gənclərə QİÇS (qazanılmışimmunçatışmamazlıqvirusu) –in  yayılması, yayılma səbəbləri və ondan qorunmaq üçün müalicə profilaktika üsullarından necə istifadə edilməsi haqqında video  çarx nümayiş etdirildi. Mövzu ətrafında geniş diskussiya aparıldı.
Tədbirin əsas məqsədi gənclərin diqqətini problemə cəlb etmək və problem  ətrafında məlumat bazasını yaratmaqdır

Keçidlər